Ufo

das; -s, -s ufo
uferlos
Uhr
OBASTAN VİKİ
UFO
Uçan naməlum obyektlər (abr. UNO) və ya ingiliscə UFO (ing. unidentified flying object) — elmə məlum meteoroloji və ya astroloji hallarla bağlı olmayan, həmçinin təbii xarakter daşımayıb, mistifikasiya faktı aşkar edilməyən qeyri-adi obyektlərdir. Səmadan başqa su hövzələrində — dəniz və okeanlarda müşahidə olunması onların üzən obyektlərə də malik olmasını təsdiqləyir. Dünyanın çox hissəsinin su olduğundan və əldə edilən sübutlardan başa düşmək olar ki, UNO-lar planetdə heç kimə görünmədən gəlib-getmək üçün su yollarından da istifadə edirlər. Bu cisimlərə ÜNO-lar (Üzən naməlum obyektlər) adını veririk. Heç də çoxumuz bunu bilməsə də onlara dair çoxlu raportlar mövcuddur. Əsasən Bermud üçbucağında Bimini bölgəsi, nəməlum üzən cisimlər və əsrarəngiz dənizaltı cisimlərdən gələn işıqların tez-tez müşahidə edildiyi bir bölgədir. Bermud üçbucağında əsrarəngiz hadisələri tədqiq edən zooloq, arxeoloq Dr. Manson Valentine, Bermuddakı ÜNO müşahidələrindən belə bəhs edir: "Bu bölgədə başqa hər hansı bir yerdə rast gəlinən müşahidələr daha çoxdur.
UFO (musiqi qrupu)
UFO — 1969-cu ildə Londonda yaranmış ingilis rok qrupudur. Qrup, «heavy-metal» üslubunun formalaşmasında mühüm rol oynamış və bir çox klassik metal qruplarının (Iron Maiden, Metallica, Megadeth və s.) inkişafına böyük təsir göstərmişdir. UFO, VH1'in "100 Greatest Artists of Hard Rock" sıralamasında 84-cü sıradadır. Qrup, Hocus Pocus adı altında vokalist Fil Moqq, gitarist Mik Bolton, bas gitarist Pit Vey və barabançı Endi Parker tərəfindən yaranmışdır. Tezliklə qrup, Beacon Records şirkətinin prodüseri olan Noel Mur tərəfindən Londondakı eyni adlı klubda kəşf edildi və qrup 1969-cu ilin oktyabrında adını dəyişərək UFO qoydu. Qrup, 1970-ci ildə "UFO 1" adlı ilk hard rok albomunu çıxartdı. Bu albom qrupa, Yaponiya və Almaniyada məşhurluq gətirdi. Qrupun 1971-ci ildə yayımladığı ikinci studiya albomu "UFO 2: Flying" daha çox heavy-metal üslubuna yaxın olsa da o zamanlarda məşhur olan speys-rok janrını da xatırladırdı. 1972-ci ildə Mik Bolton qrupu tərk etdi. UFO üzvləri qrup üçün Boltonu əvəz edə biləcək uyğun gitaristi axtarmağa başladılar.
UFO araşdırma mərkəzləri
Dünyada UFO (NUO) ilə bağlı araşdırma və tədqiqatlar aparan və təhsil verən bəzi akademik qurumların siyahısını belədir: Staford Universiteti/ABŞ Alabama Universiteti/Montgomery - ABŞ Mississippi Universiteti, Oxford/Mississippi – ABŞ Edison Community College, Fort Myers/Philedelpdia – ABŞ Göttingen Universiteti/Almaniya Mains Universiteti/Almaniya Hamburq Universiteti/Almaniya Utrecht Universiteti/Hollandiya Glamorgan Universiteti/İngiltərə Bundan əlavə Rusiyada, Fransada və İngiltərədə, Çində, Meksikada, Çilidə, Peruda, Braziliyada, İtaliyada, Avstraliyada və daha bir çox yerdə NUO-lara aid tədqiqat mərkəzləri və qurumlar vardır. Stanford Universitetində Prof.Peter Sturrockun başçılığı ilə qurulan NUO Fenomeni Arştırma Təşkilatı, araşdırmaların sonunda yazdığı “UFO Enigma” adlı kitabında NUO məsələsin ən diqqətdə olan məsələ kimi qeyd etmiş və buna qarşı heç bir diqqətsizlik edilməməsini söyləmişdir.
Ufo361
Ufuk Bayraqdar (28 may 1988, Qərbi Berlin) — Professional olaraq Ufo361 və ya Kaiser kimi tanınan türk əsilli alman repçi. Üfüq Bayraqdar, Qərbi Berlində Türk ailəsində anadan olub. Kreuzberqdə böyüyüb başa çatıb. Gənc yaşda hip-hopa qarşı marağı artıb və THC-Komandasında küçə sənəti ilə məşğul olmağa başlayıb. 2010-ci ildə Hoodrich qrupunda çıxış etməyə başlayıb və etiketi Said adlı dostu tərəfindən təyin edilmişdir. 7 oktyabr 2011-ci ildə ilk musiqiləri buraxıldı. Said və prodüser KD-Supier ilə birlikdə üçlü Bellini Boyz komandasını qurdular. Səhnə adı, ilk adı Üfüq və məmləkəti Kreuzberqin poçt kodu olan 10963-dən yaradılmışdır. 2012-ci ildə ilk EP musiqisi olan "Bald ist dein Geld meins"-i buraxdı. İlk studiya albomu olan "Ihr seid nicht allein" isə, 2014-cü ilin avqustunda bazara təqdim edilmişdir.
Ufologiya
Ufologiya (ing. ufology) — UNO-ları (uçan naməlum obyekt) görmüş şəxslərin verdikləri məlumatların yığılması, təsnifləşdirilməsi və interpretasiyası ilə məşğul olan bir elm sahəsidir. Ufologiya elminin əsas problemi daxil olan məlumatların obyektivliyidir. Ufologiya elmi rəsmi elm sayılmır. Bu termin yalnız kütləvi informasiya vasitələri tərəfindən istifadə edilir. Bu elmin tədqiqatları və tədqiqat metodları olduqca müxtəlifdir. Qeyri-adi hallarala maraqlanan mütəxəssislərin diapozonu olduqca genişdir: sadə həvəskarlardan tutmuş alimlərə qədər. Bu elmin obyekti isə ciddi elmi tədqiqatlar və sadə insanların müşahidələrindən ibarət olduğuna görə ufologiyanı alimlər tam bir elm saymırlar. Ufoloqlar elmə məlum olmayan hallar və qeyri-adi varlıqlarla əlaqəyə girmiş şəxslərin verdikləri məlumatları toplayırlar. Ufoloqlar arasında gəlmələrin bizim planetə haradan və hansı məqsədlərlə gəlmələri ilə bağlı ciddi fikir ayrılığı mövcuddur.
Ufotable
Ufotable, Inc. (ユーフォーテーブル有限会社, Yūfōtēburu yūgen-gaisha) — Özünün budaq şirkətlərindən olan Telecom Animation Film vasitəsilə TMS Entertainment əməkdaşları tərəfindən 2000-ci ilin oktyabr ayında təsis edilmiş Yaponiya animasiya studiyası. Studiya Nakanoda, Tokioda yerləşir. Studiyanın bir çox işlərində (Ninja Nonsense, Futakoi Alternative, Coyote Ragtime Show, Gakuen Utopia Manabi Straight!, Tales of Symphonia, Kara no Kyōkai) gil animasiyasına rast gəlmək mümkündür. Weiß Kreuz Glühen (2002-2003) Dokkoida?! (2003) Ninja Nonsense (2004) Futakoi Alternative (2005) Coyote Ragtime Show (2006) Gakuen Utopia Manabi Straight! (2007) Yawarakame (2009-2010) Fate/Zero (2011-2012) Fate/stay night: Unlimited Blade Works (2014-2015) God Eater (2015-2016) Tales of Zestiria the X (2016) Touken Ranbu (2017) Aoi Umi no Tristia (2004) Tales of Symphonia The Animation: Sylvarant Episode (2007) Gakuen Utopia Manabi Straight! (2007) God Eater Prologue (2009) Toriko (2009) Yuri Seijin Naoko-san (2010-2012) Tales of Symphonia: The Animation Tethe'alla Episode (2010-2011) Kara no Kyoukai Epilogue (2011) Tales of Symphonia: The Animation The United World Episode (2011-2012) Minori Scramble!