Umaşdı

Azərbaycan dilinin Qərb qrupu dialekt və şivələrində “xörəyin bir növü” anlamında işlənir: -Umaşdı çox yeməlidi. (26, 242) Bu sözün kökündə, fikrimizcə, bəzi dialekt və şivələrimizdə işlənən “umac, omac” sözləri dayanır. Təbriz dialektində bu söz “umac aşı” şəklində işlənir. Bu aşı soyuqdəyən adam üçün bişirərlər. Aşın hazırlanması üçün mərci, ləpə, souzu, mərzə, istiot, bibər, yumurta, kəklikotu və umac lazımdır. Umac belə düzəlir ki, unu su və duz ilə qarışdırıb bərk xəmir düzəldilir, sonra o xəmiri ələkdən və ya rəndədən keçirib aşın hər şeyi bişəndən sonra aşa artırırlar. Nəhayətdə, yumurtanı bir qabda doyunca çalıb aşın üstünə tökərlər. Bəzi evlərdə qıyma-qıyma ət də ona artıran olar. (28, 307)
Uxak
Un xaşılı