uns

pron. bizi; bizə; er hat ~ gesehen o, bizi gördü; du hast ~ gesagt, dass… sən bizə dedin ki,…; mit ~ zusammen bizimlə birlikdə; das Haus gehört ~ ev bizimdir; hier sind wir ganz unter ~ burada öz aramızdayıq
unrühmlichadj.
unsachlich
OBASTAN VİKİ
Citrus unschiu
Yapon mandarini (lat. Citrus unschiu) - sitrus cinsinə aid bitki növü.
Siqrid Unset
Siqrid Unset (dan. Sigrid Undset; 20 may 1882[…] – 10 iyun 1949[…], Lillehammer, Norveç) — danimarka-norveç yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1928). Norveç yazıçısı Siqrid Unset Danimarkada doğulmuşdu. Məşhur Norveç arxeoloqu İnqvald Martin Unsetin üç qızından ən böyüyü idi. İki yaşı olanda ailə atasının Arxeologiya muzeyinin direktoru kimi çalışdığı Osloya qayıtmışdı. Gələcək yazıçının uşaqlıq illəri bu muzeyin eksponatları arasında keçmişdi. Onun başqa bir sevimli məşğuliyyəti isə Norveç saqalarını oxumaq idi. Siqridin 11 yaşı olanda atası ölmüşdü. Ailənin ağır maddi vəziyyəti yeniyetmə qızı gimnaziyadan kommersiya məktəbinə dəyişilməyə, 17 yaşında isə Oslodakı alman şirkətlərindən birində katibə kimi işə düzəlməyə məcbur etmişdi. Siqrid burada uzun müddət qalacağını düşünmürdü.
Unsuqul rayonu
Unsuqul rayonu — Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri. Rayonun sahəsi 560 km², inzibati mərkəzi Unsuqul kəndidir. Rayonun əhalisi 30.297 nəfərdir (2015-ci il).
Unsuz şokoladlı tort
Tort (it. torta, isp. tortilla) — dünya xalqlarının mətbəxində geniş yayılmış un məmulatı və şirniyyat növüdü Hər bir ölkənin mədəniyyətinə uyğun reseptlərdən yararlanaraq tortlar bişirilir. Tortları müxtəlif mərasimlərlə əlaqədar hazırladıqlarına görə onların forma və ölçüləri də kəskin surətdə fərqlənir. Tortla əlaqədar çoxsaylı faktlar və maraqlı məlumatlar verilmişdir. Bunların çox hissəsi hətta Ginnesin rekordlar kitabına daxil edilmişdir. Bunlara misal olaraq ABŞ–ın Miçiqan ştatında hazırlanmış tortu göstərmək olar. Bu tort stoldan 13 metr hündür idi və 100 pillədən təşkil edilmişdi. Həmçinin ən ağır tort da ABŞ–da yaradılıb, lakin bu tort Alabama ştatına aid edilir. 50 tondan ibarət olan tort ağırlığına görə seçilir.
Troya unsiyası
Troya unsiyası (ing. troy ounce) — 31,1034768 qrama bərabər olan kütlə vahidi. İngilis dilindəki troy ounce, troy weight terminləri ehtimal ki, Fransadakı Trua şəhərinin (fr. Troyes) adından götürülüb. Orta əsrlərdə Trua mühüm beynəlxalq ticarət mərkəzi və məşhur şampan yarmarkalarına ev sahibliyi edən şəhərlərdən biri olub və orada məhz həmin miqdarda unsiyanın tətbiq olunduğu güman edilir. Müasir dünyada bir troya unsiyası bank işində, qiymətli metalların kütləsini ifadə etmək üçün zərgərlikdə, eləcə də bəzi digər sahələrdə, məsələn, kosmetikada xüsusilə qiymətli maddələrin kütləsini ifadə etmək üçün geniş istifadə olunur. Qızıl, gümüş, platin və palladiumun troya unsiyası ilə beynəlxalq ifadəsi, müvafiq olaraq XAU, XAG, XPT və XPD-dir. İnvestisiya sikkələrinin kütləsi çox vaxt bir troya unsiyasının hissələri ilə göstərilir. İngilis qızıl funtu (və ya troya funtu, ing. troy pound) 12 troya unsiyasına və ya 373,2417216 qrama bərabərdir.