USE

use1

n 1. istifadə, istifadə etmə; tətbiq etmə; the ~ of electricity for beating elektrikdən istilik üçün istifadə etmə; the ~ of force gücdən istifadə etmə, güc tətbiq etmə; to keep smth. for one’s own ~ bir şeyi öz şəxsi istifadəsi üçün saxlamaq; 2. məqsəd; a tool with different ~s müxtəlif məqsədlər üçün işlədilən alət; 3. məna, əhəmiyyət, fayda; to be of ~ əhəmiyyətli / faydalı olmaq; to be no ~ əhəmiyyətsiz / faydasız olmaq; 4. adət; according to an ancient ~ qədim adətə görə; Use is second nature Adət ikinci xasiyyətdir;

◊ to have no ~ for 1) ehtiyacı olmamaq (bir şeyə); 2) nifrət etmək, xor baxmaq, alçaq nəzərlə baxmaq, zəhləsi getmək

use2

v 1. istifadə etmək, işlətmək; to ~ a dictionary / a tool lüğətdən / alətdən istifadə etmək; to ~ a right / a chance hüquqdan / imkandan istifadə etmək; to ~ one’s eyes baxmaq; to ~ one’s legs yerimək; to ~ one’s brains / wits fikirləşmək, düşünmək; 2. rəftar etmək (bir kəslə); to ~ smb. well / ill bir kəslə yaxşı / pis rəftar etmək; 3. alışdırmaq; to ~ oneself to speak aloud özünü ucadan danışmağa alışdırmaq;

◊ to ~ up 1) istifadə edib qurtarmaq / tükətmək; to ~ up one’s energy in fruitless efforts enerjisini səmərəsiz cəhdlərə sərf etmək; 2) yormaq, əldən salmaq; I’m used up Mən lap əldən düşmüşəm

USAGE
USED

Значение слова в других словарях