Uğut
İçki adıdır. Azərbaycan dilinin dialekt və şivələrində bu söz müşahidə edilmir. “DLT”-də Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər “buğda içkisi” yerinə, “buğda şərabı” yazmışlar (8, 124).
M.Kaşğari yazır ki, “uğut” içki çəkilən bir xəmir növünün adıdır. Resepti: müxtəlif otlar bir yerdə isladılır, arpa unu ilə qarışdırılıb yoğrulur, əmələ gələn xəmir fındıq boyda kəsilərək topa halda saxlanır və qurudulur. Ortaya çıxan maya arpa ilə birlikdə ayrıca xaşlanan buğdanın üzərinə (bir batman buğdaya əzilmiş bir fındıq dənəsi nisbətində ufalanaraq) səpilir. Bundan sonra bu buğda təmiz bir şeyə bükülərək yetişməsi (yəni acıması, qıcqırması) üçün 3 gün bir yerdə saxlanır. 3-cü gün küpə tökülür, daha yaxşı yetişməsi üçün 10 gün də küpdə saxlanıb mayalandırılır. 10 gün sonra onun üstünə su əlavə edilir, süzülür və içki əldə olunur. “Buğda içkisi” bax budur (8, 123-124) Tərcümə prosesində “uğut” sözünü Seçkin Ərdi ilə Sərab Tuğba Yurtsevər belə çevirmişlər: “Pivə istehsalında istifadə olunan bir maya” (8, 123)