uşqunmaq 2021
uşuçu
OBASTAN VİKİ
Uşu
Uşu (Çincə:武術; Pinyin: wǔshù) — çin döyüş sənətidir. Kunq Fu və Uşu eyni mənanı ifa edir. Sadəcə olaraq "Kunq Fu" termini Honq Konq döyüş filmlərindən amerikan dialektinə çevrilərək işlənməsi genişlənmişdir. "Uşu" sözü Çin dilindən tərcümədə "Döyüş Sənəti" deməkdir. Müasir dövrdə "Müasir Uşu" (ing. Modern Wushu) adlı termin işlədilir. Bu termin Uşu üzrə keçirilən müsabiqələrə aiddir. Uşu döyüş sənətini (Vin Çun stili) tədris etməyə başlamış ilk şəxs İp Man olmuşdur.
Uşu-sanda
Uşu Sanda, Sanda, sanşou, Çin boksu, Çin kikboksinqi — Kunq-fuya (Uşuya) aid idman növü. Kikboksinqə çox bənzəyir. Lakin sandanı adi kikboksinqdən fərqləndirən fəndlər var: güləş, yıxma və boğma (boğma fəndini ancaq peşəkar uşu sandaçılar istifadə edə bilər). 2013-cü ildən bəri Uşu Sanda yarışları "Uşu" adı ilə İslam həmrəyliyi oyunlarında keçirilir.
Uşu Sanda
Uşu Sanda, Sanda, sanşou, Çin boksu, Çin kikboksinqi — Kunq-fuya (Uşuya) aid idman növü. Kikboksinqə çox bənzəyir. Lakin sandanı adi kikboksinqdən fərqləndirən fəndlər var: güləş, yıxma və boğma (boğma fəndini ancaq peşəkar uşu sandaçılar istifadə edə bilər). 2013-cü ildən bəri Uşu Sanda yarışları "Uşu" adı ilə İslam həmrəyliyi oyunlarında keçirilir.
Pərviz Abdullayev (uşu sandaçı)
Pərviz Abdullayev (ləqəbi: Kobra Pərviz; 5 yanvar 1986, Qiyaslı, Ağdam rayonu) – peşəkar kikboksinq üzrə 6 qat Dünya çempionu, əməkdar idman ustası. == Həyatı == Kobra ləqəbli Pərviz Amil oğlu Abdullayev 1986-cı il yanvarın 5-i Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. Orta məktəbin ilk illərini Qiyaslı kənd orta məktəbində oxusa da, 1994-cü ildən təhsilini Bakı şəhəri Nizami rayonu 250 saylı orta məktəbdə davam etdirib. 2003-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 12 yaşında (1997-ci ildən) Kunq-fu idman növüylə məşğul olmağa başlayıb. 2007 və 2008-ci illərdə Uşu-sanda idman növü üzrə Azərbaycan çempionu olub. 2007-ci ildə eyni idman növü üzrə Çində keçirilən dünya kubokunda ikinci yerin sahibi olub. Pərviz Abdullayev həmin illərdə paralel olaraq kikboksinq döyüşlərində də iştirak etməyə başlayıb. Bu zamana qədər peşəkar karyerasında 49 qələbə, 6 məğlubiyyət, 26 nakautla nəticələnən 55 döyüş keçirib. Peşəkar kikboksinq üzrə 6 qat Dünya Çempionudur.
Uşuaya
Uşuaya — Argentinada, Pataqoniya bölgəsində yerləşən şəhər. Dünyanın ən cənubda yerləşən şəhərlərindən biridir. Uşuayadan daha cənubda şəhərlər olsa da bu şəhərlər hərbi şəhərlərdir. Argentinanın Tyerra del Fueqo əyalətinin paytaxtıdır. Biql kanalının sahilindədir. Uşuaya yamana dilində "Şərqə baxan" deməkdir. Başqa ehtimala görə adının mənası "Üzünü Günəşə çevirən"dir. == Tarixi == Uşuaya tarix boyunca iqlim, coğrafiya, heyvan və bitki dünyası, hindu mənşəyini araşdırmaq Avropadan gəlmiş bir çox elmi səfərə ev sahibliyi etmişdir. Şəhərin ən məşhur binası 1902-ci ildə tikilməyə başlanılan Presidio adlı binadır. 1920-cu ildə tamamlanan bu bina həpsxana kimi istifadə olunmuşdur.
вы́вялить выче́рчивать гермети́чный двадцатидвухчасово́й накрича́ть не стро́же недостре́ливать оболва́нить помидо́рчик родничо́к чула́нчик аноди́роваться викто́рия зака́точный извне́ лукомо́рье надкуса́ть нево́ля очи́стка теого́ния musical clock U-bend vetchling смениться федералистский