VƏFADAR

sif. [ ər. vəfa və fars. dar] şair. Vəfalı, dostluğunda sabit və sədaqətli olan, dostunu unutmayan.
Ey dilbəri-dildarım, sənsən əbədi yarım; Vey yari-vəfadarım, didarına müştaqəm. Nəsimi.
Az ləfzilə ol büti-vəfadar; Çox dərdini yarə qıldı izhar. Məsihi.
Mərdlər ilə gəz ki, vəfadar olur; Namərdlərə yoldaş olan xar olur. M.V.Vidadi.
Unudulmaz el yolunda canı qurban olanlar; Vətən mülkü abad yaşar vəfadarı görəndə. S.Vurğun.

// Dost, sevgili.
Getmə, getmə, görüm kimin yarısan; Hansı bəxtəvərin vəfadarısan? Qurbani.

Синонимы

  • VƏFADAR etibarlı — səbatlı — sədaqətli
  • VƏFADAR vəfadar bax vəfalı, sevgili 1

Этимология

  • VƏFADAR Dar hissəsi farsca daştən (malik olmaq) məsdərinin qrammatik əsasıdır, “vəfalı” deməkdir. (Bəşir Əhmədov
VƏFA
VƏFADARLIQ
OBASTAN VİKİ
Vəfadar Eminov
Vəfadar Quluzadə
Vəfadar Fəqan oğlu Quluzadə (19 oktyabr 2001, Bünyadlı, Beyləqan rayonu – 3 oktyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Vəfadar Quluzadə 19 avqust 2001-ci ildə Beyləqan rayonunun Bünyadlı kəndində dünyaya göz açmışdır. 2007-2018-ci illərdə Beyləqan rayon Bünyadlı kənd Yunis Quliyev adına tam orta məktəbdə orta təhsil almışdır. 2019-cu ildə həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Goranboy rayonunun Ballıqaya və Ağcakənd kəndlərində yerləşən "N" saylı hərbi hissələrdə xidmət etmişdir. 1 il burada xidmət etdikdən sonra Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətin davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Vəfadar Quluzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın və Talışın işğaldan azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 3 oktyabr 2020-ci ildə Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vəfadar Quluzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Vəfadar Rzayev
Vəfadar Əziz oğlu Rzayev (d. 20 sentyabr 1933, Xızı, Azərbaycan SSR, - ö. 21 avqust 2015, Bakı, Azərbaycan) — Azərbaycanın görkəmli maliyyə işçisi və əməkdar iqtisadçısı Vəfadar Əziz oğlu Rzayev 1933-cü ilin 20 mart tarixində Xızı rayonunda anadan olub. Azərbaycanın maliyyə-bank sistemində 50 ildən çox çalışıb. 1952-ci ildə 19 yaşında maliyyə sahəsində baş büdcə inspektoru vəzifəsində öz fəaliyyətinə başlayıb. 1957-1959-cu illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin büdcə idarəsinin inspektoru olub. 1959-1971-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sosial sahələrin planlaşması və maliyyələşməsı idarəsinin rəisi - kollegiya üzvü vəzifəsində çalışıb. 1971-1987-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyində birinci müavin vəzifəsində çalışıb. 1987-ci ildə Azərbaycanda ilk dəfə olaraq “Azərbaycan Aqrar-Sənaye Bank”-nın baş idarəsini və 65 rayon üzrə şöbələrini yaratmış və 1992-ci ilin oktyabr ayına qədər həmin bankın idarə heyətinin sədri olub. Qeyd edək ki, mühüm dövlət işi ilə yanaşı maliyyə-kredit orqanları üçün ixtisaslı kadrların hazırlanması işindədə onun böyük əməyi olub.

Значение слова в других словарях