Vahimə gecəsi (film, 2011)
Vahimə gecəsi (ing. Fright Night) — 2011-ci il Amerika istehsalı qorxu və komediya janrlı film. Film 1985-ci ildə rejissor Tom Holland tərəfindən ekranlaşdırılmış eyniadlı filmin remeykidir. Hər şey qorxulu filmləri bəyənən Çarlinin məhəlləsinə yeni köçən bir adamın vampir olduğunu biləndən sonra başlayır. Filmdə hadisələr əyləncəli və eyni zamanda qorxulu tərzdə davam edir. Rollarda Kolin Farrel, Anton Yelçin, Toni Kollet və Devid Tennant çəkilib.
Çarli məktəbin papulyar tələbəsidir və bir çoxlarının paxıllıq etdiyi seksi bir sevgilisi var. Özünü çox sevən Çarlı hətta ən yaxın dostu Edidə saymayır.
Bir gün onların məhəlləsinə yeni qonşu köçür. Adi adam kimi görünən bu oğlanın sonradan gecələri ova çıxan bir vampir olduğunu öyrənən Çarli bunu heç kəsə inandıra bilməyəcəyini bilir.