VATTLAR
(alm. Watten, hol. wadden–sahil boyu dayazlıq)
dənizlərdə qabarma zamanı su ilə örtülən, çəkilmə zamanı quruyan, sahil boyu düzənlik zolağı. Akkumulyativ formalar, qabarma və çəkilmələrin fəaliyyət müddətinin surəti və qeyri-bərabərliyi sayəsində xırda qumların və lilli gətirmələrin toplanması yolu ilə əmələ gəlir.
ватты
mud flats