VAĞZALI

is. mus. Azərbaycan xalq oyun havalarından birinin adı.
VAĞZÁL
VAH
OBASTAN VİKİ
Vağzalı
Vağzalı (Atlandırma) — Azərbaycanda xalq arasında əsasən "gəlin havası" kimi qəbul olunan rəqs. "Vağzal" sözü XVIII əsrdə yaranıb. ingilis sözü Vauxhall-un törəməsidir. Vaux (oxunur Foks) Londonda park və əyləncə yerinin yiyəsinin adı idi. Rus dilində sözünün anlamı dəyişikliyə uğrayır: əyləncə yeri → dəmir yollarında gözləmə zalı. Ancaq rəqsin özü "Vağzal" sözündən çox daha əvvəl XVI əsrdə yaranıb. Əski adı "Atlandırma"dır. Qədim və Orta Çağ türkləri atlı xalqlar olublar, gəlini də atla gətirərdilər. Toya, əlində fənər olan qırx atlı (yengə) gələrdi. Iki boş at isə gəlin və yengə üçün gətirilərdi.
Heydərpaşa vağzalı
Heydərpaşa vağzalı — 1908-ci ildə İstanbul - Bağdad Dəmiryolu xəttinin başlanğıc stansiyası olaraq inşa edilən qatar vağzalıdır. Vağzal, TCDD-nin baş stansiyasıdır. İstanbulun Anadolu yaxasında, Kadıköydə yerləşir. Osmanlı İmperiyasının son dövrlərində Bağdad Dəmiryolu yanında İstanbul-Şam-Mədinə (Hicaz dəmiryolu) səfərləri də keçirilməyə başlanmışdır. == Tarixi == Dövrün Osmanlı padşahı II Əbdülhəmid dövründə, 30 may 1906-cı il tarixində tikintisinə başlanmışdır. 19 avqust 1908-ci il tarixində tamamlanıb istifadəyə verilmişdir. Bir rəvayətə görə binanın yerləşdiyi sahəyə III Səlimin paşalarından Heydər Paşanın adı verilmişdir. Binanın tikintisini Anadolu Bağdad adı altında bir Alman şirkəti həyata keçirdib. Həmçinin bir Almanın təşəbbüsü ilə vağzalın qarşısında mendirek inşa edilərək Anadoludan gələcək və ya Anadoluya gedəcək vaqonların kommersiya əşyasını yükləmə və boşaltma funksiyası üçün qurğular tikilibdir. İki Alman memar Otto Ritter və Helmuth Cuno tərəfindən hazırlanan layihə qüvvəyə minmiş, vağzalın tikintisində Alman ustalarla İtalyan daş ustaları birlikdə çalışmışdır.
Vağzalı-mirzəyi
Vağzalı (Atlandırma) — Azərbaycanda xalq arasında əsasən "gəlin havası" kimi qəbul olunan rəqs. "Vağzal" sözü XVIII əsrdə yaranıb. ingilis sözü Vauxhall-un törəməsidir. Vaux (oxunur Foks) Londonda park və əyləncə yerinin yiyəsinin adı idi. Rus dilində sözünün anlamı dəyişikliyə uğrayır: əyləncə yeri → dəmir yollarında gözləmə zalı. Ancaq rəqsin özü "Vağzal" sözündən çox daha əvvəl XVI əsrdə yaranıb. Əski adı "Atlandırma"dır. Qədim və Orta Çağ türkləri atlı xalqlar olublar, gəlini də atla gətirərdilər. Toya, əlində fənər olan qırx atlı (yengə) gələrdi. Iki boş at isə gəlin və yengə üçün gətirilərdi.
Vağzalı (Rəqs)
Vağzalı (Atlandırma) — Azərbaycanda xalq arasında əsasən "gəlin havası" kimi qəbul olunan rəqs. "Vağzal" sözü XVIII əsrdə yaranıb. ingilis sözü Vauxhall-un törəməsidir. Vaux (oxunur Foks) Londonda park və əyləncə yerinin yiyəsinin adı idi. Rus dilində sözünün anlamı dəyişikliyə uğrayır: əyləncə yeri → dəmir yollarında gözləmə zalı. Ancaq rəqsin özü "Vağzal" sözündən çox daha əvvəl XVI əsrdə yaranıb. Əski adı "Atlandırma"dır. Qədim və Orta Çağ türkləri atlı xalqlar olublar, gəlini də atla gətirərdilər. Toya, əlində fənər olan qırx atlı (yengə) gələrdi. Iki boş at isə gəlin və yengə üçün gətirilərdi.
Saint-Lazare vağzalı
Sen-Lazar vağzalı (fr. Le Chemin de fer) — Eduard Mane tərəfindən 1873-cü ildə çəkilmiş rəsm. Əsərdə XIX əsr Paris şəhərinin mənzərəsi təsvir olunmuşdur.
Bakı Dəniz Vağzalı
Bakı Dəniz Vağzalı — 1902-ci ildə təsis edilmiş və uzun müddət dəniz ticarət limanı kimi fəaliyyət göstərmiş, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsindən sonra 2-ci plana keçmiş vağzal. == Tarixi == Bakı limanı Xəzər dənizinin ən qədim limanıdır və Azərbaycanın dövlət quruculuğu tarixinin bir çox mərhələsində mövcud olmuşdur. Əsrlər boyu Bakı Limanı qədim İpək Yolu, eləcə də, Şimali Avropa və Rusiyanı Orta Şərq və Cənubi Asiya ilə birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizi üzərində yerləşərək Şərq və Qərb arasında körpü rolunda çıxış etmişdir. Daha sonra bu marşrut Rusiya, Avropa, Hindistan və digər ölkələrdən olan xarici tacirlər tərəfindən istifadə edilib. On beşinci əsrin ortalarında Volqa-Don və Xəzər dənizi ticarət marşrutu üzrə Şərqi Avropanı Hindistan ilə birləşdirən yeni ticarət marşrutu kəşf edildi. Bu kəşf bugünkü Bakı Limanının Xəzər dənizi ticarətində, eləcə də, beynəlxalq dəniz ticarətində əsas mərkəz kimi əhəmiyyətini artırmışdır. Əvvəlki əsrlərdə dəniz ticarəti Bakı şəhərinin ən əsas fəaliyyəti olmasına baxmayaraq, Bakı Limanına edilən rəsmi tarixi istinadlara 1564-cü ildən rast gəlinir. 1564-cü ildə Səfəvi hökmdarı I Şah Təhmasibin əmri ilə Şeyx Zahid Bakı Limanının "birinci naziri" təyin edildi. 19-cu əsrin ortalarında müasir Bakı Limanının tikintisinə başlanıldı və 1902-ci il 21 iyul tarixində limana rəsmi olaraq özünüidarəetmə hüququ verildi. Pambıq, meyvə və qənd kimi quru yükün müxtəlif növləri Bakı Limanının, eləcə də, Krasnovodsk (bugünkü Türkmənbaşı), Petrovsk (bugünkü Mahaçqala) və İran limanları kimi Xəzər dənizinin digər limanlarının əsas ticarət malları sırasına daxil idi.
Bakı Dəmir Yolu Vağzalı
Bakı Dəmiryolu vağzalı — Azərbaycanın paytaxtı Bakı şəhərində sərnişin qatarlarını qəbul edən dalan tipli dəmiryolu stansiyası. Əsası 1880-ci ildə qoyulmuş bu stansiya Tiflis vağzalı kimi də tanınır. == Tarixi == Vağzalın ilk binası Bakı-Tbilisi dəmiryolu xəttinin istismara verilməsi ilə bir tarixə, 1880-ci ilə təsadüf edir. 1926-cı ildə elektrikləşdirilmiş Bakı — Sabunçu dəmir yolu sərnişinlərinə xidmət göstərilməsi üçün ikinci vağzal kompleksi-Sabunçu Vağzalı layihələndirilmiş və tikilmişdir. Binanın memarlığı da Şərq üslubunda işlənmişdir. 1967-ci ildə Sabunçu vağzalının binasına metronun "28 May" stansiyasının yeni tikilmiş girişinin binası qoşulub. 1977-ci ildə stansiya böyük yenidənqurma işlərinə məruz qaldı və burada köhnə vağzal binasına sıx bağlanan yeni müasir vağzal binası tikildi. == Xətt == Poti-Bakı Dəmiryolu Bakı-Yalama Dəmiryolu Bakı-Sumqayıt qatarı Bakı şəhərətrafı dəmir yolu Bakı metropoliteni — 28 May metrostansiyası == Sitatlar == Bakı Dəmiryol Stansiyası 1977-ci ilə qədər iki vağzal kompleksinin, 1883-cü ildə Bakı-Tbilisi xəttinin üzərində inşa edilmiş köhnə "Tiflis vağzalı" ilə 1926-cı ildə şəhərətrafı elektrik qatarları üçün tikilmiş "Sabunçu vağzalı" arasında yerləşirdi.
Sabunçu Dəmir Yolu Vağzalı
Sabunçu Dəmiryolu Stansiyası — Bakı şəhərinin Sabunçu rayonunda yerləşən sərnişin və yük qatarlarının keçdiyi dəmiryol stansiyası. Sabunçu Dəmiryol Stansiyası Bakı-Moskva dəmiryolu xəttinin üzərində inşa edilmişdir. Dəmir yolunun inşasına 1878-ci ildə başlanılır və 1879-cu ildə başa çatır. Dekabrın 17-dən etibarən Balaxanı, Suraxanı, Sabunçu stansiyalarında daşınmaq üçün yüklər qəbul edilir. 20 yanvar 1880-ci ildə dəmir yolunun rəsmi açılışı olur. Dünyada ilk dəfə olaraq neft məhz bu yolla sisternalarla daşınmağa başlanılmışdır. Bakı-Suraxanı-Sabunçu dəmir yolunun uzunluğu cəmi 20 km olmuşdur. 1925-ci ilin mart ayında Bakı-Sabunçu dəmir yolu xəttinin yenidənqurulması və ellektriklləşdirilməsi işlərinə başlanmışdır. Cəmisi 14,5 ay ərzində həmin işlər başa çatdırılmışdır. 1926-cı il iyulun 26-da Abşeronun məşhur neft rayonları olan Sabunçu və Suraxanıya ilk elektrik qatarları hərəkət etməyə başlamışdır.
Saint-Lazare vağzalı (tablo)
Sen-Lazar vağzalı (fr. Le Chemin de fer) — Eduard Mane tərəfindən 1873-cü ildə çəkilmiş rəsm. Əsərdə XIX əsr Paris şəhərinin mənzərəsi təsvir olunmuşdur.
Sen-Lazar vağzalı (tablo)
Sen-Lazar vağzalı (fr. Le Chemin de fer) — Eduard Mane tərəfindən 1873-cü ildə çəkilmiş rəsm. Əsərdə XIX əsr Paris şəhərinin mənzərəsi təsvir olunmuşdur.
Sumqayıt Dəmir Yolu Vağzalı
Sumqayıt Dəmiryol Stansiyası — Dəmiryol Stansiyası. Üçmərtəbəli Sumqayıt dəmir yolu vağzalının sahəsi 5,5 min kvadratmetrdir. Binada gözləmə zalı, bilet kassaları, məlumat bürosu, server otağı, əşyaların saxlanması kamerası yaradılıb və yaxın günlərdə burada ticarət mərkəzinin istifadəyə verilməsi planlaşdırılır. Bundan əlavə, stansiyada 7 yol yenidən qurulub və çəkilmiş dəmir yollarının ümumi uzunluğu 5 min 20 paqonmetrdir. Kompleksdə 12 yol dəyişən quraşdırılıb, uzunluğu 43 metr olan yeraltı piyada keçidi və platformaya yeraltı çıxış keçidi inşa edilib. 2015-ci ildən Bakı-Sumqayıt marşrutu ilə İsveçrənin “Stadler Rail Group” şirkətindən KİSS markalı ikimərtəbəli elektrik qatarları hərəkətə buraxılıb. Saatda 160 kilometr sürətlə hərəkət edən və 4 vaqondan ibarət olan elektrik qatarlarının hər birinin ümumi sərnişin tutumu 700 nəfər, oturacaq yerlərin sayı isə 367-dir. 20 avqust 2023-cü il tarixində saat 21:58-də vağzalın 3-cü mərtəbəsində genişmiqyaslı yanğın baş vermişdir. Kondisionerin qısa qapanması nəticəsində naqillər və alkapon üzərindən alov yayılmışdır. Sumqayıt şəhər FHN əməkdasları tərəfindən alov saat 23:00-da söndürülmüşdür.
Qəbələ Dəmir Yolu Vağzalı
Qəbələ Dəmir Yolu Vağzalı — Dəmiryol Stansiyası. Qəbələ Dəmir Yolu Vağzalının ümumi sahəsi 2300 kvadratmetr olmaqla VİP zalı, gözləmə zalı, 2 sərnişin platforması, 200 yerlik parklama sahəsi, kassa otağı, tibb məntəqəsi, qatar heyəti üçün istirahət otağı, kafe, ana və uşaq otağını özündə birləşdirir. Vağzalın binasının istifadəyə verilməsi Ləki-Qəbələ dəmiryolu xəttinin istismara verilməsi ilə eyni tarixdə, 2021-ci il mayın 15-də baş tutur.
Çay vağzalı (Rostov-na-Donu)
Çay voğzalı — bina kompleksi və digər tikililərdən ibarət olan çay sərnişin voğzalı. Voğzal Rostov-na-Donu şəhəri Bereqovaya küçəsində yerləşir. Voğzal kompleksi sərnişin terminalı və on bir mərtəbəli mehmanxanadan ibarətdir. Sərnişan terminalında gözləmə zalı, kassa, tibb məntəqəsi, mağaza, kafe, ofis və supermarket fəaliyyət göstərir. Don çayının voğzalda eni 160–250 meyr təşkil edir. Burada həm də Rostov dəniz ticarıt limanı yerləşir. Rostovda dəniz limanı 1750-ci ildə açılmışdır. Don çayının Azov dənizinə tökülməsi bölgənin Rusiyanın cənubunda əlverşli beynəlxalq ticarət mərkəzininyaranmasına səbəb olmuşdur. XX əsrin əvvələrində Rostov Azov-Qara dəniz suları sahilində iri ticarət limanına çevrilmişdi. Buranın inkişafəna səbəb həm də bir necə nəqliyyat növlərinin eyni bölgədə kəşisməsi idi.
Bakı dəmiryol vağzalında terror aktı (1994)
Bakı dəmiryol vağzalında terror aktı — 1994-cü il fevralın 1-də Bakı dəmiryol vağzalında "Kislovodsk-Bakı" sərnişin qatarında törədilmişdir. == Nəticəsi == Terror aktı nəticəsində 3 nəfər həlak olmuş, 20 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdı.
La-Sota vağzalına qatarın gəlməsi
La-Sota vağzalına qatarın gəlməsi (fr. L'arrivée d'un train en gare de La Ciotat) — 1895-ci ildə Lümyer qardaşlarının rejissorluğu və prodüserliyi ilə çəkilmiş ağ-qara, qısametrajlı, səssiz, sənədli film. Filmin ilk ictimai nümayişi 1896-cı ilin yanvarında baş tutub. Lümyer qardaşlarının ən məşhur filmi kimi bu film rusdilli mənbələrdə "Qatarın gəlməsi" və "Poçt qatarının gəlməsi" kimi də hallanır. == Süjet == Süjetin sadəliyinə baxmayaraq film geniş şöhrət qazanıb (ekranda yalnız qatarın gəlməsi, şəhər boyunca hərəkət edən sərnişinlər və La-Sota vağzalının dəmir yolu platforması nümayiş etdirilir). Filmdə bəzi nümayişlər əsasən qatarın hərəkətini təsvir edən hissələr psixoloji cəhətdən bunu qəbul etməyə hazır olmayan insanlar arasında vahimə doğururdu. == İstehsal == Bu 50 saniyəlik film Fransanın Buş-du-Ron departamentində, La-Sota kommunasında çəkilib. Film kinoaparat və çap dəzgahının köməyi ilə kinematoqraf vasitəsilə çəkilib. Lümyer qardaşlarının ilk filmlərinin hamısındakı kimi bu film də 1.33:1 nisbətində olan 35 mm-lik kino lentdə hazırlanmışdı. == Reaksiya == Film kino dünyasında məşhur olan şəhər əfsanəsi ilə bağlıdır.
Monparnas vağzalında qəza
Monparnas vağzalında qəza — Qranvil-Paris Express üzrə hərəkət edən paravozun Monparnas vağzalının dayanacağında buferi aşması zamanı-22 oktyabr 1895-ci ildə baş verən qəza. Qatar bir neçə dəqiqə gecikmişdi və itmiş vaxtı geri qaytarmaq üçün sürücü sürəti artırdı, ancaq çox böyük sürətlə stansiyaya daxil olan qatarın hava əyləci işləmədi. Buferi keçdikdən sonra qatar stansiya zalını keçdi və divarlarla toqquşaraq qəzaya uğradı. Aşağı küçədəki qadın daş hörgüsü üzərinə düşməsi nəticəsində həlak oldu. Sürücü 50 frank, konduktorlardan biri isə 25 frank cərimə olunub. Qatar stansiyanın çölündə şəkildə göstərildiyi kimi bir neçə gün qaldı və bir sıra şəkillər çəkildi. Bu şəkil daha çox istifadə olunan təsvir oldu. Qəzaya uğrayan paravozun tam oxşarı Braziliyada inşa edilmiş parkda qurulmuşdur. Qranvildən Paris Expressə 1895-ci ilin 22 oktyabrında hərəkət edən 721 nömrəli buxar lokomativi üç yük vaqonu, bir poçt vaqonu və altı sərnişin vaqonundan ibarət idi. Qatar Qranvil vağzalını 8:45-də tərk etdi , ancaq 131 sərnişinlə Paris Monparnas vağzalına yaxınlaşana kimi bir neçə dəqiqə gecikdi.

Значение слова в других словарях