VELEN

прил. веленевый. Velen kağızı веленевая бумага (высокосортная плотная и гладкая бумага)
VELBOT
VELİKORUSLAR
OBASTAN VİKİ
Velen
Velen (alm. Velen‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya torpağının Münster inzibati dairəsində şəhər. Sahəsi 70.52 km2, əhalisi 13014 nəfərdir (2006).
Rudar Velenye FK
Rudar (Velenye) — Sloveniyanın futbol klubu 1 dəfə Avropa kuboklarında iştirak edib.
Velenus
Velenus ( lat. Balerus, Belenus) — I Şapurun hakimiyyəti dövründə kadusilərin hökmdarı. Roma imperatoru I Valerian Edessa döyüşündə xəyanət etdiyinə görə Sasanilərə əsir düşdükdən sonra kadusilərin hökmdarı Velenus sasani şahı I Şapura yazdığı məktubunda şaha müraciət etdi: “Sizə göndərdiyim köməkçilərim sağ-salamat geri qaytarıldı və onları böyük məmnuniyyətlə qəbul etdim. Ancaq Valerianı əsir götürmənizə sizi çox da təbrik etmirəm; onu qaytarsaydız daha çox təbrik edərdim. Romalılar məğlub olanda daha güclü olurlar. Onunla ehtiyatlı davranın və artıq çoxlarını aldatmış xoşbəxtliyin sizi alovlandırmasına imkan verməyin. Valerianın həm imperator oğlu, həm də Sezar adlı nəvəsi var. Bəs tamamilə sizə qarşı qalxan bütün Roma dünyasına nə demək olar? Beləliklə, Valerianı qaytarın və romalılarla barışın, bu da bizim üçün faydalı olacaq".
Velenye
Velenye — Sloveniyanın Savinjska reqionunda yerləşən şəhər. Lyublyanadan 80 km aralıdır, əhalisi 26,7 min nəfərdir ,kömür şaxtalarının hesabına inkişaf etməyə başlayıb. Son zamanlar burada məişət texnikası istehsal edən iri müəssisə inşa edilib. Rəsm qalereyası vardır. Rudar adlı futbol klubu fəaliyət göstəriri.
Velençe gölü
Velençe gölü (ing. Lake Velence, mac. Velencei-tó) — Macarıstanda üçüncü ən böyük göl. Macarıstanın ən məşhur turistik məkanlarından biridir. Gölün ümumi sahəsi km²-dir və ərazinin üçdə biri qamışlıqla örtülmüşdür. Günəşli iqliminə görüə Avropanın ən isti göllərindən biridir: yayda onun temperaturu 26-28 °C-ə çatır. Velençe gölü Feyer əyalətində yerləşir.
Verbascum velenovskyi
Uca sığırquyruğu (lat. Verbascum densiflorum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin sığırquyruğu cinsinə aid bitki növü. Uca sığırquyruğu iriçiçəkli keçəyəbənzər tükcüklü, birinci il inkişaf edərək kök üstündə olan çətir və yarpaqlar, ikinci il isə generativ gövdə əmələ gətirir. Gövdəsi budaqlanmayan hündürlüyü 2 m-ə qədərdir. Kök üstündə olan yarpaqları oturaq və ya qısasaplaqlı, uzunsov və ya uzunsov-ellipsşəkilli, iriçəpərli kənarları, gövdəsi növbəli, bütün uzunluğu boyu sallanmış buğumarasından, aşağı hissəsi uzunsov, yuxarı hissəsi yumurtavari, itiuclu olub, kənarları dişlidir. Çiçəkləri sarı, azacıq qeyri-düzgün və beşüzvlü, olub, 3-4,5 sm diametrinə bərabərdir. Meyvəsi qutucuqdur. İyun-avqust aylarında çiçəkləyir. Bütün bu növlər sarı və ya çəhrayı rəngli, erkəkcik sapından ibarət olmaqla, aydın görünən tükcüklərdən ibarətdir. Çəmənliklərdə, meşənin kənarında, qumluqlarda, dağ döşündə yamaclarda, dəmir yollarının kənarlarında, istifadəsiz və təzə meşə salınan yerlərdə rast gəlinir.
Jurinea velenovskyi
Jurinea consanguinea (lat. Jurinea consanguinea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.