Vergiqoyma Obyektləri

əmlak, iqtisadi fəaliyyətdən gəlirlər, mal və xidmətlərin realizasiyası üzrə əməliyyatlar, AR-ın gömrük əra-zisinə gətirilən və aparılan mallar, iqtisadi fəaliyyətin bəzi növləri və digər obyektlər qanunvericiliyə görə vergiqoyma obyektləridir.
Vergiqoyma
Vergilər Ödənəndən Sonrakı Gəlirlər
OBASTAN VİKİ
Tüstü (vergiqoyma)
Tüstü – yaşayış məntəqələrində yaşayan ailənin, evin sayını bildirmək üçün ölçü vahidi. Hər hansı kənddə, qəsəbədə yaşayan ailənin, evin sayını bildirmək üçün tustu sözündən istifadə edilmişdir. Hər evdə bir ocaq qalandığına görə, bir tüstü bir ev, bir ailə demək olmuşdur. Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh. 462.
Səma obyektləri
Astronomik obyekt, göy cismi və ya səma cismi — müşahidə edilə bilən kainatda mövcud olan, təbii olaraq yaranan fiziki varlıq, birləşmə və ya struktur. Astronomiyada obyekt və cisim sözləri çox vaxt bir-birini əvəz edir. Bununla belə, astronomik cisim və ya göy cismi vahid, möhkəm əlaqəli, bitişik varlıq, astronomik obyekt və ya göy obyekti isə bir neçə cisimdən və ya bununla bərabər alt strukturlu digər obyektlərdən ibarət ola bilən mürəkkəb, daha zəif birləşmiş strukturdur.Astronomik obyektlərə planetar sistemlər, ulduz qrupları, dumanlıq və qalaktikalar, astronomik cisimlərə isə asteroidlər, peyklər, planetlər və ulduzlar aiddir. Kometa həm cisim, həm də obyekt kimi təyin edilə bilər: o donmuş buz və toz nüvəsi nəzərdə tutulduqda cisim, diffuz koma və quyruğu ilə bütün kometi təsvir edərkən obyektdir. Kainatın iyerarxik quruluşa malik olduğunu söyləmək olar. Ən böyük miqyaslarda quruluşun əsas komponenti qalaktikadır. Qalaktikalar qruplar və topalar şəklində qurulur, çox vaxt daha böyük ifrattopalar daxilində, demək olar ki, voydlər (qaranlıq boşluqlar) arasında böyük saplar boyunca düzülür və müşahidə oluna bilən kainatı əhatə edən bir şəbəkə yaradır. Qalaktikalar birləşməyə səbəb ola biləcək digər qalaktikalarla qarşılıqlı əlaqə də daxil olmaqla, formalaşma və təkamül tarixlərindən asılı olaraq müxtəlif morfologiyalara, nizamsız, elliptik və diskəbənzər formalara malik olur. Diskəbənzər qalaktikalar spiral qollar və bariz bir halə kimi xüsusiyyətlərə malik linzaşəkilli və spiral qalaktikaları əhatə edir. Əksər qalaktikaların nüvəsində ifratkütləli qara dəlik var ki, bu da aktiv qalaktika nüvəsinin meydana gətirə bilər.
İdarəetmə obyektləri
İdarəetmə obyektləri -radioverici qurğular və informasiyanın radiodalğaların köməyi ilə ötürülməsi üçün istifadə olunur. Yüksəktezlikli elektromaqnit sahəsi olan radiodalğa hərəkətdə olan materiyanın xüsusi formasıdır. Radioverici qurğunun tərkibinə verici və verici antena daxildir. Vericidə üç əsas proses baş verir: — yüksəktezlikli rəqsin generasiyası; — yüksəktezlikli rəqsin zəruri gücə qədər gücləndirilməsi; — yüksəktezlikli rəqsin parametrlərindən birinin (amplitudasının, tezliyinin və ya fazasının) ötürülən informasiyaya uyğun dəyişdirilməsi. Yüksəktezlikli rəqs avtorəqs generatorunda generasiya olunur. Bu generatoru oyadıcı və ya verici generator adlandırırlar. Belə ki o vericinin daşıyıcı tezliyini qərarlaşdırır. Yüksəktezlikli rəqsin parametrlərindən birinin ötürülən informasiyaya uyğun idarə olunması modulyasiya adlandırılır. Bu proses modulyatorda həyata keçirilir. İstifadə məqsədindən asılı olaraq vericidə amplitud modulyasiyası (AM), tezlik modulyasiyası ™ və ya faza modulyasiyası (FM) həyata keçirilə bilər.
Albaniyada Ümumdünya irsi obyektləri
Albaniyada Ümumdünya irsi obyektləri — Albaniyada mədəni və təbii irs əmlaklarının UNESCO-nun Ümumdünya irsi siyahısına yazılmış və ya ölkənin ilkin siyahısına daxil edilmiş siyahıdır. Aşağıdakı siyahı Albaniya Ümumdünya irsi obyektlərinin siyahısıdır.
Mətn sənədi və onun obyektləri
Kompüterdən ən geniş istifadə olunan sahələrdən biri mətnlərin hazırlanmasıdır. Mətnlər hazırlanarkən çox zaman bir neçə dəfə dəyişdirilir. Kağızda edilən hər hansı dəyişikliyin izi qalır və buna gorə də istənilən kompüterdə mətnlərlə işləmək üçün xüsusi proqramlar – mətn redaktorları quraşdırılıb. Mətn redaktorunda hazırlanmış istənilən mətnə, ona daxil edilmiş mətn olmayan materiallarla birlikdə sənəd (document) deyilir. Mətn sənədinin obyektləri aşağıdakılardır: simvol, sətir, abzas, mətn cədvəl düstur diaqram rəsim, şəkil və s. Mətn redaktorunda yaradılan ən kiçik obyekt "simvol"dur.