Vesper

die; -, -n 1. rel. axşam duası; 2. ikindi yeməyi
vesäumen
vespern
OBASTAN VİKİ
Falco vespertinus
Kərkincək qızılquş (lat. Falco vespertinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == 28–30 sm ölçüdə kiçik yırtıcı quşdur. Erkək fərdlər üçün bozumtul göy rəngli bel və qarın hissə, qırmızımtıl ayaqlar, dimdik və göz ətrafı halqa xarakterikdir. Dişilərdə sinə və qarın hissə narıncı rəngdədir. Göz ətrafı halqa qaradır. == Yayılması == Şərqi Avropada, Qərbi və Mərkəzi Asiyada yuvalayır. Qışlamaq üçün Afrika ölkələrinə köç edir. Azərbaycanda olduqca azsaylı növdür.
Vespertilionidae
Hamarburunlar (lat. Vespertilionidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinə aid heyvan fəsiləsi. Başın üst hissəsində mürəkkəb dəri törəmələri olmayıb traqus yaxşı ifadə edilmişdir. Ölçüləri, bədən quruluşu və qanadların formaları müxtəlifdir. Ən çoxsaylı, geniş yayılmış yarasa fəsiləsi olub, 35 cinsi və 200 – dən artıq növü əhatə edir. Qafqazda 24, Azərbaycanda 8 cinsdə birləşən 19 növ aşkar edilmişdir.
Vespertilio
Hamarburun (lat. Vespertilio) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinə aid heyvan cinsi.
Vespertilio murinus
İkirəng hamarburun (lat. Vespertilio murinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin hamarburun cinsinə aid heyvan növü. Bədənin uzunluğu 54–60 mm, bazu sümüyünün uzunluğu isə 41–48 mm-dir. Başı qısa və enlidir. Qulaqları (14–16,5 mm) qısa, enli və qalın dərilidir. Qulaq seyvanlarının arxa kənarı aşağı tərəfdən dairəvi şəkildə genişlənərək xaricə çevrilmişdir. Qulağın dəri çıxıntısı ortadan az nəzərə çarpacaq dərəcədə genişlənmişdir. Dişilərdə bir və ya iki cüt əmcək vardır. Bədənin üst tərəfi iki (qara və yaşılımtıl-kürən) rəngdədir. Tüklərin ucundakı açıq rəng ona azacıq gümüşü alabəzəklik verir.