Vespertilionidae
Hamarburunlar (lat. Vespertilionidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinə aid heyvan fəsiləsi.
Başın üst hissəsində mürəkkəb dəri törəmələri olmayıb traqus yaxşı ifadə edilmişdir. Ölçüləri, bədən quruluşu və qanadların formaları müxtəlifdir. Ən çoxsaylı, geniş yayılmış yarasa fəsiləsi olub, 35 cinsi və 200 – dən artıq növü əhatə edir. Qafqazda 24, Azərbaycanda 8 cinsdə birləşən 19 növ aşkar edilmişdir.