VETÇİNA

сущ. ветчина (мясо копчёного свиного окорока)
VESTİBÜL
VETERAN
OBASTAN VİKİ
Vetçina
Vetçina — duzlanmış və hisə verilmiş, arxa və ya ön kürək sümüyü və ya digər hissəslərdən, məsələn, qabırğadan hissədən olan donuz, o cümlədən, dana, hind quşu, toyuq və s. əti. Vetçina bir növ kolbasa məmulatıdır. Müsəlmanlar və yəhudilər tərəfindən donuz ətinin qadağan olması səbəbi ilə istifadə olunmur. Lakin digər ətlərdən hazırlanmış vetçinadan istifadə etmək sərbəstdir. Kolbasadan fərqli olaraq o hamar, bütöv ət tikəsindən olur. Ət sümükdən bütöv lay-lay, yağdan ayrılır, marinadda saxlanılır, preslənir. Vetçinanın çiy, bişmiş və hisə verilmiş növü olur. Tüstünün tərkibində 200-dən çox müxtəlif kimyəvi birləşmə var ki, onlardan da əsasən bir neçəsi ərzağa xüsusi dad və qoxu verir. İstiyə və tüstüyə məruz qalmış ərzağın (ət, balıq və sairə) tərkibindəki su azalır, mikroorqanizmlərin çox hissəsi məhv olur, fiziki-kimyəvi proses gedir, oksidləşməsinin qarşısı alınır, dad xüsusiyyətləri zənginləşir və uzun müddət xarab olmadan qala bilir.

Digər lüğətlərdə