VEY

VEY1

f. o (şəxs əvəzliyi).

VEY2

f. «və ey» birləşməsinin əsasən şeirdə işlədilən qısaldılmış forması.

VEY3

f. kərə, dəfə.

VAZİHAT
VEYL
OBASTAN VİKİ
Qərbi Vey
Qərbi Vey (çin. 西魏) ― Cənub və Şimal sülalələri dövründə Şimali Çində mövcud olmuş sülalə. 535-ci ildən 556-cı ilə qədər hakimiyyət sürmüşdür.
Vey (çarlıq)
Vey çarlığı (çin. 曹魏, pinyin: Cáo Wèi) — Üç çarlıq dövründə ən tanınmış, sərkərdə Çao Çao (曹操) tərəfindən əsası qoyulmuş, 220 - 266-cı illərdə mövcud olmuş dövlət. Çao Çao hakimiyyət zirvəsinə neçə-neçə hərbi yürüşlərdən keçərək çatmışdır. İlk olaraq şəxsi hesabına saxladığı beş minlik dəstəyə malik olan Çao Çao Şandunun qərb hissəsini öz əlinə alaraq, sonradan qonşu əyalətləri də özünə tabe etdirə bilmişdir. O, çox müdrik, soyuqqanlı, qəddar və siyasi hissiyata eyni zamanda dərin hərbi biliklərə malik sərkərdə olmuşdur. Bu cəhətlər onu hökmdarlıq zirvəsinə çatdırmışdır.
Vey Yi
Vey Yi (2 iyun 1999, Yançen[d], Çin) — Çin qrosmeysteridir və şahmat dahisidir. 1 mart 2013-cü ildə Reykyavik Open Turnirində özünün sonuncu qrosmeyster normasını yerinə yetirərək 13 yaş, 8 ay, 23 gün yaşında tarixdə dördüncü, o zaman üçün isə dünyada ən gənc qrosmeyster titulunu qazanır. Vey Çin Şahmat Liqasında Jiangsu Taizhou klubunu təmsil edir. == Karyerası == === İlk illəri === 2007-ci ildə Çin Şahmat Çempionatında B qrupunda mübarizə apardı və qrosmeyster Zhou Jianchao ilə oyunu heç-heçə olmuşdur. 2010-cu ildı 12 yaşlılar arasında Asiya Gənclər Şahmat Çempionatında qalib oldu və eyni diviziyonu Dünya Gənclər Şahmat Çempionatında da qalib gəldi. === 2012 === 2012-nin avqustunda o birinci GM normasını Afinada keçirilən Dünya Gənclər Şahmat Çempionatında yerinə yetirdi. Həmin yarışda Richárd Rapport üzərində qələbə və qalib Alexander Ipatov ilə heç-heçə elədi. Yariş yanvarın 1-də 20 yaşlılara qədər açıq keçirilirdi, Vey o vaxt 12 yaşında idi. Oktyabrda o ikinci GM normas;n; İndoneziya Open Turnirində Michal Krasenkow və Sergey Fedorchuk üzərində qələbəsi ilə yerinə yetirdi. === 2013 === Fevralda o final normasini Reykjavik Open turnirinde 10 oyundan 7½ xal qazanmaqla qorudu.
Vey sülaləsi
Vey çarlığı (çin. 曹魏, pinyin: Cáo Wèi) — Üç çarlıq dövründə ən tanınmış, sərkərdə Çao Çao (曹操) tərəfindən əsası qoyulmuş, 220 - 266-cı illərdə mövcud olmuş dövlət. Çao Çao hakimiyyət zirvəsinə neçə-neçə hərbi yürüşlərdən keçərək çatmışdır. İlk olaraq şəxsi hesabına saxladığı beş minlik dəstəyə malik olan Çao Çao Şandunun qərb hissəsini öz əlinə alaraq, sonradan qonşu əyalətləri də özünə tabe etdirə bilmişdir. O, çox müdrik, soyuqqanlı, qəddar və siyasi hissiyata eyni zamanda dərin hərbi biliklərə malik sərkərdə olmuşdur. Bu cəhətlər onu hökmdarlıq zirvəsinə çatdırmışdır.
Vey Nisar (Qürvə)
Vey Nisar (fars. وينسار‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 2,249 nəfər yaşayır (547 ailə). Əhalisini kürdlər təşkil edir.
Vey çayı müqaviləsi
Vey çayı müqaviləsi — Şərqi Göytürk xaqanlığı ilə Tan sülaləsi arasında imzalanan sülh müqaviləsidir. Müqavilə Tan hökmdarının Şərqi Göytürklərə ödəmək məcburiyyətində qaldığı yüksək miqdarda təzminata görə Çin qaynaqlarında “Vey çayı utancı” adı ilə anılmaqdadır. Müqavilənin nəticəsində türk xaqanı İllig xaqan qazanclı olaraq görülsə də, Şərqi Göytürklərə sığınan Sui sülaləsi üzvlərinin geri verilməsini ehtiva edən bu müqavilə göytürklərin Tana qarşı siyasi üstünlüyünü bitirmişdir. == Çanqan basqını və Bian körpüsü danışıqları == 626-cı ilin avqust ayında türk xaqanı İllig xaqan və qardaşı oğlu Tölis Çinə qəfil hücum etdi. Bu hücum digər basqınlardan fərqli olaraq, Tan sülaləsinin paytaxtı Çanqanı ələ keçirmək üçün edilirdi. Hazırlıqsız yaxalanan Tan hökmdarı Li Şimin ordusu ilə türk ordusunun qarşısına çıxmaqdansa, yanına aldığı 8 atlı ilə birlikdə Çanqana yaxınlaşan türk hökmarı İllig xaqanın qərərgahını ziyarətə qərar verdi. İllig xaqan Çin hökmdarını Bian körpüsündə qarşıladı və ki hökmdar arasındakı müzakirələr burada başladı. Tan sülaləsi göytürklərə böyük miqdarda qızıl və gümüş verməyi, bundan əlavə Çinşahzadələrindən birini İllig ilə evləndirməyi qəbul etdi. Təzminat ödənildikdən sonra türk ordusu geri çəkildi. == Təsirləri == İllig xaqanın paytaxt Çanqana hücum etmədən geri çəkilməsi Şərqi Göytürk dövləti daxilindəki narazılığı artırdı.
Haber-Veys reaksiyası
Haber-Veys reaksiyası- H2O2 (hidrogen peroksid) və superoksidin (• O2−) OH hidroksil radikalıdır. Reaksiya oksidləşdirici olaraq qəfəsdə baş verə bilər. Dəmir ionları katalizator olaraq iştirak edir və reaksiya kifayət qədər yavaş gedir. Reaksiyanın birinci mərhələsi Fe3+ -nın reduksiya olunması ilə başlayır: Fe3+ + •O2− → Fe2+ + O2 İkinci mərhələ: Fe2+ + H2O2 → Fe3+ + OH− + •OH Fe katalizatoru üçün ümumi reaksiya: •O2− + H2O2 → •OH + OH− + O2 Reaksiyanın adı Frits Haber və onun tələbəsi İosif Veysin şərəfinə adlandırılmışdır. == Tarix == 1931-ci ildə alman kimyaçısı və kimya üzrə Nobel mükafatçısı Frits Haber və tələbəsi İosif Veys Haber-Weiss reaksiyası adlanan zəncirvari reaksiyanı belə izah etmişlər: (1) HO• + H2O2 → H2O + O2•- + H+ (2) O2•- + H+ + H2O2 → O2 + HO• + H2O Lakin 1947-ci ildə Corc superoksid və hidrogen peroksid (2) arasındakı reaksiyanın superoksid parçalanmasının sürətli reaksiyasına nisbətən əhəmiyyətsiz olduğunu göstərdi: (3) O2•- + H2O2 → OH− + HO• + O2 1949-cu ildə Veys bu dəlilləri qəbul etdi və Haber- Veys reaksiyası uzun müddət unuduldu. 1970-ci ildə Boşamp və Fridoviç superoksidin toksik təsirlərini izah etmək üçün unudulmuş bir reaksiyanı canlandırdılar, lakin 1970-ci illərdə aparılan laboratoriya tədqiqatları göstərdi ki, bu reaksiya üçün sürət sabitinin 1 M-1с-1 və ya daha az olması Corcun əvvəlki nəticələrini təsdiqlədi. Superoksid və hidrogen peroksid arasındakı reaksiyanın yenidən əhəmiyyətsiz olması təsdiqləndi və superoksidin toksikliyi Fentonun reaksiyasında öz əksini tapdı: (4) Fe2+ + H2O2 → Fe3+ + HO- + HO• 1994-cü ildə Kan və Keşa sərbəst oksigeni almaq məqsədilə Haber- Veys reaksiyasına müraciət etdilər. Hal-hazırda superoksidin toksikliyi Fenton reaksiyası ilə izah edilir. == Mənbə == W. H. The Haber-Weiss cycle – 70 years later (неопр.) // Redox Report. — 2001.
Herman Veyl
Herman Veyl (ing. Hermann Klaus Hugo Weyl; 9 noyabr 1885[…] – 8 dekabr 1955, Sürix) — alman riyaziyyatçısı, nəzəri fiziki və filosofu. 1933-cü ildə nasistlərin hakimiyyətə gəlməsi ilə Almaniyanı tərk edərək ABŞ-də məskunlaşmış və 1951-ci ilədək Prinston Universitetində işləmişdir. Funksiyalar nəzəriyyəsi, ədədlər nəzəriyyəsi, qruplar nəzəriyyəsi üzrə əsərlərin müəllifidir. Həndəsənin vektor aksiomatikasını qurmuşdur. == Həyatı == == İstinadlar == == Ədəbiyyat == "Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008.
Karl Veyerştrass
Karl Teodor Vilhelm Veyerştrass (alm. Karl Theodor Wilhelm Weierstraß, 31 oktyabr 1815 – 10 fevral 1897‎) — alman riyaziyyatçısı. "Müasir analizin atası" hesab olunur. Onun funksiyanın kəsilməzliyi haqda Veyerştrass teoremi vardır..
Karl Vilhelm Veyerştrass
Karl Teodor Vilhelm Veyerştrass (alm. Karl Theodor Wilhelm Weierstraß, 31 oktyabr 1815 – 10 fevral 1897‎) — alman riyaziyyatçısı. "Müasir analizin atası" hesab olunur. Onun funksiyanın kəsilməzliyi haqda Veyerştrass teoremi vardır..
Kərəm Veyisov
La-Veya satanizmi
La-Veya satanizmi və ya Ateistik satanizm — Anton Szandor Lavey tərəfindən əsası qoyulan bir fəlsəfi təlim və inanc forması. İlk dəfə 1966-cı ildə Şeytan Kilsəsinin yaradılması ilə ortaya çıxıb. Satanist cərəyanlar içində kilsəsi, mərasimləri, bayram günləri olan və təşkilatlanmış şəkildə fəaliyyət göstərən yalnız La-Veya Satanizmidir.
Liu Veyçen
Veyçen (IV əsr – 392) — 359-cı ildə Tiefu konfederasiyasının qərb qolunun başçılığına gəldi. == Hakimiyyəti == Fu Ciana tabe olaraq hakimiyyəti təsdiq edilmişdi. 383-cü ildə müstəqilləşən Veyçenin 391-ci ildə Toba Qui ilə əlaqələri pisləşdi. Veyçen ona qarşı böyük oğlu Liu Çilidi (劉直力鞮) başçılığında böyük bir ordu ilə hücum etdi. Hun ordularını məğlub edən Qui, Veyçenin paytaxtı Yueba şəhərini ələ keçirdi. Veyçen öldürüldü, oğlu Çilidi əsir alındı, 5000 əyan hökmdarla birlikdə edam olundu. == Ailəsi == Fu adlı bir əsilzadə ilə evlənmişdi. Oğulları: Liu Çilidi - 391-ci ildə əsir olmuşdu. Liu Bobo - Hsia imperiyasının əsasını qoymuşdu.
Mir Veys xan
Mir Veys xan (1673—1715) (dəri. میروَیس) — Gilzaylar tayfasının başçısı. == Həyatı == Mir Veys xan Şahaləm xan oğlu Gilzaylar tayfasının Xotəki soyundan idi. 1673-cü ildə Qəndəhar şəhərində anadan olmuşdu. XVIII əsrin əvvəllərində əfqan tayfalarında artıq feodal- patriarxal münasibətlər tədricən aradan qalxır və onlar inkişaf təkamülərində yeni mərhələyə qalxırdılar. Əvvəldə qeyd etdiyimiz kimi ən güclü əfqan tayfaları Gilzay və Abdalilər idi. Gilzayi tayfalarının başçısı varlı tacir Mir Veys idi. Qəndəharda Mir Veysin rəhbərliyi ilə üsyan qalxdı və o iddia edirdi ki, şah hakimiyyətini tanımayacaq. Bu dövrdə şah Qəndəhara yeni bəylərbəyi təyin etdi. Bu şəxs gürcü mənşəli Qurgen xan idi və onu yerli camaat Şahnavaz xan adlandırırdı.
Mirzə Məhəmmədəli ağa Veysəlli-Otuziki
Mirzə Məhəmmədəli ağa Veysəlli-Otuziki — Nadir şah Qırxlı-Avşarın münşisi, Pənahəli xan Sarıcalı-Cavanşir in xarici işlər vaziri, şair Mirzə Məmmədqulu Təbibin ulu babası. == Həyatı == Mirzə Məhəmmədəli ağa Məhəmmədxan ağa oğlu 1700-cü ildə Otuziki elinin Veysəlli oymağinda doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. O, öncə Osmanlı ordusunda qulluq etmiş, sonra ordudan qaçıb Nadirqulu xan Qırxlı-Avşarın dəstəsinə qoşulmuşdu. Nadirqulu xan özünü şah elan edəndən sonra onun divanında münşi vəzifəsində xidmət etmişdi. Təzkirəçi Məhəmməd ağa Müctəhidzadə yazır: "Qəfranpənah Mirzə Məhəmmədəli isə cənnətməkan, nadiri-zəman Nadir şahın hüzurunda xass dəbir və münşilərdən imiş ki, bəvasiteyi-təğyiri-zəman və inqilabi dövran İran torpağından qəti-əlaqə edib Qarabağa təşrif gətirib Veysəlli nam qəryəsində təəhhül etmiş..." Müəllif Mirzə Məhəmmədəli ağanı gəlmə kimi göstərir. Halbuki, onun atası Məhəmmədxan ağa, anası Ümmülbanu xanım əslən və nəslən Veysəlli oymağından idilər. Nadir şahın qətlindən sonra Qarabağa dönən Mirzə Məhəmmədəli ağa Pənahəli xanın divanxanasında münşi (xarici işlər yazışmalarına nəzarət edirdi) kimi çalışmışdı. Mirzə Məhəmmədəli ağanın Qayıb bəy adlı oğlu vardı.
Məmməd Veysov
Veysov Məmməd Kərim oğlu(27.12.1900, Şamaxı ş. – 27.8.1974, Bakı) – hərbi xadim. Buzovnada praporşiklər məktəbini bitirmiş, Azərbaycan Xalq Cümhuriyyətinin yeni təşkil olunmuş hərbi birləşmələrində xidmət etmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə alayının komandiri və Gəncə qarnizonunun rəisi vəzifəsini daşımışdır. N.Tolmaçov adına Hərbi-Siyasi Akademiyanı və M.Frunze adına Nərbi Akademiyanı bitirmişdir. Akademiyada təhsil alarkən yazdığı “Qafqaz hərbi əməliyyat meydanı şəraitində dağ-atıcı diviziyasının hücumu” adlı diplom işi Akademiyanın Komissiyası tərəfindən dağ hərbi hissələri üçün rəhbər vəsait kimi tövsiyə edilmişdir. Hərbi Akademiyanı bitirdikdən sonra Orconikidze şəhərindəki 28-ci dağ-atıcı diviziyasının qərargah rəisi, 1937 ilin noyabrında isə Şimali Qafqaz Hərbi Dairəsinin 9-cu atıcı korpusuna qərargah rəsi təyin olunmuşdur. Həmin il dekabrın 30-da sovet repressiyaları dalğasında həbs edilmişdir. 1955 il iyunun 22-də bəraət qazanmış, bütün vətəndaş hüquqları, hərbi rütbəsi və təltifləri bərpa olunmuşdur. Uzun müddət Gəncə və Bakı şəhər partiya bürosunun üzvü, Bakı şəhər Sovetinin deputatı olmuşdur.
Nazim Veysov
Nazim Veys oğlu Veysov — Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı (2005–2014-cü illər). == Həyatı == 10 avqust 1950-ci ildə Ermənistan Respublikasının Basarkeçər rayonunun Böyük Məzrə kəndində anadan olub. Əmək fəaliyyətinə 1967-ci ildən başlayıb. 1974-cü ildə Gəncə şəhərində Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun(indiki Azərbaycan Dövlət Aqrar Universiteti) Mexanikləşdirmə fakültəsini bitirib. 1974-cü ilin noyabrından 1983-cü ilin avqustuna qədər Xanlar(indiki Göygöl) rayonunun heyvandarlıq sovxozunda baş mühəndis, 1983-cü ilin oktyabr ayından 1986-cı ilin avqust ayına qədər isə Xanlar(Göygöl) rayonunun heyvandarlıq sovxozunda Partiya Komitəsinin katibi işləyib. Nazim Veysov 1979-cu ilin mart ayında Sov. İKP sıralarına daxil olub. 1987-ci ilin iyul ayından 1990-cı ilin fevral ayına qədər Azərbaycan KP Xanlar rayon Komitəsində təlimatçı işləyib. 1992-ci ilin mart ayından 1999-cu ilin aprelinədək Xanlar rayon Kənd Kimya Birliyinin sədri işləyib. 1993-cü ilin iyun ayından Yeni Azərbaycan Partiyasının üzvü olan Nazim Veysov 1993-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib.
Nemət Veysəlli
Nemət Bayramalı oğlu Veysəlli (21 mart 1941, Yuxarı Veysəlli, Qaryagin rayonu – 25 mart 2023) — Azərbaycan Yazıçılar Birliyinin (1985) və Azərbaycan Jurnalistlər Birliyinin (1978) üzvü. == Həyatı == Nemət Veysəlli 1941-ci il martın 21-də Qaryagin rayonunun (indiki Füzuli) Yuxarı Veysəlli kəndində anadan olmuşdur. Yeddillik kənd məktəbini bitirdikdən sonra sabiq Martuni (indiki Xocavənd) rayonunun beynəlmiləl (1957–1959) orta məktəbində təhsil almışdır. Horadiz pambıqtəmizləmə zavodunda (1960) fəhlə işləmişdir. 1961–1964-cü illərdə Sovet ordusu sıralarında qulluq etmişdir. Bir müddət Bakı Şin zavodunda fəhlə (1964–1975), sonralar isə böyük tərbiyəçi vəzifəsində çalışmışdır. Azərbaycan Dövlət Universitetinin jurnalistika (1965–1971) fakültəsini bitirmişdir. Nemət Veysəlli çox mənalı və zəngin həyat yolu keçmişdir. Onun dünyaya gəldiyi dövr çox ağır və məşəqqətli illərlə bağlı idi. Müharibə dövrü və onun sonraya miras qoyduğu üzüntülər bütün ailələrin probleminə çevrilmişdi.
Qasımabad-e Veynəsar (Bicar)
Qasımabad-e Veynəsar (fars. قاسم آباد وينسار‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 48 nəfər yaşayır (8 ailə). Əhalisini kürdlər təşkil edir.
Qustav Veyl
Qustav Veyl (alm. Gustav Weil‎; 25 aprel 1808, Zaltsburq — 29 avqust 1889, Frayburq) — yəhudi əsilli alman şərqşünası. == Həyatı == Qustav Veyl 25 aprel 1808-ci ildə Almaniyanın Beden əyalətinə bağlı Zaltsburq şəhərində doğulmuşdu. Yəhudi əsilli bir ailənin övladıdər. Kiçik yaşlarında ailəsi tərəfindən din adamı olması üçün yönləndirildi; İbranicə, Fransızca və Latınca dərslər aldı. On iki yaşında ikən bu gün Fransa sərhəd-sınırları içərisində olan Metz şəhərinə gedərək xaxam olan babasından Talmud öyrəndi. 1828-ci ildə Heydelberq Universitetinə qeyd oldu. 1830-cu ildə təhsilinə davam etmək üçün Parisə getdi. Burada Silvestre de Sacy, E. Quatremère və A. Perron kimi müəllimlərdən Ərəbcə və Aysorca öyrəndi. Fransızların Əlcəzayiri işğal etməsinə görə təhsilinə ara verib, "Augsburger Allgemeine Zeitung" qəzetinin müxbiri sifətiylə Əlcəzayirə getdi.
Raymonds Veyonis
Raymonds Veyonis (15 iyun 1966, Nikonovo[d], Pskov vilayəti) — latviyalı dövlət və siyasi xadim; 8 iyul 2015-ci ildən 8 iyul 2019-a dək Latviya Respublikasının 9-cu Prezidenti və Latviya Respublikasının Milli Silahlı Qüvvələrinin Ali Baş Komandanı olmuş Raymonds Veyonis, 2002–2003-cü illərdə Latviya Respublikasının Ətraf Mühit və Regionlar Məsələlər Naziri, 2003–2011-ci illərdə Latviya Respublikasının Ətraf Mühit Naziri, 2011-ci ildə yenə Latviya Respublikasının Ətraf Mühit və Regionlar Məsələlər Naziri, 2014–2015-ci illərdə isə Latviya Respublikasının Müdafiə Naziri olub. == Həyatı == Anası rus, atası isə latış olan Raymonds Veyonis 1966-cı il iyunun 15-də Rusiya SFSR-nın Psqov rayonunun Niqonovo qəsəbəsində anadan olub. Onun atası hərbi xidmətdə olan zaman, anası həyat yoldaşı ziyarət etməyə gəlib və həmin zamanda Raymonds Veyonisi dünyaya gətirib. == Fəaliyyəti == Raymonds Veyonis 1990-cı ildə Yaşıllar Partiyasının sıralarına üzv oldu. 1990-cı ildən 1993-cü ilə qədər Madona şəhərinin Dövlət Dumasının deputatı olan Raymonds Veyonis, 1996-cı ildən 2002-ci ilə qədər Riqa Ətraf mühit Şurasının sədri olub. == Ailəsi == Raymonds Veyonis İveta Veyonis ilə ailəlidir, 2 övladı var.
Rəmziyyə Veysəlova
Rəmziyyə Osman qızı Veysəlova (11 fevral 1914, Bakı – 22 avqust 1993, Gəncə) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR xalq artisti (1958). == Həyatı == Rəmziyyə Veysəlova 1914-cü il fevral ayının 11-də Bakıda anadan olmuş Acar qızı idi. 1920-ci ildə Gürcüstanda Sovet Hakimiyyəti qurulanda onun valideynləri öldürülmüş, evləri isə müsadirə edilmişdi. Bundan sonra onun bütün qohumları Qazaxıstana sürgün edilib. Ailəyə çox yaxın olan təxmini adı dəqiqləşdirilən Petinov adlı bir şəxs həm altı yaşlı Rəmziyyəni, həm də qardaşı Neyməti Nəriman Nərimanovun yanına gətirərmişdir. Daha sonra böyük dövlət xadimi Nəriman Nərimanov uşaqları Bakıda Bahar xanım Ağalarovanın uşaq evinə yerləşdirmişdir. Çox təəssüf ki, Rəmziyyə xanımın qardaşı Neymətin sonraki taleyi barədə məlumat yoxdur. Rəmziyyə Veysəlova Bakıda yeni tipli qız məktəbində bir müddət təhsil almışdır. Yeddinci sinfi bitirəndən sonra, 1929-cu ildə təhsil ala-ala sənət müəllimlərinin tövsiyəsi ilə Bakı Teatr Məktəbinin aktyorluq fakültəsinə daxil olmuşdur. Burada sənət müəllimlərinin tövsiyəsi ilə Bakı Türk İşçi Teatrının yardım heyətinə qəbul olunmuş, kütləvi səhnələrə çıxmış, tamaşalarda iştirak edərək epizodik rollar oynamışdır.
Veydefiord
Veydefiord (norv. Wijdefjorden) — Qərbi Şpisbergen (Şpitsbergen arxipelaqı, Norveç) adasının şimalında yerləşən fyord. Fyordun uzunluğu 108 km təşkil edir. Fiord adanın şimalından başlayır və cənubuna qədər uzanır. Qərbdən Andre Torpağı, şərqdən isə Mareqeret Torpağı ilə əhatələnir. Fiordun cənubunda İndre-Veydefiorden Milli Parkı yerləşir.
Veyis İsmayılov
Veyisli
Veyisli (əvvəlki adı: Çalaberti) — Azərbaycan Respublikasının Goranboy rayonunun Veyisli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı ilə Goranboy rayonunun Çalaberti kəndi Veyisli kəndi, Çalaberti kənd inzibati ərazi vahidi Veyisli kənd inzibati ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Veyisli tarixi Çiləbörd mahalının adıyla bağlıdır. Oykonim "çala" (çuxur, dərə) və "bert" (ər. "qala") sözlərindən düzəlib ("-i" mənsubiyyət şəkilçisi), "dərə qalası" deməkdir. 1998-ci ildən kənd Veyisli adı ilə rəsmiləşdirilmişdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1555 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.