VİDEOMULTİRUM
is. \[ing. video < lat. video "baxıram, görürəm" + lat. multum "çox" + ing. room "otaq"\] tex. Televizor aparatına quraşdırılan xüsusi kiçik qurğu vasitəsilə lokal şəbəkə ilə əlaqəyə girmək, musiqiyə qulaq asmaq, böyük televizor ekranından slayd-şouya baxmaq, elektron poçtu yoxlamaq, sosial şəbəkələrdə söhbətləşmək, onlayn filmlərə və videokliplərə baxmaq imkanı yaradan sistem. Videomultirum vasitəsilə evdə əsl kinoteatr təşkil etmək, romantik atmosfer yaratmaq, prezentasiya keçirtmək, və ya uşaq bayramı təşkil etmək mümkündür. □ Videomultirum sistemi.