VİLLA-GƏMİ

is. Gəminin villa dizaynında layihələşdirilməsi. Dubayda hazırlanması planlaşdırılan Floating Seahorse 158 m2 sahəyə malik 3 mərtəbəli villa-gəmi olacaq.
VİDEOTEKS
VİNDBLOK
OBASTAN VİKİ
Gəmi
Gəmi — Arximed prinsipinə əsasən suda üzə bilən su nəqliyyat maşını. Qayıq ilə gəmi arasındakı fərq onun ölçüsündədir. Gəmilər xüsusi gəmiqayırma zavodlarında hazırlanırlar. Gəminin gövdəsi hazır olduqdan sonra o suya buraxılır və sonra suda tam quraşdırılır. Gəmilər vacib nəqliyyat vasitələrindəndir. Onlardan həm sərnişin, həm də yüklərin daşınmasında istifadə olunur. Yüklər konteynerlərə yığılaraq uzaq məsafələrə daşınır. Böyük yük gəmiləri neft tankerləridir. Sərnişin gəmilərindən daha çox səyahət üçün istifadə olunur. Teploxod — daxili yanacaq mühərriki ilə hərəkətə gətirilən gəmi; Yaxta — motorlu və yaxud yelkənli yüngül gəmi; Aviadaşıyıcı — göyərtə aviasiyası daşıyan hərbi gəmi.
Brenda Villa
Brenda Villa (18 aprel 1980, Los-Anceles, Kaliforniya) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Brenda Villa, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Brenda Villa, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu. Brenda Villa, ABŞ yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Niderland yığmasına 10:11 hesabı ilə məğlub olan ABŞ yığması, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu. Daha sonra Brenda Villa, ABŞ yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İspaniya yığmasını 8:5 hesabı ilə məğlub edən ABŞ yığması, London Olimpiadasının qızıl medalına sahib oldu.
Villa Alemana
Villa Alemana - Çili şəhəri. Əhalisi 122.806 nəfərdir (2002).
Villa Bazilika
Villa Bazilika (it. Villa Basilica) — İtaliyanın Toskana regionunda şəhər.
Villa Ford
Villa Ford (ing. Willa Ford); doğum adı Amanda Li Mondano (ing. Amanda Lee Modano); 22 yanvar 1981) — ABŞ aktrisa, prodüser, müğənni, mahnı müəllifi, teleaparıcı və rəqqasəsi. Karyerasına müğənni kimi 1999-cu ildə "Mandah" adı ilə başlayıb. Ancaq bir müddət sonra adını Uilla Forda dəyişdirib. Əsl adı Amanda Li olan Uilla 1981-ci il yanvarın 22-si Raksin şəhərində anadan olub. 8 yaşında ikən uşaq xorunda oxumaqa, 11 yaşından isə incəsənət şirkəti olan "Tampa Bay Children's Choir"də çıxış eləməyə başlayıb. 2007-ci ildən xokkeist Mayk Modano ilə ailə həyatı qurmuş, 2012-ci ilin avqustunda boşanmışdır. 1999–2000-ci illərdə "MCA", 2000–2004-cü illərdə isə "Lava" və "Atlantic" leyblları ilə işləmişdir. İki sola albomu var: "Willa Was Here" (2001) və "Sexysexobsessive" (2004).
Villa Park
Villa Park — "Aston Villa" komandasının ev oyunlarını oynadığı futbol stadionudur. Stadion İngiltərənin Birminhem şəhərində yerləşir. 1897-ci ildə açılmışdır. "Villa Park" 42.573 nəfərlik bir tutuma malikdir.
Villa Petrolea
Villa Petrolea (lat. Villa Petrolea) – XIX əsrin sonlarında Nobel Qardaşları Neft İstehsal Cəmiyyəti (Branobel) tərəfindən şirkətin işçiləri üçün Bakı ətrafında Qara şəhərin sərhəddində salınmış yaşayış qəsəbəsidir. Həmçinin qəsəbədə yerləşən Nobel qardaşlarının şəxsi iqamətgahı da belə adlanır. Hazırda burada Nobel Qardaşları Muzeyi və bir neçə təşkilatın ofisi fəaliyyət göstərir. 19-cu əsrin sonlarında Bakının şərq ətraf əraziləri bütünlüklə sənaye bölgəsi olduğuna görə, yaşayış üçün əlverişli deyildi. Burada yalnız neft sənayesində çalışan işçilər yaşayırdılar. Maddi vəziyyəti yaxşı olan sakinlər isə şəhərin daha təmiz bölgəsində Bakının mərkəzində məskunlaşmışdılar. Branobel şirkətinin inzibati-texniki işçilərini(o cümlədən Finlandiyadan, İsveçdən, Norveç və Almaniyadan da dəvət olunmuş) bu bölgəyə cəlb etmək üçün burada yaşayış üçün hər cür şəraiti olan bir qəsəbə salındı. Qəsəbə Qara Şəhərin şərq sərhəddində Keşlə kəndində yerləşirdi. Qəsəbənin ərazisində işçilər üçün evlər, məktəblər, teatr, xəstəxana və Nobel qardaşlarının Bakıdakı iqamətgahı tikilmişdir.
Villa Tugendhat
Villa Tugendhat, Çex Respublikasının Brno şəhərindəki Černá Pole regionunda yerləşən tarixi bir binadır. Avropadakı müasir memarlığın ilk prototiplərindən biridir və Alman memarı Ludwig Mies van der Rohe tərəfindən dizayn edilmişdir. 1928–1930-cu illər arasında Fritz Tugendhat və xanımı Greta üçün dəmir-beton konstruksiya formasında inşa edilmiş və modernizmin simvoluna çevrilmişdir.
Dördgöyərtəli (gəmi)
Dördgöyərtəli ya tam olaraq Dördtopgöyərtəli xətt gəmisi — gəmi növü. Bu növdəki gəmilər tarixi yelkənli xətt gəmisi olub, dörd top göyərtəsinə və ya batareya göyərtəsinə malikdir. Adətən üçdorlu, üçgöyərtəli gəmi olub, onun ən üst göyərtəsində əlavə olaraq döyüş topları yerləşdirildiyinə görə dördgöyərtəli adlandırılır. 1837-ci ildə ABŞ-də tikilmiş USS Pennsylvania bu modifikasiyaya aiddir.
Gəmi kapitanı
Gəmi kapitanı — gəmi kollektivində ən yüksək vəzifə. Gəmi kapitanı milli və beynəlxalq qanunlara uyğun olaraq gəminin səmərəli və təhlükəsiz istismarına, yük və sərnişin daşımasına, naviqasiyasına məsuliyyət daşıyır. Dənizdə səfər zamanı gəmidə olan bütün heyət üzvləri, sərnişin və köməkçi heyət gəmi kapitanına tabedirlər.
Gəmi ranqı
Gəmi ranqı — döyüş gəmilərinin topların miqdarına, top göyərtəsinin, o cümlədən heyətin sayına görə təsnifat sistemidir. Təsnifat ilk dəfə İngiltərədə yaranmış və sonralar bir qədər düzəlişlərlə digər dəniz dövlətləri tərəfindən geniş istifadə olunmuşdur.
Gəmi sarğısı
Sarğı ya Gəmi sarğısı (ing. Stern, it. Poppa, fr. Poupe, alm. Heck‎, rus. Корма) — gəmi gövdəsinin arxa ya dal hissəsi. Gəmi sarğısının suda qalan hissəsinin forması onun idarəolunmasında mühüm rola malikdir. Sarğının üzdə qalan hissəsi gəmi funkiyasına və ölçüsünə müvaviq hazırlanır. Gəmi sarğısı onun əsas idarəetmə elementlərinin: sükan, pər, gəmi çarxının yerləşdiyi bir yerdir. Buna görə də bu hissə gəmi kapitanının ixtiyarında olur.
Gəmi sükanı
Gəmi sükanı, dəniz nəqliyyatı və avianəqliyyat vasitələrində defolt hərəkətini həyata keçirmək üçün nəzərdə tutulan şaquli stabilizatordakı nəzarət səthi. Gəmi sükanının iki növü mövcuddur - hidravlik və joystick. Təyyarələrdə sükanı hündürlük sükanından ayırmaq üçün çox vaxt istiqamət sükanı terminindən istifadə olunur. Uçuş zamanı təyyarənin bütün hərəkətləri təyyarədəki təzyiq paylanmasından asılıdır. Sabit qanadlı bir təyyarə üçün əsas nəzarət səthləri, bu səthlərin axına qarşı dayanması və onu pozması, bununla da yüksək təzyiq zonası yaratması prinsipi ilə işləyirlər. Nəzarət səthləri işlədikdə, təyyarənin iki əks tərəfindəki təzyiq simmetriyası pozulur, bu da istənilən hərəkəti təmin edir. Gəmi sükanı, ümumiyyətlə, quyruqun arxa kənarına yerləşdirilir. Pilot sol pedala basanda sükan sola dönür və rulda yüksək təzyiq zonası yaranır. Sükan sıfıra çatmayana qədər (notrlanmadıqca), təyyarə əyilməyə davam edir. Bəzi təyyarələrdə rulda trim nişanı vardır.
Gəmi zəngi
Gəmi zəngləri, Gəmidəki zəng olaraq saatları göstərən bir sistemdir. Gemi dəhlizində gəmiçilərin növbə və istirahət vaxtlarını təşkil etmək üçün istifadə edilərdi. Vətəndaş saatlara bənzəməz, zəngin vuruşu saatın zamanı ilə uyğun değildir. Səkkiz zəng vuruşu vardır, dörd saatliq bir qəti hər yarım saatında. Zəng hər yarım saatda çalınır və cüt nizamdan hesablamanı asanlaşdırmaq üçün, sıranın sonunda tək bir zilli. Gəmi zəngləri iki və ya dörd qrupa bölünür və keşikçilər deyə adlandırılır. Her bir növbətçi əsnasında əsaslı vəzifələr olan sükan, seyr, sahil müşahidə və gözətçi alır. Səkkiz zəng dənizçilərə keşik bitdiyini xəbər verir. Dənizçinin ölüm xəbəri də gəmi zəngi ilə bildirilir.
Huni (gəmi)
Huni, əlavə və gəminin əsas göyərtəsində hazırlanmış bir başlıq, verilmiş dizayndır. Bu qazan və ya motor işlənmiş qazların his və tüstü aradan qaldırılması üçün istifadə olunur. O, həmçinin adətən baca adlanır. Gəmi hunisinin əsas funksiyası gəminin strukturunu və göyərtəsini çirkləndirməmək və ekipajın işləmə qabiliyyətini pozmamaq üçün mühərriklərdən və digər mexanizmlərdən işlənmiş qazları dağıtmaq üçün egzoz borularının və ya egzozların hündürlüyünü artırmaqdır. öz funksiyalarını yerinə yetirirlər.
Kosmik gəmi
Kosmik gəmi — kosmosa uçmaq üçün istifadə edilən nəqliyyat vasitəsi, gəmi və ya aparatdır. Kosmik gəmilərin məqsədlərinə kommunikasiya, Yerin müşahidəsi, meterologiya, naviqasiya, kosmosda koloniyaların yaradılması, planetlərin tədqiq edilməsi və insan və yüklərin daşınması daxildir. Əsas hərəkətverici element kimi adi raket mühərriklərindən istifadə edilir. Günəş şüaları ilə işləyən mühərriklərdən hələ istifadə edilmir. Kosmik gəmilər yerə enmə qabiliyyətinə görə fərqlənirlər. Onlardan bir qismi paraşütlərlə (Soyuz, Vostok), digərləri isə bir başa yerin atmosferini keçdikdən sonra adi təyyarə kimi yerə enə bilirlər (məsələn Spase Shutle, Buran). Paraşütlə düşən kosmik gəmi hissəsinə stabilləşdirici aerodinamik forma verilir. Bu onların atmosferə daxil oduqdan sonra hərəkətini tənzimləyir.
Mirnı (gəmi)
"Mirnı" — yelkənli Şlyup, Birinci Antarktika ekpedisiyasında 1819-1821-ci illərdə Mixail Lazarevin rəhbərliyi ilə Antarktidanın kəşfində iştirak etmiş gəmi. Gəmi 1818-ci ildə Sankt-Peterburq yaxınlığında buzlaqlar arasında hərəkət etməyə xidmət edək üçün yenidən inşa edilmişdir. Antarktikaya ekspedisiyanı tezləşdirmək məqsədi ilə «Ladoqa» gəmisisi hərbi donanmaya cəlb olunur. Onun adı dəyişdirilərək «Mirnı» adlandırılır. Yeni ad verilməsindən sonra gəmi təmirə göndərilmişdir. Gəmini Mixail Lazarev idarə etmişdir. Təmirdən sonra gəmi olduqca güçlənmişdir. Gəminin xatirəsinə adlandırılmış obyektlər: Antarktidada yarımada Antarktidada sahil Antarktikada elmi-araşdırma stansiyası "Mirnı" Merkuridə dağ sistemi Морской Энциклопедический Словарь, Л-д, «Судостроение», 1991, ISBN 5-7355-0280-8. Mərkəzi Hərbi-Dəniz Portalı: «Dünyanın yelkənli gəmiləri» Arxivləşdirilib 2007-07-08 at the Wayback Machine.
Nevada (gəmi)
"USS Nevada (BB-36)" (ing. USS Nevada (BB-36)) — ABŞ hərbi-dəniz donanmasının xətt gəmisi. ABŞ-nin 36-cı ştatının şərəfinə adlandırılmış ikinci hərbi gəmi. "Nevada" xətt gəmiləri tipli ilk gəmi. 1914-cü ildə suya salınmış "USS Nevada (BB-36)" drednout texnologiyasında irəliyə atılmış addım idi və onun dörd yeni xüsusiyyəti ABŞ-də ondan sonra tikilmiş bütün gəmilərdə öz əksini tapmışdı: üçqat silah qülləsi, yanacaq kimi kömür əvəzinə mazut işlətməsi, üzmə məasəfisni artıran mühərrikli buxar turbinləri və "hər şey yaxud heç nə" zirehlənmə prinsipi. Bu xüsusiyyətlər "USS Nevada (BB-36)"ın ABŞ HDQ-nin ilk "super-drednoutu" adlandırmağa imkan verirdi. Yanacaq kimi neft məhsullarının seçilməsi çox vacib və uğurlu qərar idi. Kömür neftlə müqayisədə uduzurdu. Gəmilərin neft məhsulları ilə işləməsi onları kömürün bunkerdən sobaya daşınması, sobaların kömürün yanma məhsullarından təmizlənməsi (hər üç saatdan bir), çirk və kömür tozunun toplanması (xüsusilə də, optika üzərində), kömür şaxtalarında qaz yığılması səbəbindən əlavə ventilyasiyaya ehtiyac yaranması və sair kimi problemlər dən xilas edirdi. Hələ 1903-cü ildə qərara alınmışdı ki, ABŞ-nin "Monro doktrinası"nı həyata keçirməsi üçün 11 min km hərəkət radiusuna malik hərbi gəmilərin olması zəruridir.
Sarğı (gəmi)
Sarğı ya Gəmi sarğısı (ing. Stern, it. Poppa, fr. Poupe, alm. Heck‎, rus. Корма) — gəmi gövdəsinin arxa ya dal hissəsi. Gəmi sarğısının suda qalan hissəsinin forması onun idarəolunmasında mühüm rola malikdir. Sarğının üzdə qalan hissəsi gəmi funkiyasına və ölçüsünə müvaviq hazırlanır. Gəmi sarğısı onun əsas idarəetmə elementlərinin: sükan, pər, gəmi çarxının yerləşdiyi bir yerdir. Buna görə də bu hissə gəmi kapitanının ixtiyarında olur.
Sualtı gəmi
Hərbi sualtı gəmi — əsasən dənizlər ilə və okeanlar ilə əlaqəsi olan ölkələrin su fövzələrini qorumaq üçün və ya hərbi kəşfiyyat aparmaq üçün istifadə etdiyi, suyun alt hissəsində hərəkət edən qurğu.
Tonnant (gəmi)
“Tonnant” (fr. Le Tonnant sonralar ing. “HMS Tonnant - Her or His Majesty’s Ship Tonnant” - azərb. Əlahəzrətin gəmisi Tonnant‎), (1787) — üçdorlu, 84 döyüş topuna malik əvvəl Fransa donamasına, 2 avqust 1798-ci ildən Böyük Britaniya Kral Donanmasına məxsus II ranq xətt gəmisi.
Vasa (gəmi)
Vaza (isv. Vasa) — 1626-1628-ci illərdə tikilmiş İsveç döyüş gəmisidir. Gəmi 10 avqust 1628-ci ildə ilk səfərində limandan ayrıldıqdan dərhal sonra - 1 dəniz mili belə getmədən batmışdır. Gəmidəki ən qiymətli bürünc toplar çıxarıldıqdan sonra gəminin batdığı yer unudulmuşdur, ancaq 1950-ci ildə yenidən tapılmışdır. 24 Aprel 1961-ci ildə Stokholm limanının girişində - sıx dəniz nəqliyyatının olduğu bölgədə demək olar ki, heç köhnəlməmiş vəziyyətdə tapılmış və su səthinə çıxardılmışdır. Əvvəlcə bir muzeyə qoyulmuş gəmi daha sonra Stokholmdakı gəmiylə eyni adı daşıyan Vaza Muzeyinə köçürülmüşdür. İsveçin ən əhəmiyyətli turist cəlb edən mərkəzlərindən biri olan muzeyi 1961-ci ildən bugünə qədər 29 milyon adam ziyarət etmişdir. Gəmi dövrünün ağır gəmilərindən biri idi və kifayət qədər yüklənmişdi. Gəminin hərəkət başladığı bir neçə dəqiqə içində qüvvətli küləklə qarşılaşmış və batmışdır. Gəminin batmasında bir neçə faktorun təsiri vardır.
Vaza (gəmi)
Vaza (isv. Vasa) — 1626-1628-ci illərdə tikilmiş İsveç döyüş gəmisidir. Gəmi 10 avqust 1628-ci ildə ilk səfərində limandan ayrıldıqdan dərhal sonra - 1 dəniz mili belə getmədən batmışdır. Gəmidəki ən qiymətli bürünc toplar çıxarıldıqdan sonra gəminin batdığı yer unudulmuşdur, ancaq 1950-ci ildə yenidən tapılmışdır. 24 Aprel 1961-ci ildə Stokholm limanının girişində - sıx dəniz nəqliyyatının olduğu bölgədə demək olar ki, heç köhnəlməmiş vəziyyətdə tapılmış və su səthinə çıxardılmışdır. Əvvəlcə bir muzeyə qoyulmuş gəmi daha sonra Stokholmdakı gəmiylə eyni adı daşıyan Vaza Muzeyinə köçürülmüşdür. İsveçin ən əhəmiyyətli turist cəlb edən mərkəzlərindən biri olan muzeyi 1961-ci ildən bugünə qədər 29 milyon adam ziyarət etmişdir. Gəmi dövrünün ağır gəmilərindən biri idi və kifayət qədər yüklənmişdi. Gəminin hərəkət başladığı bir neçə dəqiqə içində qüvvətli küləklə qarşılaşmış və batmışdır. Gəminin batmasında bir neçə faktorun təsiri vardır.
Yedək gəmi
Yedək gəmi - Böyük gəmilərin önündə gedən və əsasən onların manevr imkanlarını genişləndirmək üçün istifadə olunan kiçik həcmli gəmi növü. Yedək gəmilərin, böyük gəmilərin sifarişləri əsasında yardımçı fəaliyyətlər üçün cəlb olunur və göstərdiyi xidmətlərə xilasetmə-yardım, dəstək, çatdırma və manevr daxildir. Yedək gəmi üçün tələb olunan əsas xüsusiyyət çəkmə gücünün çox olmasıdır. Açıq dəniz yedək gəmiləri Xüsusiyyətləri: Böyük qayıq həcmində olmaları, güclü motorxanası, yüksək dartma gücü, açıq dənizdə manver imkanları .
İkigöyərtəli (gəmi)
İkigöyərtəli ya tam olaraq İkitopgöyərtəli xətt gəmisi tarixi yelkənli xətt gəmisi olub, iki top göyərtəsinə və ya batareya göyərtəsinə malikdir.

Digər lüğətlərdə