VİTRİN
VİTSE-KONSUL
OBASTAN VİKİ
Vitse-admiral
Vitse-admiral — Azərbaycan Hərbi Dəniz Qüvvələrində ali hərbi rütbə. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə general-leytenant rütbəsidir.
Admiral
Admiral (ərəb. əmir əl-bəhr‎ – dəniz əmiri) — hərbi dəniz donanmasında rütbə, Azərbaycan Hərbi Dəniz Qüvvələrində ən yüksək hərbi rütbə. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə general-polkovnik rütbəsidir. Rusiyada admiral rütbələri XVII–XVIII əsrlərdə I Pyotr tərəfindən təsis edilmişdir. 1940-cı ildən SSRİ və Rusiyada kontr-admiral, vitse-admiral, admiral, donanma admiralı rütbələri var; 1955-ci ildən Sovet İttifaqı Donanmasının admiralı rütbəsi var idi (Sovet İttifaqı Marşalı rütbəsinə uyğundur). XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə dəryabəyi (دریابیی) adlandırılmışdır.
Admiral Muskve
Admiral Dalindlela Muskve (21 avqust 1998) — hücumçu mövqeyində çıxış edən Zimbabve futbolçusu. Hazırda Çempionşip turnirində yarışan "Luton Taun" klubunun və Zimbabve milli futbol komandasının şərəfini qoruyur. == Klub karyerası == Muskve 2007-ci ildə doqquz yaşı olarkən yerli klublardan olan Lester Siti klubuna qəbul olmuşdur. 2016-cı ilin may ayında o, klubda Mövsümün Akademiya Oyunçusu seçilmişdir. Bir ay sonra Muskve klub ilə 2019-cu ilə kimi olan ilk peşəkar müqaviləsini imzalamışdır. Muskve öz peşəkar karyerasında debütünü 2016-cı ilin iyul ayında mövsüm öncəsi yoldaşlıq oyununda Oksford Yunayted klubuna qarşı oyunda etmişdir. O, Şinci Okazakini əvəz etmiş və həmin görüşdə Lester Siti rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == Muskve bir müddət İngiltərə milli futbol komandasının U-17 millisində çıxış etmişdir. O, milli ilə debütünü 2014-cü ildə Nordik U-17 Turnirində etmişdir. O, turnirdə 4 görüşdə iştirak etmiş və 2 qolla yadda qalmışdır.
Admiral Nelson
Horatsio Nelson (29 sentyabr 1758[…] – 21 oktyabr 1805[…], Trafalqar burnu, Əndəlüs) — ingilis donanmaçısı, vitse-admiral (1801), vikont (1801). Əbukir dəniz döyüşü (1798) zamanı eskadraya komandanlıq edərkən fransız donanmasını darmadağın etmişdi. Trafalqar döyüşündə (1805) Nelsonun komandanlığı ilə ingilis donanması fransız-ispan donanması üzərində böyük qələbə qazanmış, bu vuruşmada Nelson ölümcül yaralanmışdı. 1806 il yanvarın 9-da Londonda dəfn olunmuşdur. Dəniz döyüşündə yeni manevr taktikasını tətbiq etmişdir. == Tərcümeyi-halı == ==== Uşaqlığı və gəncliyi ==== Horatsio Nelson keşiş oğlu idi. Ümumiyyətlə, onların bütün qohum-qardaşları kilsə xadimləri idilər. Ona görə belə ailədən dənizçi çıxması gözlənilməz idi. Lakin bu işdə sözsüz gəmi kapitanı olan dayısının mühüm rolu olmuşdu. Onun balaca Horatsioya 7 yaşında ikən itirdiyi anasının dənizçi olan ulu babalarının macəraları haqqında söhbətləri də unudulmaz təsir bağışlamışdı.
Böyük Admiral
Böyük admiral və ya flot admiralı — bəzi ölkələrdə marşalın dəniz qüvvələrindəki bərabər rütbəsi olan donanma zabitlərinin ən yüksək admiral rütbəsidir. Böyük admiral, Türkiyənin dəniz qüvvələrində ən yüksək hərbi rütbədir. NATO kodu OF-10-dur. Quru qoşunlarında onun ekvivalenti marşaldır. Bu rütbə ən yüksək hərbi rütbə olsa da, bu rütbənin digər rütbələrdən əsas fərqi onun zamanla qazanılmamasındadır. Bu rütbə qanunla müharibədə üstün faydalılığının olduğu görülən və ən azı admiral və ya dörd ulduzlu general rütbəsinə sahib olan zabitlərə Türkiyə Böyük Millət Məclisi tərəfindən verilir. == Türkiyədə böyük admiral rütbəsi == Türkiyə Respublikası tarixində böyük admiral rütbəsini hələ heç kim qazanmamışdır. 1538-ci il Preveze dəniz döyüşündə qazandığı müvəffəqiyyət səbəbiylə Osmanlı dəniz kapitanlarından böyük admiral rütbəsi, Möhtəşəm Süleyman tərəfindən Barbaros Xeyrəddin Paşaya verilmişdir.
Kontr-admiral
Kontr-admiral — Azərbaycan Hərbi Dəniz Qüvvələrində ali hərbi rütbə. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə general-mayor rütbəsidir.
Vitse-prezident
Vitse-prezident (ing. Vice President) — hökumətin icraedici strukturunda əhəmiyyətinə görə prezidentdən sonra ikinci məsul şəxs hesab olunur. Vitse-prezidentin əsas funksiyası ondan ibarətdir ki, o, prezidentinin vəfatı, istefası və ya hakimiyyətdən uzaqlaşdırılması hallarında prezidenti əvəz edir. Vitse-prezidenti həm də Milli Məclisə də rəhbərlik etdiyi üçün onun hakimiyyətin icraedici, yoxsa qanunverici qoluna mənsub olması mübahisəlidir.
Vitse krallıq
Vitse-krallıq ("Vitse-kral": "kralın nümayəndəsi", "vitse-prezident" və ya "vitse-admiral") — vitse-kral tərəfindən idarə edilən koloniya idarəetmə sistemi. Qeyri-məhdud hakimiyyətə malik olan monarxın həmin yerdəki nümayəndəsi. Vitse-kral vəzifəsi vərəsəlik yolu ilə keçmir və monarx tərəfindən təyin edilir.
Vitse-kral
Vitse-krallıq ("Vitse-kral": "kralın nümayəndəsi", "vitse-prezident" və ya "vitse-admiral") — vitse-kral tərəfindən idarə edilən koloniya idarəetmə sistemi. Qeyri-məhdud hakimiyyətə malik olan monarxın həmin yerdəki nümayəndəsi. Vitse-kral vəzifəsi vərəsəlik yolu ilə keçmir və monarx tərəfindən təyin edilir.
Vitse-krallıq
Vitse-krallıq ("Vitse-kral": "kralın nümayəndəsi", "vitse-prezident" və ya "vitse-admiral") — vitse-kral tərəfindən idarə edilən koloniya idarəetmə sistemi. Qeyri-məhdud hakimiyyətə malik olan monarxın həmin yerdəki nümayəndəsi. Vitse-kral vəzifəsi vərəsəlik yolu ilə keçmir və monarx tərəfindən təyin edilir.
Admiral (film, 2008)
Admiral — türk əsilli rus admiralı Aleksandr Kolçakın həyatından bəhs edən Rusiya filmi.
Admiral Kuzneçov boğazı
Admiral Kuzneçov boğazı Komandor boğazı kimidə tanınır. Sakit okeanında yerləşir, Berinqa adası ilə Mednıy adasını ayırır. Berinq dənizi ilə Sakit okeanı birləşdirir. Komondor adaları hövzəsində ən iri boğazdır. Uzunluğu 30 km, minimum eni isə 50 km təşkil edir. Ən dərin yeri 142 m-dir. Boğazın sahilləri girintili-çıxıntılıdır, sahillərində Sulkovsk, Kotenok, Krasnıy, Neproxodimiy, Sivuciy, Monatı, Elina, Perqrebnıy və başqa burunları vardır. Boğaz ərazisinə çoxlu sayda çaylar axır: Pereqrebnaya, Mayatniknaya və Ozernaya. Qərbində Pereqrebnıy, Kazarma və Ozernaya, şərqində isə Reçnaya, Bobrovaya buxtaları vardır. Adlanmasına gəldikdə isə bu ad 2004-cü ildə Sovet admiralı Nikolay Qerasimoviç Kuzneçovun şərəfinə verilmişdir.
Osman Paşa (admiral)
Osman Paşa (türk. Patrona Osman Paşa d. 1792, Rize - ö. 1860) — Türk admiral. Sinop döyüşündə Osmanlı donanmasının komandanı. Misir hərbi-dəniz məktəbinin yetirməsidir. 1825 - 1830-cu illərdə Misir Donanmasında gəmi rəisi vəzifəsini icra etmişdir. Sonradan İstanbula gələrək və Osmanlı Donanmasında xidmətə başlamışdır. Krım müharibəsi başlayanda 12 gəmidən ibarət Qara Dəniz Donanması təşkil edildi. İnceburun ilə Amasra məntəqələri arasında keşik çəkən bu donanmanın komandiri təyin edildi.
Rafiq Əsgərov (admiral)
Rafiq Əsgərov — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Komandanı vəzifəsini ilk icra edən şəxs (1991-1993). Rafiq Əsgərov 1949-cu ildə Bakıda anadan olub. Orta təhsilini bitirdikdən sonra Ali Dənizçilik Akademiyasında təhsil almışdır. Rafiq Əsgərov 1993-cü ildə müdafiə nazirinin əmrinə əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsinə təyin olunmuşdur. O, 1993-cü il ilə qədər idarə etdiyi müddətdə Hərbi Dəniz qüvvələrinin formalaşmasında müstəsna xidmətləri olmuşdur. Xüsusilə 1992-ci ildə keçmiş SSRİ-nin HDD-nin Qırmızı bayraqlı Xəzər Donanmasının Bakı və Moskva arasında bölünməsində yaxından iştirak etmişdir. 1993-cü ildə onu vəzifədə Fuad Yusifov əvəz etmişdir.
ABŞ vitse-prezidenti
Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti (ing. Vice President of the United States) — ABŞ federal hökumətinin icraedici strukturunda əhəmiyyətinə görə prezidentdən sonra ikinci məsul şəxs. Vitse-prezidentin əsas funksiyası ondan ibarətdir ki, o, ABŞ prezidentinin vəfatı, istefası və ya hakimiyyətdən uzaqlaşdırılması hallarında onu əvəz edir. ABŞ vitse-prezidenti həm də ABŞ Konqresinin yuxarı palatası olan Senata da rəhbərlik etdiyi üçün onun hakimiyyətin icraedici, yoxsa qanunverici qoluna mənsub olması mübahisəlidir. ABŞ-nin hazırkı vitse-prezidenti Kamala Harrisdir. == ABŞ vitse-prezidentlərinin siyahısı == 7 vitse-prezident vəzifə başında vəfat etmiş (hamısı öz əcəli ilə, ən son 1912-ci ildə Şerman), 2-si istefa vermiş (Kelhun və Aqnyu), 9-u prezidentin ölümü və ya istefası nəticəsində prezident olmuş, 3-ü vəzifədə olduğu müddətdə keçirilən seçkilər nəticəsində prezident seçilmiş (Adams, Van Buren və ata Buş), biri isə (Nikson) — vitse-prezidentlik müddəti başa çatdıqdan 8 il sonra prezident seçilmişdir.
ABŞ vitse-prezidentləri
Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti (ing. Vice President of the United States) — ABŞ federal hökumətinin icraedici strukturunda əhəmiyyətinə görə prezidentdən sonra ikinci məsul şəxs. Vitse-prezidentin əsas funksiyası ondan ibarətdir ki, o, ABŞ prezidentinin vəfatı, istefası və ya hakimiyyətdən uzaqlaşdırılması hallarında onu əvəz edir. ABŞ vitse-prezidenti həm də ABŞ Konqresinin yuxarı palatası olan Senata da rəhbərlik etdiyi üçün onun hakimiyyətin icraedici, yoxsa qanunverici qoluna mənsub olması mübahisəlidir. ABŞ-nin hazırkı vitse-prezidenti Kamala Harrisdir. == ABŞ vitse-prezidentlərinin siyahısı == 7 vitse-prezident vəzifə başında vəfat etmiş (hamısı öz əcəli ilə, ən son 1912-ci ildə Şerman), 2-si istefa vermiş (Kelhun və Aqnyu), 9-u prezidentin ölümü və ya istefası nəticəsində prezident olmuş, 3-ü vəzifədə olduğu müddətdə keçirilən seçkilər nəticəsində prezident seçilmiş (Adams, Van Buren və ata Buş), biri isə (Nikson) — vitse-prezidentlik müddəti başa çatdıqdan 8 il sonra prezident seçilmişdir.
Qırğızıstanın vitse-prezidenti
Qırğızıstanın vitse-prezidenti — 1990-cı ilin dekabr ayında yaradılmış Qırğız Respublikası hökumətində siyasi vəzifə. Vəzifə 1993-cü ildə ləğv edildi. Prezidentin vəzifələrini yerinə yetirmək iqtidarında olmadığı təqdirdə vitse-prezident onun səlahiyyətlərini öz üzərinə götürmək tapşırığı verilmişdir. 2007-ci il konstitusiyasının 50-ci maddəsinə uyğun olaraq bu məsuliyyəti baş nazir daşıyır.
SSRİ Vitse-prezidenti
İndoneziyanın vitse-prezidenti
İndoneziya Respublikasının vitse-prezidenti (ind. Wakil Presiden Republik Indonesia) İndoneziya Respublikasının ardıcıllıq xəttində birincidir. İndoneziya vitse-prezidentliyi Müstəqilliyə hazırlıq işləri üzrə Tədqiqat Komitəsi (BPUPK) tərəfindən 1945 Konstitusiyasının formalaşdırılması zamanı yaradılmışdır.İdarə ilk olaraq 18 avqust 1945-ci ildə Məhəmməd Hattanın səsləndirilməsi ilə seçildiyi zaman tam dolduruldu. Seçki İndoneziya Müstəqilliyi üzrə Hazırlıq Komitəsi (PPKI) tərəfindən aparıldı, çünki vitse-prezident seçkiləri üçün məsuliyyət daşıyan qurum Xalq Məşvərət Məclisi (MPR) hələ yaradılmamışdı. 16 oktyabr 1945-ci ildə Hatta Mərkəzi İndoneziya Milli Komitəsinə (KNIP) prezidentlə bərabər statusu daşıyan vitse-prezident fərmanını açıqladı. Bu fərmanın nəticəsi olaraq KNIP dövlət başçısı ilə hökumət başçısının rolunu 11 noyabr 1945-ci ildə ayırdı.Yeni bir konstitusiya hələ qurulmamış olsa da, İndoneziya de-fakto Parlament Demokratiyası idi. 1945 Konstitusiyası: Vitse-prezidentliyə namizəd İndoneziya mənşəli olmalıdır. Müvəqqəti Konstitusiya: Vitse-prezidentliyə namizəd ən azı 30 yaşında bir İndoneziya vətəndaşı olmalıdır. O, arzuolunmaz hesab edilən və ya ləğv edilən seçkilərdə iştirak etmək hüququna malik olan biri ola bilməz. O, həmçinin özəl korporasiyalarla əlaqəli olmamalıdır.
Azərbaycan Respublikasının vitse-prezidenti
Azərbaycan Respublikasının vitse-prezidenti — Azərbaycan Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə 60 gün müddətində növbədənkənar Azərbaycan Respublikasının Prezident seçkiləri keçirilir. Bu halda yeni prezident seçilənədək Azərbaycan Respublikasının prezident səlahiyyətlərini Birinci vitse-prezident icra edir. Bu müddət ərzində Birinci vitse-prezident istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə, Azərbaycan Respublikasının vitse-prezidenti Birinci vitse-prezident statusu almış olur və Azərbaycan Prezidentinin səlahiyyətlərini icra edir. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Baş naziri icra edir. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Baş nazirinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədri icra edir. Həmin səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədrinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin başqa vəzifəli şəxs tərəfindən icrası haqqında qərar qəbul edir. Azərbaycan Respublikası vitse-prezidentlərinin toxunulmazlığı adlı yeni maddə əlavə olunub: Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikasının vitse-prezidentinin şəxsiyyəti toxunulmazdır. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanma hallarından başqa tutula bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda onu tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.
Azərbaycan Respublikasının vitse-prezidentləri
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti — Azərbaycan Respublikasının ən ali ikinci dövlət vəzifəsi. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Prezidentdən sonra dövlətin başçısı hesab olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəyə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə təyin edilir. 2017-ci il fevralın 21-dən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin səlahiyyətlərini Prezident İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyeva icra edir. == Tarixi == Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyul 2016-cı il tarixli nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı verildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 fevral 2017-ci il tarixli 2684 nömrəli Sərəncamı ilə Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edildi.
Azərbaycanın Birinci vitse-prezidenti
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti — Azərbaycan Respublikasının ən ali ikinci dövlət vəzifəsi. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Prezidentdən sonra dövlətin başçısı hesab olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəyə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə təyin edilir. 2017-ci il fevralın 21-dən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin səlahiyyətlərini Prezident İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyeva icra edir. == Tarixi == Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyul 2016-cı il tarixli nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı verildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 fevral 2017-ci il tarixli 2684 nömrəli Sərəncamı ilə Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edildi.
La Plata vitse krallığı
Rio-de-la-Plata vitse krallığı (isp. Virreinato del Río de la Plata) — İspaniyanın Cənubi Amerikada yerləşən vitse krallığı. Bu krallığa günümüzdə mövcud olan Argentina, Uruqvay, Paraqvay və Boliviya kimi dövlətlərin ərazisini təşkil edirdi. 1776-cı ildə Peru vitse krallığından ayrılması nəticəsində meydana gəlmişdir. Öz mövcudluğunu 1810-cu il may ayına qədər qoruya bilmişdir. O dönəmdə siyasi və ictimai hadisələrin nəticədində vitse kral hakimiyyətdən uzaqlaşdırılmışdır. Bu hadisə tarixə may inqilabı kimi düşmüşdür. Paytaxtı —Buenos Ayres, Montevideo.
Qazaxıstan Respublikasının vitse-prezidenti
Qazaxıstan Respublikasının vitse-prezidenti — 1991-1996-cı illərdə Qazaxıstan Respublikasında mövcud olan vəzifə. Belə bir vəzifə tutan ilk və yeganə şəxs Erik Maqzumoviç Asanbaev idi. 16 dekabr 1991-ci ildə Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev tərəfindən bu vəzifəyə təyin edildi və 22 fevral 1996-cı ildə vəzifəsindən uzaqlaşdırıldı. Qazaxıstan SSR Prezidentinin müavini vəzifəsi, Qazaxıstan SSR-in 1990-cı il 24 aprel tarixli “Qazaxıstan SSR Prezidenti vəzifəsinin təsis edilməsi və dəyişikliklər və Qazaxıstan SSR Konstitusiyasına (Əsas Qanuna) əlavələr ". Ona görə: Qazaxıstan SSR Başçısının müavini, Qazaxıstan SSR Prezidentinin tapşırığı ilə onun ayrı-ayrı funksiyalarını yerinə yetirir və Prezidentin olmadığı və ya vəzifələrini icra edə bilmədiyi təqdirdə Prezident əvəz edir. Qazaxıstan SSR Prezidenti bu və ya digər səbəbdən vəzifələrini icra edə bilmirsə, Qazaxıstan SSR-nin yeni Prezidenti seçilənə qədər onun səlahiyyətləri Qazaxıstan SSR Prezidentinin müavininə verilir və bu mümkün deyilsə, Qazaxıstan SSR Ali Sovetinin Sədri. Qazaxıstan SSR Prezidentinin müavini ilk dəfə Qazaxıstan SSR Ali Soveti tərəfindən altı il müddətinə seçildi. Bu vəzifəyə Qazaxıstan SSR Ali Soveti, əvvəllər Qazaxıstan SSR Ali Soveti sədrinin birinci müavini vəzifəsini tutan Tereşenko Sergey Aleksandroviçi seçdi. Bu vəzifəni 1990-cı il aprelin 24-dən mayın 13-dək tutmuşdur. Mayın 13-də Serqey Tereşenko CPM Çimkent Regional Komitəsinin birinci katibi təyin edildi və prezident müavini vəzifəsi boş qaldı.
Çin Xalq Respublikasının vitse-prezidenti
Çin Xalq Respublikasının vitse-prezident (sadələşdirilmiş Çin dili: 中华人民共和国 副主席; ənənəvi Çin dili: 中華人民共和國 副主席; pinyin: Zhōnghuá Rénmín Gònghéguó Fùzhǔxí), Çin Xalq Respublikası hökumətində yüksək vəzifə sayılır. "Çin Xalq Respublikasının vitse-prezidenti" 1954-cü ildə Birinci Ümumdünya Xalq Konqresindən bəri qurulmuşdur və birinci vitse-prezident Zhu De idi. Mədəni İnqilabın başlamasından sonra o zamankı prezident Liu Şaoqi gücünü itirdi və istefa etdi. O dövrdə, iki sədr müavinləri Soong Çing Ling və Dong Bivu, Konstitusiyanın müddəalarına uyğun olaraq Sədr kimi müvəffəq ola bilmədi, ancaq səlahiyyətləri yalnız öz adlarına bölüşdülər. 1975-ci ildə qəbul edilmiş Konstitusiya "Çin Xalq Respublikasının Prezidenti" və "Sədr müavini" vəzifələrinin ləğv edilməsinə qərar verdi. 1982-ci ildə qəbul edilmiş 2 Avqust Konstitusiyası bərpa edildi. 2018-ci ildə, 13-cü Ümumdünya Xalq Konqresi yenidən seçki məhdudiyyətlərini ləğv etmək üçün konstitusiya dəyişikliyini qəbul etdi, lakin heç bir gücü artırmadı. Büro 1982 konstitusiyası ilə yaradılmışdır. Rəsmi olaraq, vitse-prezident, Konstitusiyanın 62-ci maddəsinə uyğun olaraq Ümumçin Xalq Nümayəndələri Məclisi tərəfindən seçilir. Təcrübədə bu seçki tək namizədli seçkilər kateqoriyasına aiddir.

Значение слова в других словарях