Voklüz (departament)
Voklüz (fr. Vaucluse, oks. Vauclusa) — Fransanın cənubunda yerləşən, Provans-Alp-Kot-d'Azur regionun departamentlərindən biri; Sıra nömrəsi — 84. İnzibati mərkəzi — Avinyon (prefektura). Əhalisi — 555.240 nəfərdir (departamentlər arasında 48-ci yer, 2010-cu ilin məlumatları).
Ərazisi 3567 km². Departamentin qərb sərhədləri boyunca Rona çayı, cənub boyunca - Dürans çayı axır.
Departamentə 3 rayon (Avinyon, Apt və Karpantra), 24 kanton və 151 kommun daxildir.
Voklüz 1793-ci ildə Buş-dü-Ron, Drom və Aşağı Alplar dağlarının (indiki Yuxarı Provans Alpları) departamentlərindən ayrılmış ərazilərdən formalaşmışdır. Keçmiş Provans vilayətinin ərazisində yerləşir.