VOLFRAMİT

сущ. вольфрамит (руда, содержащая вольфрам)
VOLFRAM
VOLFRAMLAMA
OBASTAN VİKİ
Volframit
Volframit — Gübnerit (MnWO4) — ferberit (Fe WO4) izomorf sırasının minerallarıdır; volframit gübneritlə ferberit arasında tərkibcə orta mövqe tutan mineral növüdür. Monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Xassələri == Rəng – volframitin – qonuru-qara, gübneritin – sarımtıl - və qırmızımtıl-qəhvəyi, qəhvəyi-qara; Mineralın cizgisinin rəngi – volframitin – qəhvəyi-qara, gübneritin – qırmızımtıl-qəhvəyi, sarımtıl-qonur; Parıltı – yağlı, qatranı, ayrılma müstəvilərində – şüşə parıltısındın yarımmetal və metal parıltısınadək; Şəffaflıq – volframit qeyri-şəffaf, gübnerit yarımşəffaf, şəffaf; Sıxlıq – volframitin – 7,14-7,54, gübneritin– 7,14-7,25; Sərtlik – volframitin 4,0-4,5, gübneritin – 5,0-5,5; Kövrəkdir; Ayrılma – {010} üzrə mükəmməl; Bölünmə – bəzən {100} və {102} üzrə; Sınıqlar – qeyri-hamar; Morfologiya – kristallar: prizmatik, iynəvari, qalın- və nazik lövhəvari; İkiləşmə: sadə, nisbətən az polisintetik; {100}, bəzən {001} üzrə; Mineral aqreqatları: dənəvər bütöv, lövhə formalı, vərəq - və pulcuqvari, radial-şüalı kütlələr, püruzlar, şeyelit üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Qranitoidlərlə əlaqədar olan yüksək temperaturlu hidrotermal damarlar üçün səciyyəvidir. Tez-tez qreyzenlərdə qeyd edilir. Hərdənbir az miqdarda qranit peqmatitlərində, skarnlarda, alp tipli damarlarda, bəzən aşağıtemperaturlu hidrotermal yataqlarda rast gəlir. Çox vaxt səpintilərdə toplanaraq, bəzən iri yataqlar əmələ gətirir. Birlikdə rast gəldiyi minerallar: kassiterit, şeyelit, sinnvaldit, topaz, beril, turmalin, flüorit, kvars, molibdenit, arsenopirit, pirit və b. Mineralın tapıldığı yerlər: Ta-yu, Kit-an, Pan-Yan (Çin); Sanq-Don (Koreya yarımadası); Akenobe (Yaponiya); Zabaykalyedə Nerçin r-nu, Uzaq Şərq (Rusiya); Qazaxıstan; Altenberq, Pextelqrün (Almaniya); Cənubi Dakota, Kolorado, Nevada ştatları (ABŞ) və b.

Digər lüğətlərdə

бункеро́вка напрока́т нетре́петный переувлажня́ть поката́ться почу́вствовать стабу́ниваться унифика́ция цыга́н глянцеви́то забетони́ровать опохмеле́ние похе́рить преиспо́лненный прове́дать разведгру́ппа спорофи́лл ула́живать соло шивыдранец pluralism synthesis крёстная переряжаться сослужить