Mirzə Həsən xan Vüsuqəddövlə
VÜSUQÜDDÖVLƏ Mirzə Həsən xan Mirzə İbrahim xan oğlu (1874–1950) — İran dövlət xadimi. Baş nazir.
Dəfələrlə Məclisin deputatı seçilmiş, müxtəlif nazir vəzifələri daşımışdır. 1916–1917-ci il və 1918–1920-ci illərdə İranın baş naziri olmuşdur. 1919-cu ilin iyununda Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyətini qəbul etmiş. iki dövlət arasında dostcasına sıx münasibətlərin qurulacağına əminliyini bildirmişdir. Vətənə yola düşməzdən əvvəl Vüsuqüddövlə nümayəndə heyətini yenidən qəbul etmiş, İranın öz sərhədlərini Azərbaycan, Türküstan və digər ərazilər hesabma genişləndirmək niyyəti barədə İran nümayəndə heyətinin Versal konfransındakı bəyanatına münasibətini açıqlayaraq, ölkəsinin belə bir fıkri olmadığını bildirmişdi. Versal nümayəndə heyətinə protest göndərilərək, bu qeyri-dəqiq xəbərin təkzib olunması tapşırılmışdı. Vüsuqüddövlə hər iki dövlət üçün dostluq, qarşılıqlı əlaqə və çiçəklənmə dövrünün başladığına əminliyini bir daha vurğulamışdı.Vüsuqüddövlə hökuməti Versaldakı nümayəndə heyətinə konfransda Azərbaycan Xalq Cümhuriyyətinin suverenliyini dəstəkləmək barədə teleqram göndərmişdi. 1920-ci il martın 20-də, bolşevik işğalının yaxınlaşdığı şəraitdə, Azərbaycan Xalq Cümhuriyyəti ilə İran arasında sülh və dostluq haqqında müqavilə bağlandı.