Məhəmməd Tahir Vəhid Qəzvini

İmadəddin Mirzə Məhəmməd Tahir Qəzvini — Hüseyn xan Qəzvininin oğlu, "Vəhid" təxəllüsü ilə Azərbaycanın XVII-XVIII əsr şair, xəttat və tarixçilərindən və Xuldi Bərin tarixi" kitabını müəllifinin, Məhəmməd Yusifin qardaşıdır.[1] O, 1015-ci ildə (Hicri) Qəzvin şəhərində dünyaya gəlmişdir.[1] Mirzə Tahir, II Şah Abbas Səfəvi sarayının rəsmi tarixçisi idi və sonra Şah Süleyman Səfəvinin vəziri oldu.[2] Onun məşhur əsərlərindən II Şah Abbas tarixidir, digər əsərləri, azərbaycanca və farsca, poeziya və nəsrdir.[2]

Məhəmməd Tahir Vəhid Qəzvini
 İmadəddin Mirzə Məhəmməd Tahir Qəzvini 
1691 – 1699
ƏvvəlkiŞeyxəli xan Zəngənə
SonrakıMəhəmməd mömin xan Şamlı
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qəzvin, Səfəvilər
Vəfat tarixi
Vəfat yeri Səfəvilər
Fəaliyyəti tarixçi, şair

Mirzə Məhəmməd Tahir, Saib Təbrizi ilə yaxın yoldaş idi.[3] 1120-ci ildə (Hicri) vəfat edib. 2009 ildə Paşa Kərimov və Arif Rəməzanov azərbaycanca şeirlərinin bir hissəsini toplayıblar və Bakı şəhərində Nurlan Nəşrlər tərəfindən "Vəhid Qəzvini divanı" adıyla çap olunub.[1]

Məhəmməd Tahir Vahid Şah Süleymanın dövründə (1666-1694) dövlətin baş vəziri vəzifəsini icra edirdi. O, "Abbasnamə" adlı əsərin müəllifidir. Bu tarixçi 1699-cu ildə vəfat etmişdir.

  1. 1 2 3 Hüseyn Qaraqanlı, Saray,tələbə nəşriyyəsi
  2. 1 2 Dehxuda lüğəti
  3. Məhəmmədəli Təribiyət."Azərbaycan Alimləri" kitabı

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]