Azərbaycan Dövlət İnformasiya Agentliyi: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 85: Sətir 85:
==İstinadlar==
==İstinadlar==
{{İstinad stili}}
{{İstinad stili}}
{{İstinad siyahısı}}
{{İstinad siyahısı|2}}


==Xarici keçidlər==
==Xarici keçidlər==

20:32, 27 noyabr 2018 tarixindəki versiya

AZƏRTAC
  • Azərbaycan Dövlət İnformasiya Agentliyi
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 1 mart 1920
Ünvan Bakı Bülbül prospekti, 30
Rəhbərlik
Rəhbər Aslan Aslanov
Müavin Dağbəyi İsmayılov

Rəsmi saytı azertag.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Dövlət İnformasiya Agentliyi və ya qısaca AZƏRTAC — Azərbaycanın milli informasiya agentliyi; yerli və xarici KİV-lər üçün yeganə rəsmi dövlət informasiya mənbəyi. İdarə Heyətinin sədri Aslan Aslanovdur.

Tarixi

V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında

1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılıb. Agentlik sovet hakimiyyəti illərində müxtəlif adlarla fəaliyyət göstərib.

Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən sonra agentlik özünün tarixi adını bərpa edib. 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılıb.

AZƏRTAC rəsmi dövlət xəbərləri ilə yanaşı, ictimai-siyasi, iqtisadi mövzularda, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. haqqında fasiləsiz olaraq sutka ərzində Azərbaycan, rus, ingilis, alman, fransız, ərəbÇin dillərində dəqiq və operativ informasiya buraxır.

AZƏRTAC İTAR-TASS (Rusiya), Anadolu agentliyi (Türkiyə), Sinxua (Çin), Rompress (Rumıniya), Ukrinform (Ukrayna), BTA (Bolqarıstan), ANSA (İtaliya), İRNA (İran), TANYUQ (Serbiya), BELTA (Belarus), Moldpres (Moldova), ATA (Albaniya), MTI (Macarıstan), MENA (Misir), PETRA (İordaniya), ANTARA (İndoneziya), Bernama (Malayziya), MONTSAME (Monqolustan), Yonhap (Koreya Respublikası), LETA (Latviya), Kabar (Qırğızıstan), Kazinform (Qazaxıstan), KUNA (Küveyt), Xovar (Tacikistan), KYODO (Yaponiya), BuaNews (Cənubi Afrika Respublikası), AGI (İtaliya), QNA (Qətər), ELTA (Litva), TELAM (Argentina), PAP (Polşa), SPA (Səudiyyə Ərəbistanı), Asia Pulse Ltd. (Avstraliya), VNA (Vyetnam), BERNAMA (Malayziya), WAM (Birləşmiş Ərəb Əmirlikləri), WAFA (Fələstin), TDX (Türkmənistan), STA (Sloveniya), JİJİPRESS (Yaponiya), EFE (İspaniya), IP (Paraqvay), BNA (Bəhreyn) informasiya agentlikləri ilə əməkdaşlıq haqqında sazişlər imzalayıb.

AzərTAc-ın yerləşdiyi bina

2004-cü ildə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) üzv qəbul edilib.

AZƏRTAC Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Ölkələrin Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin milli informasiya agentlikləri assosiasiyasının (PANİA) təsisçilərindən biridir.

AZƏRTAC 2008-ci ildən "AsiaPulse" - Asiya Xəbər Agentlikləri Konsorsiumunun üzvüdür.

2010-2013-cü illərdə agentlik PANİA-ya sədrlik edib.

2013-cü ilin sentyabrında OANA-nın Moskvada keçirilən XV Baş Assambleyasında təşkilatın vitse-prezidenti seçilib. Həmin toplantıda təşkilatın üzv dövlətlərinin milli informasiya agentlikləri rəhbərlərinin səsverməsi əsasında AZƏRTAC 2016-2019-cu illərdə bu beynəlxalq struktura sədrlik etmək hüququ qazanıb. 2016-cı il noyabrın 18-də OANA-nın Bakıda keçirilən XVI Baş Assambleyasında bu təşkilatda sədrlik vəzifələrinin icrasına başlayıb.[1]

2013-cü il noyabrın 20-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində dünyanın 70-dən çox mötəbər xəbər agentliyinin, OANA, EANA, FANA, İİNA xəbər alyanslarının, “SKY Nyus Arabia”, “Los-Anceles Tayms”, “Guardian”, BBC kimi aparıcı media qurumlarının və məşhur MSN, Google, Yahoo internet korporasiyalarının rəhbərlərinin iştirak etdikləri Dünya Xəbər Agentliklərinin IV Konqresində (NAWC) AZƏRTAC 2016-2019-cu illərdə Dünya Xəbər Agentlikləri Konqresinə sədr seçilib və V Konqresin Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul olunub. 2014-2016-cı illərdə V Konqresə hazırlıq məqsədilə Konqresin icraedici orqanı olan Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) 5 iclası - 3-ü Bakıda, 2-si Londonda keçirilib. Bakıda keçirilən iclasların birində ilk dəfə olaraq Dünya Xəbər Agentlikləri Konqresi Şurasının sədri və sədr müavini vəzifələri təsis edilib.

2016-cı il noyabrın 16-17-də Heydər Əliyev Fondu və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresi keçirilib. Noyabrın 16-da V Konqres və OANA-nın XVI Baş Assambleyasının birgə açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.[2]. Tədbirlərdə 80 ölkədən 100-ə yaxın xəbər agentliyinin 190-dək rəhbəri və təmsilçisi, media üzrə beynəlxalq ekspertlər, BMT - UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak ediblər. Konqresdə BMT-nin Baş katibi Pan Gi Munun məktubu oxunub[3] və UNESCO-nun Baş direktoru İrina Bokovanın videomüraciəti[4] təqdim edilib. Devizi "Xəbər agentlikləri üçün yeni çağırışlar" olan Bakı Konqresində “Xəbər istehlakının gələcəyi”, “Xəbər agentlikləri – yeni texnologiyaların və sosial medianın çağırışları və imkanları”, “Xəbər agentliklərinin innovasiyası”[5], “Multimedianın gələcəyi üçün jurnalistlərin təlimi”, “Jurnalistlərin missiyasının qorunması: azadlıq, çıxış imkanı, təhlükəsizlik və münaqişə zonaları”[6] mövzularında məruzələr dinlənilib, diskussiyalar aparılıb.

AZƏRTAC-ın ABŞ, İngiltərə, Fransa, Almaniya, Avstriya, Latviya, Macarıstan, Rusiya, Ukrayna, Misir, Türkiyə, Gürcüstan, İran, Qazaxıstan, Özbəkistan, Rumıniya, İspaniya, İtaliya, İsveç, ÇinYaponiyada, respublikanın bölgələrində müxbir məntəqələri fəaliyyət göstərir.

AZƏRTAC foto və yazılı informasiyalarla yanaşı, ölkənin sosial, siyasi, iqtisadi, idman həyatından videoxəbərlər hazırlayır, onları internet resursunda və sosial şəbəkələrdə yayır. Agentliyin multimedia və videoxəbər xidməti "Gəzdim Azərbaycanı", "Abidələrimiz", "Dünya şəhərləri", "Sənət korifeylərimiz" və digər bir sıra layihələr həyata keçirir.

2013-cü ilin sentyabrından AZƏRTAC-ın Uşaq Bilik Portalı, 2014-cü ildən yenilənmiş Videosaytı fəaliyyət göstərir.

26 fevral 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) adı dəyişdirilərək Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) adlandırılıb[7].

24 noyabr 2016-cı ildə “Dövlət orqanı” hüquqi statusuna malik Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) əsasında “Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)” publik hüquqi şəxs yaradılıb[8].

19 dekabr 2017-ci ildə Prezident İlham Əliyevin "Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) fəaliyyətinin təmin edilməsi haqqında" Fərmanı[9] ilə publik hüquqi şəxs olaraq AZƏRTAC-ın Nizamnaməsi təsdiq edilib[10].

2018-ci il martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Aslan Aslanov Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

Loqoları

Rəhbərləri

Fayl:Аслан Асланов.jpg
AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov.
Fayl:Dağbəyi İsmayılov.jpg
AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov.

Mənbə

İstinadlar

  1. AZƏRTAC noyabrın 18-dən 2016-2019-cu illərdə OANA-da sədrliyə başlayıb
  2. Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının birgə açılış mərasimi keçirilib
  3. BMT-nin baş katibi Pan Gi Mun Dünya Xəbər Agentliklərinin V Konqresinə müraciət ünvanlayıb
  4. UNESCO-nun baş direktoru xanım İrina Bokovanın Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarına videomüraciəti
  5. Dünya Xəbər Agentliklərinin V Konqresi işini sessiyalarla davam etdirib
  6. Bakı Konqresinin ikinci gününün sessiyalarında xəbər agentliklərinin aktual problemləri müzakirə olunub
  7. Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) adlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  8. Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
  9. Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
  10. Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) NİZAMNAMƏSİ
  11. "V. Y. Rüstəmovun Azərbaycan Teleqraf Agentliyinin (AzərTAcın) baş direktoru vəzifəsindən azad edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 25 avqust 1994-cü il tarixli, 191 nömrəli Fərmanı. e-qanun.az  (az.)
  12. "Ş. M. Şahməmmədovun Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) baş direktoru təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 22 yanvar 2000-ci il tarixli, 263 nömrəli Fərmanı. e-qanun.az  (az.)
  13. "Ş. M. Şahməmmədovun Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) baş direktoru vəzifəsindən azad edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2002-ci il tarixli, 807 nömrəli Fərmanı. e-qanun.az  (az.)
  14. "A. Ə. Aslanovun Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) baş direktoru təyin edilməsi haqqında " Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2002-ci il tarixli, 808 nömrəli Fərmanı. e-qanun.az  (az.)

Xarici keçidlər