Harri Potter
Harri Potter | |
---|---|
ing. Harry Potter | |
Müəllif | Coan Roulinq |
Janrı | fentezi, bildunqsroman |
Ölkə | |
Orijinal dili | ingilis |
Nəşriyyatçı |
Bloomsbury Publishing (BB) Arthur A. Levine Books (ABŞ) Qanun nəşriyyatı (Az) |
Nəşr tarixi | 29 iyun 1997 - 21 iyul 2007 (əsas nəşr) |
Azərbaycanca nəşr tarixi | 2011[1] - ? |
«Harri Potter» (ing. «Harry Potter») — ingilis qadın yazıçı Coan Ketlin Roulinq tərəfindən yazılmış yeddi roman və onun əsasında çəkilmiş filmlər seriyasıdır. Səkkizinci kitab isə teatrdan kitaba uyğunlaşdırılmışdır.
Dünyada çap olunmasına və satışına görə böyük rekordlara imza atmışdır.Seriyanın yeddinci kitabı ABŞ-da 8,5 milyonluq böyük bir satış gəlirinə sahib olaraq böyük bir rekord əldə etmişdir. Seriyanın kitabları "Dünyanın ən tez satılan kitabı" və "Dünyanın ən çox satılan uşaq romanı" adını hələ də əlində saxlayır. Roman uşaqlar üçün nəzərdə tutulsa da, böyüklərin də diqqətini çəkmişdir.
Mövzusu
Harri Potter 10 il müddətində sevmədiyi qohumları: xalası Petunia, xalasının əri Vernon və onların axmaq övladı Dadli Dörzli ilə yaşamağa məcbur olur. Valideynlərinin yol qəzasında öldüyünü zənn edən Harri gerçəyi Hoqvartsda gözətçi işləyən Rubeus Haqrid tərəfindən öyrənir. Harrinin anası Lili və atası Ceyms Potter düşmənləri Voldemort tərəfindən öldürülmüşdür. Harrini də öldürmək istəsə də, bunun əvəzinə güclərini itirmiş və yox olmuşdur. Hoqvarts Cadugərlik və Sehrbazlıq Məktəbindən ona göndərilən məktuba əsasən sehrbaz olduğunu başa düşür. 7 il oxuyacağı məktəbdə başına gələnlər və onu gözləyən təhdidlərlə dəfələrlə cəsarəti ilə qurtulacaq olan Harrini qorxunc və bir o qədər maraqlı hadisələr gözləyir..
Kitablar
Harri Potter (ing. Harry Potter) — Britaniyalı yazıçı Coan Roulinqin 7 əsas üstəgəl 3 kitabdan ibarət, fantastik romanlar və bu romanlar əsasında çəkilmiş eyniadlı filmlər toplusudur.
- Harri Potter və Fəlsəfə Daşı (ing. Harry Potter and the Philosopher`s Stone)
- Harri Potter və Sirlər Otağı (ing. Harry Potter and the Chamber of Secrets)
- Harri Potter və Azkaban Məhbusu (ing. Harry Potter and the Prisoner of Azkaban)
- Harri Potter və Alov Kuboku (ing. Harry Potter and the Goblet of Fire)
- Harri Potter və Simurq Ordeni (ing. Harry Potter and the Order of Phoenix)
- Harri Potter və Mələz Şahzadə (ing. Harry Potter and the Half-blood Prince)
- Harri Potter və Ölüm Hədiyyələri (ing. Harry Potter and the Deathly Hallows)
Filmlər
- Harri Potter və Fəlsəfə Daşı (ing. Harry Potter and the Philosopher's Stone ABŞ-da və Hindistanda isə Harry Potter and the Sorcerer's Stone)
- Harri Potter və Sirlər Otağı (ing. Harry Potter and the Chamber of Secrets)
- Harri Potter və Azkaban Məhbusu (ing. Harry Potter and the Prisoner of Azkaban)
- Harri Potter və Alov Kuboku ( ing. Harry Potter and the Goblet of Fire)
- Harri Potter və Simurq Ordeni (ing. Harry Potter and the Order of Phoenix)
- Harri Potter və Mələz Şahzadə (ing. Harry Potter and the Half-Blood Prince)
- Harri Potter və Ölüm Hədiyyələri (ing. Harry Potter and the Deathly Hallows) : 1 hissə, 2 hissə
Parodiyalar
Kitablarda
- Porri Qatter
- Tanya Qrotter
- Elm udmaq
- AntiHarriPotter
- Larin Pyotr
- Barri Trotter
- Parri Hotter və magiyanın altı
- Denis Kotik
- Harri adlı oğlan və iti Potter
- Qarik Potnik və itirilmiş cəbbəxana
İstinadlar
- ↑ Roulinq, C. Harri Potter və fəlsəfə daşı. Qanun. 2011. səh. 4. ISBN 978-9952-26-179-0.