Mərdangöl nekropolu

Vikipediya saytından
Elmar Baxşəliyev (müzakirə | töhfələr) tərəfindən edilmiş 13:22, 25 yanvar 2022 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Mərdangöl nekropoluOrdubad rayonunun ərazisindəki Xarabagilanda yerləşən tarixi abidə.

Mərdangöl nekropolundakı qəbir abidələrinin quruluşu Xalıkeşanda olanlarla oxşardır. Qəbir abidələrinin tədqiqi zamanı bozçəhrayı rəngli keramika qabları aşkar edilmişdir. Boya ilə naxışlanmış qablar azlıq təşkil edir. Qazıntılar zamanı, həmçinin dəmir əşyaların parçaları, tuncdan hazırlanmış bəzək əşyaları, xeyli miqdarda muncuq da tapılmışdır. Muncuqlar arasında ağ rəngli daşdan hazırlanmış silindrik möhürlər də vardır.

  • Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild. Bakı: Elm, 2007