Nursu nekropolu,Şahbuz rayonunun Nursu kəndi ərazisində son orta əsrlərə aid arxeloji abidə. Hündür təpə üstündə yerləşir.
Müsəlman qəbristanlığıdır. Yerli əhalinin məlumatına görə, qəbristanlıqda 10-a yaxın qəbirüstü qoç fiquru olmuş, əksəriyyəti dağıdılmış, bəziləri isə daşınıb aparılmışdır. Abidənin təqribən 15-16 əsrlərə aid olması ehtimal edilir.[1]