Mərdangöl nekropolu — Ordubad rayonunun ərazisindəki Xarabagilanda yerləşən tarixi abidə.
Mərdangöl nekropolundakı qəbir abidələrinin quruluşu Xalıkeşanda olanlarla oxşardır. Qəbir abidələrinin tədqiqi zamanı boz və çəhrayı rəngli keramika qabları aşkar edilmişdir. Boya ilə naxışlanmış qablar azlıq təşkil edir. Qazıntılar zamanı, həmçinin dəmir əşyaların parçaları, tuncdan hazırlanmış bəzək əşyaları, xeyli miqdarda muncuq da tapılmışdır. Muncuqlar arasında ağ rəngli daşdan hazırlanmış silindrik möhürlər də vardır.