I Sarıbulaq nekropolu — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda antik dövrə aid nekropol. Nekropol Sarıbulaq yurd yerindən 1 km şərqdə, hündür təpə üzərində yerləşir.
Arxeoloji qazıntı işləri aparılmamışdır. Sel suları nəticəsində dağılmış nekropol torpaq və daş qutu qəbirlərdən ibarətdir. Qəbirlərdən xeyli maddi mədəniyyət nümunələri, xüsusilə saxsı qab qırıqları əldə olunmuşdur. Nekropolun e.ə. 2 – eramızın 3-cü əsrlərinə aid olması ehtimal edilir.[1]