Camaldin nekropolu I — Culfa rayonunda eyniadlı kəndin cənubunda, düzənlik ərazidə antik dövrə aid arxeoloji abidə.[1]
- 1989-cu ildə tikinti işləri görülərkən aşkar olunmuşdur.
- Kəşfiyyat xarakterli tədqiqatlar nəticəsində dağıdılmış küp qəbirlərdən üç gil və bir şüşə qab əldə olunmuşdur.
- Küp qəbirlərin yuxarı hissəsi və oradakı skeletlər tamamilə dağıdılmışdır.
- Ağzı iri sal daşlarla bağlanmış küp qəbirlər cənub və cənub-qərb istiqamətinə yönəldilmiş şəkildə idi.
- Axtarışlar zamanı Camaldin nekropolundan daş qutu tipli qəbir aşkar edilmişdir.
- Qəbirdə kəlləsi cənub-qərbə olmaqla sağ böyrü üstdə bükülü vəziyyətdə skelet olmuşdur.
- Skeletin əl barmaqlarından birində tunc üzük, boyun tərəfindən isə xeyli şəvə və serdolik muncuqlar tapılmış, kəllə sümüyünün üst tərəfində bir-birinin üzərinə qoyulmuş iri balıqqulaqları aşkar olunmuşdur.
Camaldin nekropolu II — Culfa rayonunda eyni adlı kəndin şimal şərqində, uzunsov təpənin üzərində orta əsrlərə aid arxeoloji abidə.[2]
Qəbirlər qərb-şərq istiqamətində olub düzbucaqlı formadadır. Əksəriyyətinin baş daşıları saxlanmış, üzəri daş yığıntıları ilə örtülmüşdür. Axtarışlar nəticəsində müxtəlif ölçülü bişmiş kərpiclərə, çəhrayı rəngli şirsiz gil qab qırıqlarına təsadüf edilmişdir. Yerli əhalinin məlumatına görə, vaxtilə qəbiristanlıqda xeyli qoç daş heykəllər olmuşdur. Tapıntılara əsasən abidənin 14–18 əsrlərə aid olması ehtimal edilir.[3]
|
---|
Nekropollar | |
---|
|