II Sarıbulaq nekropolu — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda antik dövrə aid nekropol. Nekropol Sarıbulaq yurd yeri yaxınlığında yerləşir.
Sel suları nəticəsində dağılmış torpaq və daş qutu qəbirlərdən saxsı qab qırıqları toplanmışdır. Bu nekropoldan 2 km şimal-şərqdəki Keçəltəpə üzərindəki digər nekropolda torpaq qəbirlər (bəziləri dağılmışdır) aşkar olunmuş və erkən orta əsrlər üçün səciyyəvi olan saxsı məmulatı əldə edilmişdir.[1]