Ramiz Tahirov

Vikipediya, azad ensiklopediya
Bikar (müzakirə | töhfələr) (vikiləşdirmə) tərəfindən edilmiş 11:00, 11 may 2024 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Ramiz Tahirov
14 may 2014 – 11 may 2024
14 may 2014 – 11 may 2024
ƏvvəlkiAltay Mehdiyev
Şəxsi məlumatlar
Doğum tarixi 16 aprel 1966(1966-04-16) (58 yaş)
Doğum yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili
Hərbi xidmət
Xidmət illəri 1988—hal-hazırda
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Hərbi Hava Qüvvələri
Döyüşlər Aprel döyüşləri
Tovuz döyüşləri
Vətən müharibəsi
Rütbəsi
General-leytenant

Təltifləri "Qarabağ" ordeni — 2023 "Zəfər" ordeni — 2020 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2015 "Vətən uğrunda" medalı — 2018 "Vətən uğrunda" medalı — 2005 "Hərbi xidmətlərə görə" medalı — 2007 "Hərbi xidmətlərə görə" medalı — 2016 "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ramiz Firudin oğlu Tahirov (16 aprel 1966, Orconikidze) — Azərbaycan Respublikası Sabiq Müdafiə nazirinin müavini, Sabiq Hərbi Hava Qüvvələrinin Komandanı, general-leytenant.

Həyatı

Tahirov Ramiz Firudin oğlu 16 aprel 1966-cı ildə Rusiya Federasiyasının Vladiqafqaz şəhərində anadan olub. 1983-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi liseyi, 1988-ci ildə Kiyev Ali Hərbi Zenit-Raket Mühəndislər Məktəbini fərqlənmə ilə, 2006-cı ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə ilə bitirib.[1]

1988–1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində Sovet İttifaqı Marşalı A. M. Vasilevski adına Quru Qoşunlarının Hava Hücumundan Müdafiə Akademiyasında və SSRİ Müdafiə Nazirliyinin Hərbi Nümayəndəliyində xidmət edib.

1992–2002-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edib. 2002–2013-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisinin müavini vəzifəsində işləyib.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 24.06.2005-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı, 21.06.2007-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı, 24. iyun 2015 tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və 19.04.2016-cı il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin 14. may 2014 tarixli Sərəncamı ilə Müdafiə nazirinin müavini — Hərbi Hava Qüvvələrinin Komandanı vəzifəsinə təyin olunub.

2024-cü il 10 may tarixində hərbi xidmətdə olmağın son yaş həddi nəzərə alınmaqla ehtiyata buraxılıb.[2]

Ailəsi

Ailəlidir, iki övladı vardır.

İstinadlar

  1. "GENERAL-LEYTENANT TAHİROV RAMİZ FİRUDİN OĞLU". 2021-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-08.
  2. "Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - FOTO". Oxu.Az (az.). 2024-05-11. İstifadə tarixi: 2024-05-11.