Antarktik səhra

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Аntarkti səhraTəbii zona antarktik qurşaq boyunca yerləşir. Bütünlüklə Antarktika materikinin ərazisini əhatə edir. Ən cənub zonadır. Qış ayları ən aşağı temperatur −60 ; −70 °C arası, yayda isə −30 ; −50 °C arası dəyişir. Yay ayları −20° C yuxarı qalxmır. Ən isti bölgə isə Antarktik yarımadasıdır. Burada temperatur 10–12° C çatır. Bəzi hissələrdə rütubət 60–80 % çatır. Sahil hissələrdə rütubət 20 və hətta 5 % çatır. Ankartik səhrada yağıntının miqdarı 30–50 mm-dən 600–700 mm qədər arasında dəyişir. Şelf zonasında yağıtının illik miqdarı 700–1000 mm qədər çata bilir.

Flora və Fauna

Bitki və heyvanlar aləmi olduqca kasıbdır. Sahil ərazilərdə MamırŞibyə bitir. Çox az ssayda yosun və çiçəkləyən bitkilərə rast gəlinir.

Burada şirinsulu ərazilərdə yaşayan balıqlar, quru məməliləri və uçan həşəratlara rast gəlinmir. Burada Protozoylar, RotatorilərYumru qurdlara rast gəlinir.

Antarktik vahələrdə mamır və şibyələr üzərində kiçik Gənələr və qanadsız Cücüləri görmək olar. Antarktik səhralarda bir sıra quş növləri endemikdir: Ağ çovdarçı, Böyük əncir quşu (Anthus antarcticus), Anas georgica və bir necə pinqivin növü.