Aydın Süleymanlı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Aydın Süleymanlı
Aydın Süleymanlı 2023-cü ildə
Aydın Süleymanlı 2023-cü ildə
Ölkə Azərbaycan Azərbaycan
Doğum tarixi (19 yaş)
Doğum yeri Bakı, Azərbaycan
Titulu Qrosmeyster (2021)
Son reytinqi
  • 2.621 (aprel 2024)[1]
Maksimal reytinqi 2.621 (may 2024)
FİDE nömrəsi 13413937
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aydın Süleymanlı (d. 22 mart 2005, Bakı, Azərbaycan) — azərbaycanlı şahmatçı, qrosmeyster (2021). Kişilər arasında Azərbaycan çempionu (2024), yeniyetmələr arasında dünya (14 yaş qrupunda) və ikiqat Avropa (8 yaşadək və 12 yaşadək) çempionu.

Uşaqlığı və şahmata başlaması

Aydın Elşən oğlu Süleymanlı 2005-ci il martın 22-də Bakıda anadan olub.[2] 6 yaşında 249 nömrəli tam orta məktəbin birinci sinfinə gedib. 5 yaşından şahmatla məşğul olmağa başlayıb. İlk vaxtlar evlərinin yaxınlığındakı Xətai Rayon Mədəniyyət Mərkəzində şahmat məşğələlərinə qatılıb. Sonra valideynlərinin arzusu ilə Aydın Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbində Xalid Atababayevdən şahmatın sirlərini dərindən öyrənməyə başlayıb.[2]

Şahmat karyerası

Aydın Süleymanlı — 2017-ci il U-12 Avropa çempionatının qalibi.

Aydın 6 yaşından başlayaraq beynəlxalq yarışlara qatılıb.[2] O, müxtəlif yaş kateqoriyalarında Azərbaycanı uşaq və yeniyetmələr arasında şahmat üzrə dünya və Avropa çempionatlarında təmsil etmişdir. 2013-cü ildə Monteneqronun Budva şəhərində keçirilmiş qitə birinciliyində 8 yaşlı şahmatçılar arasında birinci olub.[2] Həmin ilin dekabrında Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində keçirilmiş şahmat üzrə dünya çempionatında eyni yaş kateqoriyasında üçüncü yeri tutub.[2]

2014-cü ilin noyabrında şahmatın blits və rapid növü üzrə keçirilmiş Avropa çempionatında bütün rəqiblərini üstələyərək həm blits, həm də rapiddə 10 yaşlı oğlanlar arasında birinci olub.[3]

2017-ci ildə Rumıniyanın Mamaya şəhərində təşkil olunmuş Avropa Çempionatında 9 oyundan 7 xal yarım yığmaqla 12 yaşlı oğlanlar arasında Avropa çempionu adını qazanıb.[4]

2019-cu ildə Hindistanın Mumbay şəhərində keçirilmiş dünya çempionatında 11 oyundan 9 xal yığmaqla 14 yaşlı oğlanlar arasında dünya çempionu olub.[5]

2019-cu ilin noyabr ayında Azərbaycanın gənclərdən ibarət şahmat üzrə yığma komandasının heyətində Türkiyənın Çorum şəhərində keçirilmiş 16 yaşadək şahmatçılar arasında Dünya Şahmat Olimpiadasının qalibi olub.[6]

Aydın Süleymanlı — 2020 -ci il "Aeroflot open" festivalının qalibi

27 fevral 2020-ci ildə Moskvada "Aeroflot open" beynəlxalq şahmat festivalının A turnirində 9 turdan 6,5 xal toplayaraq festivalın qalibi olub.[7]

2023-cü ilin dekabrında 11 xal toplayaraq "Vüqar Həşimov Memorial-2023” superturnirinin rapid yarışlarının qalibi olub.[8]

2024-cü ilin aprel ayında həlledici görüşdə Məhəmməd Muradlını məğlub edərək kişilər arasında Azərbaycan çempionatının qalibi olub.[9][10]

Şəxsi həyatı

Aydın Süleymanlı 2023-cü ilin yanvarında blokçeyn əsaslı şirkət ilə birlikdə şahmat sənayesində ilklərdən olan çoxillik NFT əməkdaşlığını açıqladı.[11]

İstinadlar

  1. FİDE FIDE Standard Ratings as of 30 april 2024. 2024.
  2. 1 2 3 4 5 "Sürətli şahmat üzrə 10 yaşlılar arasında Avropa çempionu". Anl.az. 19 oktyabr 2018 tarixində arxivləşdirilib.
  3. Yeniyetmələrimiz blits və rapid üzrə Avropa çempionatında 7 medal qazandılar // Dsport.az[ölü keçid]
  4. "European Youth Chess Championship 2017 Open U12 // Chess-results.com". 2021-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-18.
  5. "Yeniyetmə şahmatçımız Aydın Süleymanlı dünya çempionu adını qazanıb // Azertag.az". 2019-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-12.
  6. "Azərbaycan Dünya Şahmat Olimpiadasının qalibi oldu". Trend.az. 2019-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-18.
  7. "Gənc azərbaycanlı şahmatçı "Aeroflot open" festivalının qalibi olub // Azertag.az". 2020-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-27.
  8. ""Vüqar Həşimov Memorial-2023": Aydın Süleymanlı rapid yarışlarının qalibi oldu". 2023-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-11.
  9. "Aydın Süleymanlı Azərbaycan çempionu oldu". Day.az. İstifadə tarixi: 2024-04-26.
  10. "Aydın Süleymanlı: Uşaqlıqdan arzum Azərbaycan çempionu olmaq idi". Report.az. 2024-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-27.
  11. "SKAUT GM Aydın Süleymanlı ilə əməkdaşlıq elan edir". skaut.uk (az.). 2023-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 yanvar 2022.

Xarici keçidlər