Bakı mərtəbəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Bakı mərtəbəsiXəzər dənizi hövzəsində Antropogen sisteminin alt mərtəbəsi. Bakı mərtəbəsi çöküntülərini ilk dəfə 1891-ci ildə İsveç geoloqu H. Şöqren ayırmış, stratiqrafik yaşını isə N.İ. Andrusov, D.V. Qolubyatnikov və D.V. Nalivkin dəqiqləşdirmişlər. Bakı mərtəbəsi az duzlu su hövzəsi şəraitində əmələ gələn, qalınlığı 40–50 m- dən 300–350 m-ə qədər olan gil, qumlu gil, qumdaşı, qabıqlı əhəngdaşı və konqlomerat laylarından ibarətdir. Xarakterik faunası molyusklardan Didacnaparvula NaI., D. catillus Eichw., Monodacna caspia Eichw. və s.-dir. Mərtəbənin tipik çöküntüləri Bakı şəhəri ətrafında yayıldığından ona Bakı mərtəbəsi adı verilmişdir. Bakı mərtəbəsinin çöküntüləri Rusiyada (Dağıstan, Volqaboyu, Ural-Emba rayonu, Taman yarımadası, ), Qazaxıstanda (Buzaçi və Manqışlaq yarımadaları), Qərbi Türkmənistanda, Azərbaycanda (Abşeron yarımadasında, Xəzəryanı zona, Qobustan, Kür düzənliyi) var.

Mənbə

Bakı mərtəbəsi // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 76. ISBN 978-9952-441-07-9.