Haçaqaya nekropolu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Haçaqaya nekropoluOrdubad rayonunun Tivi kəndində, eyniadlı yaşayış yerinin yaxınlığında, təpə üzərində, qumluq ərazidə yerləşir. Sahəsi 1,5 ha yaxındır. Nekropolun ərazisi cənubdan yaşayış yeri, şimaldan və şərqdən dərə ilə əhatə olunmuşdur. Nekropoldakı qəbirlər daş qutu tiplidir. Yaşayış yerindən tunc, antik və orta əsrlərə aid xeyli arxeoloji materialların əldə edilməsi orada insanların həmin dövrdə müntəzəm yaşadığını göstərir[1].

İstinadlar

  1. Xəlilov T.F. Haçaqaya yaşayış yeri və nekropolu // Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri, Naxçıvan: 2010, № 2 (34), s. 107-110.

Həmçinin bax