Kələxana

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kələxana
40°35′27″ şm. e. 48°36′23″ ş. u.
Ölkə
Əhalisi
Əhalisi
  • 363 nəf.
Rəsmi dili
Xəritəni göstər/gizlə
Kələxana xəritədə
Kələxana
Kələxana

KələxanaAzərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şamaxı rayonunun Şamaxı şəhər inzibati-ərazi vahidinin Kələxana kəndi Şəhriyar qəsəbə inzibati-ərazi vahidinin tərkibinə verilmişdir.[1] Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 2003-cü il tarixli, 493-IIQ saylı Qərarı ilə Şamaxı rayonunun Kələxana kəndi Şəhriyar qəsəbə inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Kələxana kənd inzibati ərazi vahidi yaradılmışdır.[2]

Toponimikası

Kənddə tarixi-memarlıq kompleksi olan Kələxana türbələri yerləşir. Kəndin adı bu türbələrin adından alınmışdır. Toponim ərəb dilindəki kələ (məbəd, sərdaba, zaviyə) və fars dilindəki xana (bina, ev, tikili) komponentlərindən düzəlib, "məbəd, sərdaba, kompleks tikili" mənasındadır.[3]

Əhalisi

Kənd əhalisi 363 nəfərdir ki, onun da 176 nəfəri kişi, 187 nəfəri isə qadınlar təşkil edir.

Coğrafiyası və iqlimi

Kənd Şamaxı platosunda yerləşir.

İstinadlar

  1. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
  2. "Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 2003-cü il tarixli, 493-IIQ saylı Qərarı". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-25.
  3. Kələxana // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.

Həmçinin bax