Qurdtəpə (əvvəlki adı: Novodmitriyevka) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd.
Qurdtəpə | |
---|---|
40°40′43″ şm. e. 48°33′24″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Kənd 1874-cü ildə Rusiyanın müxtəlif əyalətlərindən köçürülmüş rusların bu ərazidə yerləşdirilməsi nəticəsində Novodmitriyevka adlandırılmışdır. 1918-1920-ci illərin Azərbaycan Xalq Cümhuriyyətinə aid xəritədə Şamaxı qəzasında Novodmitrovka kəndi ilə yanaşı, ondan az aralı, cənubda, Meysəri kəndindən şimali-qərbində Qurdtəpəsi (Kurd təpəsı yazılış formasında) adlı kəndin olması göstərilmişdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra kəndin əvvəlki Qurdtəpə adı bərpa edilmişdir.[1]
Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şamaxı rayonunun Muğanlı kənd inzibati-ərazi vahidi tərkibindəki Novodmitriyevka kəndi Qurdtəpə kəndi adlandırılmışdır.[2] Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 2003-cü il tarixli, 493-IIQ saylı Qərarı ilə Şamaxı rayonunun Qurdtəpə kəndi Muğanlı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qurdtəpə kənd inzibati ərazi vahidi yaradılmışdır.[3]
Kənd Qurdtəpə yaylasında yerləşir.
1886-cı il əhalinin siyahıyaalınması sənədlərində Şamaxı qəzasında Novodmitriyevka kəndi (20 ailə, 96 nəfər əhali) qeydə alınmışdır. Hazırda kənd əhalisi 741 nəfərdir ki, onun da 373 nəfəri kişi, 368 nəfəri isə qadınlar təşkil edir.
Kənddə 139 təsərrüfatı var.
Şamaxı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |