Mərzəndiyə – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 2003-cü il tarixli, 493-IIQ saylı Qərarı ilə Şamaxı rayonunun Mərzəndiyə kəndi Sabir qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Mərzəndiyə kənd inzibati ərazi vahidi yaradılmışdır.[1]
Mərzəndiyə | |
---|---|
40°35′21″ şm. e. 48°44′11″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
XIX əsr mənbələrində Bakı quberniyasının Şamaxı qəzasının Qobustan sahəsi Çuxanlı icmasına daxil olan Mərzəndigə kəndi (63 ailə, 427 nəfər) qeyd edilmişdir. Bu köçəri elatın uzun müddət cənubi-şərqi Şirvan düzündə İran adlı dağın ətəyindən qış otlağı kimi istifadə etməsi məlumdur. Mərəzəli elatından çıxması ehtimal olunan ailələr yerləşdiyi yerə uyğun adlanmışlar.[2]
Kənd Pirsaat çayının sol tərəfində, Acıdərə yaylasında yerləşir.
Kənd əhalisi 1093 nəfərdir ki, onun da 545 nəfəri kişi, 548 nəfəri isə qadınlar təşkil edir.
Kənddə 169 təsərrüfat var.
Şamaxı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |