Göylərdağ

Göylərdağ, Göylər DağAzərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd.

Göylərdağ
40°29′42″ şm. e. 48°40′44″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 710 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 4.952 nəf. (1981)
Xəritəni göstər/gizlə
Göylərdağ xəritədə
Göylərdağ
Göylərdağ

Göylər Dağ kəndi rayon mərkəzindən 17 km cənubda, Ləngəbiz silsiləsinin Şimal ətəyindədir.[1]

Oykonim Göylər/Göglər (etnotoponim) və dağ (dağlıq ərazi) komponentlərindən düzəlib, "dağlıq ərazidə olan Göylər kəndi" deməkdir.[2].

1981-ci ildə əhalisi 4952 nəfər olmuşdur.

Kənd əhalisi heyvandarlıq, taxılçılıq və üzümçülüklə məşğuldur.

Şərab zavodu, orta və səkkizillik məktəb, kitabxana. mədəniyyət evi, kinoqurğu, xəstəxana, Şeyx Tair türbəsi, orta əsrlərə aid bir neçə başqa türbə, yaşayış yeri, qəbiristan var.

  1. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: КубаМисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 108.
  2. Göylərdağ // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]