Şaumyanabad — Azərbaycan Respublikasının Şamaxı rayonunun Mədrəsə qəsəbə inzibati ərazi dairəsində ləğv olunmuş kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şamaxı rayonunun Mədrəsə qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Şaumyanabad kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.[1]
Şaumyanabad | |
---|---|
Kənd vaxtilə Şirvan xanlarına məxsus olduğundan Xankəndi adlanırdı. Kollektivləşmə illərindən sonra Stepan Şaumyanın adı ilə Şaumyanabad adlanmışdır. 1990-cı ildən kəndin keçmiş adı özünə qaytarılmışdır. Oykonim "xana məxsus kənd" mənasındadır.[2].
Kənd Ləngəbiz silsiləsinin ətəyində yerləşir.
Şamaxı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |