Kərəm Mustafayev

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kərəm Mustafayev
Vəzifədədir
14 may 2014-cü ildən
NazirZakir Həsənov
Şəxsi məlumatlar
Doğum tarixi 1 iyul 1962(1962-07-01) (61 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti hərbi qulluqçu
Hərbi xidmət
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Əlahiddə Ümumqoşun Ordusu
Döyüşlər
Rütbəsi
General-polkovnik

Təltifləri "Azərbaycan Bayrağı" ordeni — 2003 1-ci dərəcəli "Rəşadət" ordeni — 2018 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2014 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2011 "Vətən uğrunda" medalı — 2009 "Hərbi xidmətlərə görə" medalı — 2006 "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kərəm Nəriman oğlu Mustafayev (1 iyul 1962, Noraşen rayonu) — Azərbaycan hərbi xadimi, Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki (2020), Azərbaycan Respublikası müdafiə nazirinin müavini — Əlahiddə Ümumqoşun Ordu komandanı (2014-cü ildən).

Həyatı

Kərəm Mustafayev 1 iyul 1962-ci ildə hazırkı Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub.

1983-cü ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini, 2002-ci ildə Naxçıvan Dövlət Universitetini, 2006-cı ildə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib.

1983–1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri, bölük komandiri və tabor komandiri vəzifələrində xidmət edib.

1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tabor komandiri, əlahiddə gücləndirilmiş motoatıcı briqadanın qərargah rəisi — briqada komandirinin müavini, sonra briqadanın komandiri, motoatıcı diviziya komandiri, ordu korpusunun komandiri vəzifələrində xidmət edib.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.

14 may 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə nazirinin müavini — Əlahiddə Ümumqoşun Ordu komandanı vəzifəsinə təyin olunub.

Ailəlidir. 1 oğlu, 2 qızı var.

Təltif və mükafatları

Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara, orden və medallara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin:

Həmçinin bax

İstinadlar

  1. President.az. "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). president.az. 25 iyun 2018. 2020-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyun 2018.

Mənbə

Xarici keçidlər