Vitte adası (Yokanqskie adaları)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Vitte adası
rus. Остров Витте
Ümumi məlumatlar
Hündür nöqtəsi 72,6 m
Əhalisi 0 nəfər (2012-ci il)
Yerləşməsi
68°04′45″ şm. e. 39°30′04″ ş. u.
Ölkə  Rusiya
Vilayət
Akvatoriya
Vitte adası xəritədə
Vitte adası
Vitte adası

Vitte adası (1822—1894-cü illərdə Adsız) — Barens dənizinə daxil olan Svyatoynosski körfəzində yerləşən yaşayışı olmayan ada. İnzibati cəhətdən Murmansk vilayəti Ostrovnoy dairəsinə daxildir.

Yerləşməsi

Yokanqskie adaları qrupuna daxil olan ada. Qrupun cənub-şərqində yerləşir. Ada materikdən 600—900 metr aralıdadır. materikdən Yokanqski noğazı ilə ayrılır. Şimal-şərqdə yerləşən Salnı adasından Malıye Vorota, şimal-qərbdə yerləşən Çayaçiy və Kekur adalarından isə Vitte boğazı ayrılır.

Təsviri

Yokanqskie adalarının və bütün Murmansk sahillərinin ən böyük adasıdır. Ada 4 uzunluğa və 1,3 km enə malikdir. Cənub və cənub-qərb sahilləri əsasən qayalı və sıldırımlıdır. Şimal-qərbi isə hamar sahilllərə sahib olsa da, girintili-çıxıntılıdır. Burada Burnaya, Priboynaya, Severnaya və başqa körfəzlərər vardır.

Ada ərazisinin böyük hissəsini hündürlüyü 72,6 m olan zirvə tutur (adanın maklsimal hündürlüyü), 41,3 m və 50,2 m olan zirvələr tutur. Bu sönmüş vulkanların mərkəzində şirinsulu göllər vardır. Tundra bitki örtüyünə sahibdir. Sahil hissəsində dərinlik 0,6 - 10 metr arasında dəyişir.

adada hec vaxt yaşayış məntəqəsi olmamışdlır. Sovet dönəmində adada 100—120 nəfərdən ibarət zenit-raket qüvvələri yerləşirdi. Adada naviqasiya işarəsi quraşdırılmışdır.

Tarixi

Ada ilk dəfə 1822-ci ildə Fyodor Litkenin "Novaya Zemlya" briqesində hərəkət edən elmi ekspedisiyası üzvləri tərəfindən xəritəyə salınmışdır. 1894-cü ildə adada olan Rusiya imperiyasının maliyyə naziri Sergey Vittenin şərəfinə adlandırılmışdır[1].

İstinadlar