Vitte adası (1822—1894-cü illərdə Adsız) — Barens dənizinə daxil olan Svyatoynosski körfəzində yerləşən yaşayışı olmayan ada. İnzibati cəhətdən Murmansk vilayəti Ostrovnoy dairəsinə daxildir.
Vitte adası | |
---|---|
rus. Остров Витте | |
Ümumi məlumatlar | |
Hündür nöqtəsi | 72,6 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
68°04′45″ şm. e. 39°30′04″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | |
Akvatoriya | |
|
Yokanqskie adaları qrupuna daxil olan ada. Qrupun cənub-şərqində yerləşir. Ada materikdən 600—900 metr aralıdadır. materikdən Yokanqski noğazı ilə ayrılır. Şimal-şərqdə yerləşən Salnı adasından Malıye Vorota, şimal-qərbdə yerləşən Çayaçiy və Kekur adalarından isə Vitte boğazı ayrılır.
Yokanqskie adalarının və bütün Murmansk sahillərinin ən böyük adasıdır. Ada 4 uzunluğa və 1,3 km enə malikdir. Cənub və cənub-qərb sahilləri əsasən qayalı və sıldırımlıdır. Şimal-qərbi isə hamar sahilllərə sahib olsa da, girintili-çıxıntılıdır. Burada Burnaya, Priboynaya, Severnaya və başqa körfəzlərər vardır.
Ada ərazisinin böyük hissəsini hündürlüyü 72,6 m olan zirvə tutur (adanın maklsimal hündürlüyü), 41,3 m və 50,2 m olan zirvələr tutur. Bu sönmüş vulkanların mərkəzində şirinsulu göllər vardır. Tundra bitki örtüyünə sahibdir. Sahil hissəsində dərinlik 0,6 - 10 metr arasında dəyişir.
adada hec vaxt yaşayış məntəqəsi olmamışdlır. Sovet dönəmində adada 100—120 nəfərdən ibarət zenit-raket qüvvələri yerləşirdi. Adada naviqasiya işarəsi quraşdırılmışdır.
Ada ilk dəfə 1822-ci ildə Fyodor Litkenin "Novaya Zemlya" briqesində hərəkət edən elmi ekspedisiyası üzvləri tərəfindən xəritəyə salınmışdır. 1894-cü ildə adada olan Rusiya imperiyasının maliyyə naziri Sergey Vittenin şərəfinə adlandırılmışdır[1].