Matveev adası

Matveev adasıPeçora dənizində, Barens dənizinin cənub-şərqində yerləşən kiçik ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Nenets Muxtar Dairəsi ərazisinə daxildir.

Matveev adası
rus. Остров Матвеев
Ümumi məlumatlar
Hündür nöqtəsi 11 m
Əhalisi 0 nəfər (2012-ci il)
Yerləşməsi
69°28′00″ şm. e. 58°32′05″ ş. u.HGYO
Ölkə  Rusiya
Vilayət
Akvatoriya
Matveev adası xəritədə
Matveev adası
Matveev adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Elə də böyük olmayan ada qayalıqlardan ibarətdir. Sahilləri girintili-çıxıntılıdır. Maksimal hündürlüyü 11 metrdir. adanın şimalında iki fəaliyyətdə olmayan mayak vardır. Ərazisi demək olar ki, bütümlüklə tundra bitkiləri ilə örtülüdür. Ondan şimal-şərqdə Vayqaç, cənub-şərqdə isə Dolqiy və Qoles adaları yerləşir. Nenes Dövlət Təbiət Qoruğu ərazisinə daxildir.

XIV əsrdən Matveev adası pomorların Ağ dənizdən Vayqaç və Yeni Torpaq adaları istiqamətindəki keçidin üzərində yerləşirdi. XVI—XVII əsrlərdə isə Manqazeyaya gedən pomor koçları ada yaxınlığından keçirdi.

1594-ci ildə Villem Barensin donanması ada yaxınlığından keçmişdir.

1619-cu ildə xaricilərlə gömrüksüz ticarətdən qorxan Moskva hökuməti Manqazeyaya dəniz yolunu qadağan etmişdir[1].

30 iyun 1924-cü ildə Ümumrusiya Mərkəzi İcra Komitəsinin Rəyasət Heyəti Matveev adasının koloniyalaşdırılması üçün nəzərdə tutulan Şimal Buzlu okeanın ada iqtisadiyyatının idarə olunması haqqında Əsasnaməni təsdiq etdir. 1927-ci ildə Ümumrusiya Mərkəzi İcra Komitəsi, RSFSR Xalq Komissarları Şurası tərəfindən əvvəlki fərmanı ləğv etmək məqsədilə, adanın idarə olunması Arxangelsk əyalət icra komitəsinə həvalə edilmişdir[2]. 1929-cu ildə adanın idarəsi bir başa Şimal dairəsi icra komitəsinin birbaşa səlahiyyətinə verilir. 10 fevral 1934-cü ildə isə Matveev adası Nenes Nilli Dairəsinbə daxil edilir.

17 avqust 1942-ci ildə, Şimali dəniz yolunun keçdiyi Matveev adası yaxınlığında, bir U-209 alman sualtı qayığı, Xabarov qəsəbəsindən Naryan-Mara istiqamətlənən beş silahsız gəmi karvanına hücum etmişdir. Rəsmi məlumata görə gəmilərdə ümumilikdə 328 nəfər sərnişin olmuşdur. Bunlardan 305-i ya suda donmuş və ya alman su altı gəmisinin açdığı mərmilərdən həlak olmuşdur. Cəmi 23 nəfər sağ qalmışdır[3].

Mayak Qəbirlər Tərk edilmiş tikililər Sahil
  1. "Историческая справка о создании и развитии Ямало-Ненецкой таможни". 2013-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-17.
  2. "Постановление ВЦИК, СНК РСФСР от 28.03.1927 «Об утверждении Положения об управлении островами Северного Ледовитого океана»". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-17.
  3. Barens dənizindəki faciə: tam versiya[ölü keçid]