Zelyonı adası (Barens dənizi)

Zelyonı adası (1822—1833-cü illərdə Ust-Yokanqski) — Barens dənizinə daxil olan Svyatoynosski körfəzində yerləşən yaşayışı olmayan ada. İnzibati cəhətdən Murmansk vilayəti Ostrovnoy dairəsinə daxildir.

Zelyonı adası
rus. Зелёный остров
Ümumi məlumatlar
Hündür nöqtəsi 8,9 m
Əhalisi 0 nəfər (2012-ci il)
Yerləşməsi
68°02′22″ şm. e. 39°37′22″ ş. u.HGYO
Ölkə  Rusiya
Vilayət
Akvatoriya
Zelyonı adası xəritədə
Zelyonı adası
Zelyonı adası

Yokanqskie adaları qrupuna daxil olan ada. Qrupun cənub-şərqundə yerləşir. Ada materikdən 150 metr aralıdadır. Ondan şimalda və şimal-şərqdə — İkinci Opuşnoy adası (1,1 km), Medvejı adası (1,2 km) və Salnı (3,3 km), 500 metr cənubda isə — İkinci Opuşnoy adası yerləşir.

Adaya ən yaxın yaşayış məntəqəsi olan Ostrovnoy ondan 3,7 km qərbdə yerləşir. 1970-ci ilə qədər adadan 4.5 km cənuib-şərqdə Yokanqa qəsəbəsi yerləşirdi.

Ada dairəvi formmaya malikdir. Eni və uzunluğu 700 metrdən bir qədər azdır. Cənubdan nadanın daxilinə dayaz bir körfəz daxil olur. sashilləri hamardır. mərkəzində hündürlüyü 8.9 m olan təpənin üzəri meşə ilə örtülüdür.

Sahillərində dərinlik şimalda 1,5 m, cənubda isə 7 m təşkil edir. Adada yaşayış yoxdur. Hec zamanda məskunlaşması olmamışdır. Sadədə olaraq burada qalıqçılara aid bir düşərgə vardır.

1779-cu ildə ada «Evstafi» freqatının eskadrasının kontr-admiralı Stepan Xremetevski tərəfindən xəritəyə salınmışdır (adsız olaraq). Onun ilk adı - Ust-Yokanqski - 1822-ci ildə Fyodor Litkenin "Novaya Zemlya" briqesində hərəkət edən elmi ekspedisiyası üzvləri tərəfindən verilmişdir. Artıq 11 il sonra 1833-cü ildə xarici görünüşünə uyğun olaraq bu gün ki adını almışdır[1]

  1. "Zelyonı adası". 2015-02-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-21.
  • Зелёный // Кольская энциклопедия. В 5 т. Т. 2. Е — К / Гл. ред. А. Н. Виноградов. — СПб. : ИС ; Апатиты : КНЦ РАН, 2009. — С. 114.
  • Зелёный // Географический словарь Мурманской области / авт.-сост. В. Г. Мужиков. — Мурманск : Мурман. обл. ин-т развития регион. образования, повышения квалификации пед. кадров, 1996. — С. 47. — ISBN 5-86975-023-7.