Yekaterininski adası — Barens dənizinə daxil olan Kola körfəzində yerləşən yaşayışı olmayan ada. İnzibati cəhətdən Murmansk vilayəti Aleksadrovsk şəhər dairəsinə daxildir.
Yekaterininski adası | |
---|---|
rus. Екатерининский остров | |
Ümumi məlumatlar | |
Hündür nöqtəsi | 78,2 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
69°12′54″ şm. e. 33°27′59″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | |
Akvatoriya | |
|
ada Kola körfəzinin şimal hissəsinin qərb sahillərinə yaxın, Polyarnı şəhərinin qarşı tərəfində yerləşir. Adanın cənub sahili ilə materik arasında Yekaterininski körfəzi yerləşir. Bu donmayan körfəzdə Rusiya Federasiyasının Şimal donanmasına aid hərbi-dəniz limanı yerləşir. Ada qərbndən Olenya və Pala körfəzləri ilə əhatələnir. Ada cənub hissədən materikdən Pereyma körfəzi ilə ayrılır. Bu hissədə materiklə ada arasında məsafə 200 metrdir. Yekaterininski körfıəzi hissədə isə bu 300-700 metr təşkil edir.
Adadan 200 m şimalda Bolşoy Oleniy, bir qədər şərqdə isə elə də böyük olmayan Srednı Oleniy və Malıe Oleniy adaları yerləşir.
Yekaterininski adası şimal-qərbdən cənub-şərqə doğru 2.5 km məsafədə uzanır. Eni isə 1,3 km çatır. Körfəz sahilləri düz və uçurumludur. Digər hissələrdə isə sahillər hamar və quçmsaldır. Sahilə yaxın körfəzin dərinliyi 20-40 metrə çatır.
Ərazisinin böyük hissəsini qayalı təpələr tutur. Burada nadir tundra bitkiləri yayılmışdır. Maksimal hündürlüyü 78,2 metrə çatır. Adada çay və axar yoxdur. İki axarsız göl isə adanın qərbimndədir. Şimal ətəklərində isə bataqlıq yayılmışdır.
Ada ətrafında olan donmayan körfəzlər hələ XVI əsrdən məlum idi. Rus gəmi sahibləri burada öz gəmilərini saxlayırdı. Sonradan isə kola balinaovu şirkətinə aid anbarlar, yaşayış binaları yerləşirdi. 1764-cü ildə buxta Vasili Çiçaqov tərəfindən Yekaterininski adlandırılır. Bu ad sonradan adaya da şamil edilir.
1933-cü ildə İosif Stalin və partiya dövlət komisiyasının ziyarətindən sonra burada SSRİ donanması üçün Polyarnı şəhərinin salınması qərara alınır.
Adada yaşayış binaları və yollar yoxdur. Bununla belə Bolşoy Oleniy adasına istiqamətlənmiş elektrik verilişi xətləri onun ərazisindən keçir. Bolşoy Oleniy adasında olan mayakı elektriklə təmin edir.