Beloreçensk rayonu

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Beloreçensk rayonu
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

44°46′ şm. e. 39°52′ ş. u.


Ölkə
İnzibati mərkəz Beloreçensk[1]
Tarixi və coğrafiyası
Yaradılıb 2 iyun 1924
Sahəsi
  • 1.323 km²
Hündürlük
121 m
Əhalisi
Əhalisi
  • 105.803 nəf. (2023)[3]
Rəsmi sayt
Beloreçensk rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Beloreçensk rayonu (adıq Джаджэ район) — Rusiya Federasiyası, Krasnodar diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Beloreçensk şəhəridir.

Rayonun sahəsi 1326 km²-dir. Ərazinin relyefi olduqca müxtəlifdir. Şərq hissəsində Qiaqin rayonuna tədricən 20-25 metr yüksələn bir düzənlik yerləşir. Qərb hissəsi əksinə enir.

Rayonda Velikoveçnoe balneoklimatik bir kurortu vardır.

Rayon 2 iyun 1924-cü ildə Cənub-şərq vilayətinin Maykop dairəsinin bir hissəsi olaraq qurulur. Buraya Azov-Qara dəniz vilayətinin Maykop şöbəsinin ləğv edilmiş Beloreçensk, Bjeduxovsk, Velikaya, Quriyks, Pşexskaya və Ryazansk volostslarının əraziləri daxil idi. Əvvəlcə rayon 12 kənd şurasından ibarət idi: Beloreçensk, Bjeduxovsk, Velikovo, Vorontsovo-Daşkov, Quriysk, Kubansk, Novoalekseyevsk, Oktyabrsk, Pşexsk, Ryazansk və Çerniqovsk.

16 noyabr 1924-cü ildən bu bölgə Şimali Qafqaz diyarının, 10 yanvar 1934-cü ildən Azov-Qara dəniz diyarının, 13 sentyabr 1937-ci ildən isə Krasnodar diyarının bir hissəsi olmuşdur.

28 dekabr 1934-cü ildə Beloreçensk rayonundan Ryazansk rayonu tərkibindən ayrıldı

22 avqust 1953-cü ildə ləğv edilmiş Ryazan rayonunun ərazisi Beloreçensk rayonunun bir hissəsi olur.

1 fevral 1963-cü ildə Beloreçensk kənd bölgəsinin daha da formalaşdırılması ilə ləğv edilmiş Abşeron və Qoryaçeklyuçevsk rayonlarının kənd məclislərinə daxil oldur[4].

12 yanvar 1965-ci ildə Beloreçensk rayonu əvvəlki sərhədlərində bərpa edilir.

29 Noyabr 1979 - Beloreçensk respublika tabeliyi şəhərlər kateqoriyasına təyin edilir və mərkəz olaraq qalaraq rayondan ayrılır.

1993-cü ildə kənd sovetlərinin fəaliyyətinə son verilir.

2005-ci ildə rayonda Beloreçensk şəhəri də daxil olmaqla 11 inzibati bölgü qurulur.

01.01.2006-cı il tarixinə rayon əhalisi 103 551 nəfər olmuşdur. Bunlardan 52,1% -i şəhər, 47.9% -i kənd sakinləridir. Bütün daimi əhali arasında kişilər 46,7%, qadınlar 53,3% təşkil etmişdir. Ümumi əhalinin 61686-ı (59,6%) əmək qabiliyyətli insanlar, 21,6% -i pensiyaçılardır.

Urbanizasiya

Şəhər şəraitində (Beloreçensk şəhəri) bölgə əhalisinin 47.44% -i yaşayır.

İnzibati-ətazi vahidləri

[redaktə | mənbəni redaktə et]

Yanaul rayonunda 10 kənd inzivati vahidliyinə 68 yaşayış məntəqəsi daxildir.

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]

Stepan Trofimoviç Qolenev - Sovet İttifaqı Qəhrəmanı. Panteleymon Kondratieviç Ponomarenko - görkəmli Sovet partiyası və dövlət xadimi, general-leytenant.

İqtisadiyyatın əsas sahələrinin strukturunda sənaye əsas yer tutur. Rayonun iqtisadi potensialının əsasını kimya və emal sənayesi, tikinti materialları istehsalı və istehlak xidmətləri bazarı təşkil edir. Sənaye kompleksinin strukturunda ən vacib yeri sənaye istehsalının 45,0% -dən çoxunu təşkil edən qida sənayesi tutur. Payonda bitki yağı, şirniyyat, çörək məhsulları və konserv məhsulları istehsal olunur.

Kənd təsərrüfatı

[redaktə | mənbəni redaktə et]

Kənd təsərrüfatına yararlı torpaqların ümumi sahəsi 67 min ha, bunlardan 54 min hektarı əkin sahələridir.

  1. 1 2 3 ОКТМО. 185/2016. Southern FD.
  2. 1 2 GEOnet Names Server. 2018.
  3. "Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2023 года (с учётом итогов Всероссийской переписи населения 2020 г.)" (rus). 2023-08-18. İstifadə tarixi: 2023-08-23..
  4. "Указ Президиума ВС РСФСР от 01.02.1963". www.libussr.ru. 2018-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-25.