Boris Nemtsov
Boris Nemtsov | |
---|---|
Rusiya Federasiyası Baş Nazirinin I müavini | |
17 mart 1997 – 28 aprel 1998 | |
Prezident | Boris Yeltsin |
Rusiya Federasiyasının Energetika naziri | |
24 aprel 1997 – 20 noyabr 1997 | |
Prezident | Boris Yeltsin |
Əvvəlki | Pyotr Rodionov |
Sonrakı | Sergey Kirienko |
Nijeqorod vilayətinin birinci qubernatoru | |
30 noyabr 1991 – 17 mart 1997 | |
Baş nazir | Sergey Kirienko |
Əvvəlki | Təsis edilib |
Sonrakı | İvan Petroviç Sklyar |
Rusiya Federasiyası Dövlət Dumasının üzvü | |
31 may 2000 – 29 dekabr 2003 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Soçi, Rusiya SFSR, SSRİ |
Vəfat tarixi | (55 yaşında) |
Vəfat yeri | Moskva, Rusiya |
Vəfat səbəbi | Qətlə yetirilib |
Dəfn yeri | |
Vətəndaşlığı | Rusiya |
Partiya |
Sağ Qüvvələrin İttifaqı (1999-2008) Həmrəylik (2008-2010) Xalq Azadlığı (2010-2012) |
Fəaliyyəti | siyasətçi, fizik, dövlət xadimi, Rusiya Federasiyası Dövlət Dumasının deputatı[d] |
Dini | Rus Pravoslav Kilsəsi[3] |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[4] |
Elmi dərəcəsi |
|
|
|
Təltifləri |
"Vətənə xidmətə görə" medalı (ikinci dərəcəli, 1995) "Şahzadə Yaroslavın Müdriklik" ordeni (Ukrayna, IV dərəcəli, 2006) "Azadlıq" ordeni (Ukrayna) "IRI Azadlıq" ordeni |
Müddəti: 1 dəqiqə və 15 saniyə. | |
nemtsov.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Boris Efimoviç Nemtsov (rus. Борис Ефимович Немцóв) — rus liberal siyasətçi. Nemtsov Rusiyanın Sovet iqtisadi modelindən kapitalist modelinə keçidi mərhələsində çox mühüm rol oynamışdır.[5] Prezident Boris Yeltsin rəhbərliyində (1990-cı illərdə) uğurlu siyasi kareyeraya malik olmuşdur. 2000-ci ildən ölümünə qədər Vladimir Putinin açıq-aşkar ən böyük tənqidçisi olan Nemtsov, 27 fevral 2015-ci ildə ukraynalı sevgilisi Anna Duritskaya ilə birlikdə olarkən Moskva şəhərindəki Kremlin körpüsünün yaxınlığında arxadan açılan atəş nəticəsində qətlə yetirilmişdir.[6][7][8] Qətlə yetirilməsindən bir neçə həftə əvvəl Putinin onu öldürə biləcəyini bildirmişdir.[9][10] 2017-ci ilin iyununda Nemtsovun qətlində günahlandırılaraq 5 çeçen həbs edilmiş və onlar məhkəmədə bunu 15 milyon rubl (253.000 dollar) müqabilində etdiklərini etiraf etmişdirlər. Lakin bu qətlin sifarişinin kim tərəfindən verilməsi hələ də bilinmir.
Nemtsov Putin hakimiyyətini avtoritarlığın yüksəlişinə, qeyri-demokratik rejimə, məmur özbaşnalığına, korrupsiyaya, Soçi Olimdiyadasının təşkilindəki yeyintilərə, Rusiyanın Ukraynaya siyasi və hərbi müdaxiləsinə görə tənqid edirdi.[11] 2008-ci ildən sonra Nemtsov birbaşa Putin ilə əlaqələndirilən korrupsiya və yeyinti ilə bağlı apardığı araşdırmanı yayımladı. O, siyasi mübarizəsinin bir hissəsi kimi, "Narazıların yürüşü", "Strategiya-31" və "Ədalətli seçkilər naminə" adlı kompaniyaların təşkilatçısı və iştirakçısı idi.
Qətlə yetirildiyi ərəfədə Nemtsov Moskvada Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına və maliyyə böhranına qarşı etiraz nümayişi təşkil etməklə məşğul idi. O, həmçinin Ukraynadakı rus hərbi qulluqçularının ruspərəst üsyançılar tərəfdə Ukrayna dövlətinə qarşı döyüşdüyünü göstərən hesabat üzərində çalışırdı. Rusiyanın bu fəaliyyəti o zaman Rusiyadan kənarda bir o qədər də populyar deyildi.[12]
Nemtsov Nijni-Novqorodun ilk qubernatoru olmuşdur (1991–1997). Daha sonra o, Rusiya hökumətində Energetika naziri (1997), Rusiya baş nazirinin müavini və Rusiya Təhlükəsizlik Şurasının üzvü (1997–1998) kimi vəzifələrdə çalışmışdır. 1998-ci ildə Gənc Rusiya hərəkatının əsasını qoymuşdur. 1999-cu ildə "Sağ Qüvvələr İttifaqı" adlı seçki blokunun həmtəsisçilərindən olmuşdur. Bu blok sonralar siyasi partiyaya çevrilmişdir. O, dəfələrlə deputat seçilmişdir. Xalq Deputatları Sovetinin (1990), Federasiya Şurasının (1993–1997 və Dövlət Dumasının (1999–2003) üzvü olmuşdur.
O, həmçinin Dövlət Dumasının vitse-spikeri və "Sağ Qüvvələr İttifaqı"nın parlament qrupunun rəhbəri olmuşdur. 2008-ci ildə "Sağ Qüvvələr İttifaqı"nın parçalanmasından sonra "Həmrəylik" hərəkatının həmtəsisçisi olmuşdur. 2010-cu ildə "Qanunsuzluq və Korrupsiya olmayan Rusiya uğrunda" koalisiyasının həmtəsisçisi olmuşdur. Bu koalisiyanin partiya kimi qeydiyyatdan keçirilməsi rəsmi dairələr tərəfindən rədd edilmişdir. 2012-ci ildən etibarən qeydiyyatlı siyasi partiya olan Xalq Azadlıq Partiyasının həmsədri olmuşdur.[13][14]
Qətlə yetirildiyi zaman müxalif "Həmrəylik" hərəkatının liderlərindən biri, Yaroslavl vilayət parlamentinin seçilmiş üzvü, Liberallar və Demokratlar Alyansının üzvü olan və panavropaçı partiya olan Xalq Azadlıq Partiyasının həmsədri idi.
Qətlindən sonra Nyu-York Taymsdan Serge Sşmemann "Heç vaxt geri çəkilməyən islahatçı" başlıqlı məqaləsində yazırdı:[15]
Hündür, yaraşıqlı, hazırcavab və ciddi sözlü olan Mr. Nemtsov həyəcanlı anda – kommunizm çökərkən və üfüqdə yeni era görünərkən – Rusiya üçün parlayan gənc istedadlı kişi idi. |
Nyu-York Taymsdan daha başqa bir jurnalist– Yuliya Yoffe də Nemtsovu təxminən bu tərzdə sözlərlə tərif etmişdir.[16]
Həyatı
[redaktə | vikimətni redaktə et]Boris Yefimoviç Nemtsov 1959-cu ildə Yefim Dadidoviç Nemtsovla Dina Yakovlevna Eidmanın ailəsində dünyaya gəlmişdir. Onun anası fizik və yəhudi olmuşdur.[17]
Onun 5 yaşı olarkən valideynləri boşanmışdır. Avtobioqrafiyasında qeyd edir ki, Rus Pravoslav Kilsəsi mənsubu olan ata nənəsi onu körpə olarkən vəftiz etmişdir. Beləliklə, o praktikida Ortodoks Xristian olmuşdur.[17] O, vəftiz edildiyini sonralar öyrənmişdir.[18]
27 fevral, saat 23:40 radələrində Moskvanın mərkəzində, naməlum şəxslər küçədə ağ avtomobildən Boris Nemtsova dörd dəfə atəş açıblar.[19] Kürək nahiyyəsindən aldığı yaralardan Boris Nemtsov hadisə yerində keçinib.[20]
Boris Nemtsovun xatirəsi ilə bağlı matəm yürüşündə 50 min nəfər iştirak edib.[21]
Təhsili
[redaktə | vikimətni redaktə et]1976–1981-ci illərdə Qorki şəhərində yerləşən N.İ. Lobaçevski adına Nijni Novqorod Dövlət Universitetində fizika üzrə təhsil almışdır.[22] 11985-ci ildə Qorki Dövlət Universitetində fizika və riyaziyyat üzrə doktorantura dissertasiyasını müdafiə etmişdir.[23] Bundan sonra Radiofizika Araşdırmaları İnistitutunda işləməyə başlamış və kvant mexanikası, termodinamika, akustika barədə 60-dan çox elmi məqalə nəşr etdirmişdir.[24][25]
Akustik lazer üçün nəzəri bir model və kosmik zondlar üçün antenaların yeni dizayn təklif etmişdir.[26][27] and a novel design of antennas for space probes.[28]
Siyasi fəaliyyəti
[redaktə | vikimətni redaktə et]1986-cı ildəki Çernobıl faciəsi baş verən zaman Nemtsov öz yaşadığı bölgədə etiraz nümayişi təşkil etdi. Bununla da o, bu bölgədə yeni bir nüvə enerjisi istehsal edən obyektin tikintisinin qarşısını aldı.
1989-cu ildə Nemtsov Xalq Deputatları Sovetliyinə namizəd olsa da, seçkidə məğlub oldu. O, seçkilərə kifayət qədər radikal platforma ilə qatılmışdı. Bu platformada çox partiyalı sistemə keçid, şəxsi təşəbbüsün inkişaf etdirilməsi kimi tələblər var idi.
1990-cı ildəki ilk Rusiya seçkilərində Nemtsov Rusiya Ali Sovetinə sonradan Nijni-Novqorod adlandırılan Qorki şəhərindən deputat seçildi. O, kommunist olmayan yeganə deputat idi.[29] Ali Sovetdə mərkəz-sol fraksiyasının üzvü olmuşdur.
Parlamentdə kənd təsərrüfatı və xarici ticarətin sərbəstləşdirilməsi ilə bağlı çalışan qanunverici komitəyə üzv olmuşdur. Burada çalışarkən Boris Yeltsinlə yaxından tanış olmuşdur. 1991-ci ilin oktyabr ayında Boris Yeltsin əleyhdarlarının hücumları zamanı Yeltsini sona qədər müdafiə etmişdir. Bu sədaqətinə görə də Yeltsin onu Nijni-Novqorod şəhərinə öz nümayəndəsi təyin etmişdir.
1991-ci ildə Yeltsin onu Nijni-Novqorodun qubernatoru təyin etdi. 1995-ci ilin dekabrında o bu vəzifəyə xalq tərəfindən yenidən seçildi. Onun bu vəzifə müddəti zamanı Nijni-Novqorod "İslahat laboratoriyası" adlandırılırdı. Xaotik və geniş-miqyaslı islahatlar nəticəsində Nijni-Novqorod iqtisadi baxımdan mühüm irəliləyişlər əldə etdi. Nemtsovun burada gördüyü işlər 1993-cü ildə bu bölgəyə səfər edən Marqaret Tetçer tərəfindən yüksək qiymətləndirilmişdi.
Serge Schmemann qeyd edir ki, "qubernatorluğunun lap əvvəlindən Nemtsov regionun keçidi üçün tufan kimi kompaniya başlatmışdı. O, bunun üçün Qərb agentliklərindən də güclü dəstək alırdı." Regionun xaricilər üçün qaöalı olmasına və özəlləşdirmə üçün kifayət qədər kağız pulun olmamasına baxmayaraq, Nemtsov gələcəyə ümidlə baxırdı. O, bunun üçün sonradan əhali tərəfindən Nemtsovki adlandırılan və rubla dəyişdirilən pul istiqrazları buraxdı. Serge Schmemann Nemtsovu rus sayağı icra hakimi əvəzinə, qərb sayağı qubernator adlandırır.
Nemtsovun ölümündən sonra Leonid Berşidski onunla 1992-ci ildəki görüşü barədə bunları demişdi.
Parlaq, gənc fizik. O, xaricilərə qapılarını açmayan, qaranlıq Sovet dövrünün sənaye şəhərində liberal iqtisadiyyatı dircəltmək istəyirdi. O, Hollivud filmlərindıki siyasətçilərin Rusiya hinterlandına transplantasiya olunmuşdu.[30] |
1993-cü ildə Nemtsov Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurasına üzv seçildi. Seçki kompaniyası zamanı o, ölkənin liberal partiyaları olan Rusiyanın seçimi və Yabloko partiyaları tərəfindən dəstəklənirdi.
1996-cı ildə Boris Yeltsinə I Çeçenistan müharibəsini dayandırmaq üçün özü daxil 1 milyon insanın imzaladığı petisiya təqdim etmişdir.[31]
1997-ci ilin mart ayında Rusiya Federasiyasının baş nazirinin birinci müavini təyin edildi. O, bu vəzifədə enerji sektorunda gedən islahatlara cavabdeh idi. O, sindikatların, ev sisteminin və sosial sektorun yenidən qurulmasını əmr etmişdi.[32] Tədricən, bütün ölkə boyunca böyük nüfuza sahib olmağa başladı. 2000-ci il prezident seçkilərində əsas namizəd kimi qəbul edilirdi.[33] Boris Yeltsin onu Bill Klintonla tanış etmiş və özünün varisi adlandırmışdı. 1997-ci ilin yayında keçirilən rəy sorğularında əhalinin 50 faizi onu prezident seçkilərində dəstəkləyəcəyini bildirmişdi. Lakin Nemtsovun siyasi kareyerası 1998-ci il Rusiya maliyyə və iqtisadi böhranına görə xeyli ziyan gördü.
Nemtsov Moskvanın Ağ evində cəmi il yarım işləməsinə baxmayaraq, özü bu iş dövrünü uğurlu adlandırmışdı. O, kommersiya banklarındakı korrupsiya hallarına son vermiş, dövlət müəssisələrinni özəlləşdirilməsi zamanı yol verilən korrupsiya hallarına qarşı qanunlar qəbul etdirmişdi. O, həmçinin xam malların və neft məmulatlarının ölkədən qeyri-qanuni ixrac edilməsi hallarına qarşı da mübarizə aparmışdır. O bu dövr barədə bunları deyirdi:
Və ən vacibi, mən enerji məsələlərindən məsul nazir olarkən neftin hər barelinin qiyməti 10 ABŞ dolları idi, lakin biz Rusiyanı xilas etdik. Hər şey çox çətin idi - sosial narahatlıqlaq, tətillər, Çeçenistanda müharibə, 'defolt' - yenə də deyim - biz Rusiyanı xilas etdik.[34] |
Çubais iqtisadçi komandasının üzvü olduğuna görə Nemtsov baş nazirin müavini vəzifəsindən istefa verməyə məcbur oldu.[35] Viktor Çernomirdinin 1998-ci ildə işdən uzaqlaşdırılmasından sonra yenidən bu vəzifəyə təyin edildi. Lakin qısa müddət sonra Yeltsin hökuməti buraxdına görə, bu vəzifəsindən yenidən uzaqlaşdı.
Nemtsov o dövrki rəhbər şəxslərin hamısından fərqli idi. Ekonomistin də bildirdiyi kimi, o digər nüfuzlu şəxslərdən fərqli olaraq problemli 1990-cı illərdə nüfuzlu şəkildə peydə olmuşdu.[36]
1998-ci ilin əvvəllərində Nemtsovun Nemtsov.ru adlı şəxsi saytı var idi. Bu saytı açmaqda məqsədi izləyicilərinə başqa yerdə çata bilməyəcəkləri məlumatları vermək idi. Bu Rusiya siyasətində siyasətçinin seçici ilə ikili əlaqəyə girə bilməsinin ilk nümunələrindəndir.[37]
1999-cu ilin avqust ayında Nemtsov Sağ Qüvvələrin İttifaqının htəsisçilərindən biri oldu.[21] Bu liberal-demokratik koalisiya 1999-cu ilin dekabr ayındaki parlament seçkilərində 8.6 faiz, yəni 6 milyon səs toplaya bildi. Nemstov özü isə Dövlət Dumasına seçildi. 200-cü ilin fevral ayında isə Dumanın sədri oldu. 2000-ci ilin may ayında Sergey Kiriyenkonun istefasından sonra partiyanın və partiyanın parlament qrupunun rəhbəri oldu. 2001-ci ilin may ayında partiya nümayəndələrinin 70 faizi onu partiya rəhbəri kimi rəsmən qəbul etdi. Nemtsovun sözlərinə görə partiyada hər bir zaman iki fraksiya — Nemtsov fraksiyasi və Çubais fraksiyası — mövcud idi. Çubaislər prinsiplərdən daha çox praqmatik idilər və realpolitik hesab olunurdular.
2002-ci ildəki Dubrovka faciəsi zamanı o əsir götürənlərlə birbaşa görüşmək istəyən siyasətçilərdən biri olmuşdur. Sonradan bildirmişdir ki, onun bu istəyinə Putinin birbaşa əmri ilə mane olunmuşdur.[38]
2000–2003-cü illər arasında Nemtsov çox çətin vəziyyətdə idi. O, Putin hakimiyyətinin demokratiyanı boğduğunu düşünürdü, lakin Kremlinlə razılaşma tərəfdarı olan Sağçı Qüvvələr İttifaqının baş katib köməkçisi olan Çubaislə də uzlaşma tapmalı idi. 2003-cü ildəki parlament seçkilərində Nemtsovun partiyası 4 faiz və ya 2.4 milyon səs toplaya bildi. beləliklə partiya minimum olan 5 faiz səsi toplaya bilmədiyinə görə parlamentdə təmsil oluna bilmədi. 2004-cü ilin yanvarında Nemtsov partiya rəhbərliyindən istefa verdi. Bundan sonra neft şirkəti olan Neftianoyin direktorlar şurasının katibi və Ukrayna prezidenti Viktor Yuşenkonun siyasi işlər üzrə müşaviri vəzifəsində çalışdı.[39] 2004-cü ildə köməkçisi Vladimir V. Qara-Mirzə ilə birlikdə Nevavisimaya qəzetində "Putinist əksəriyyətə etiraz" başlıqlı məqalə yazdı. Bu məqalədə əsas məqsəd Putin tərəfdarlarına onun yaxın müddət ərzində diktatorluq quracağını başa salmaq idi. 2008-ci ildə "Komissiya-2008"-in həmtəsisçilərindən biri olmuşdur. Harri Kasparov, Vladimir Bukovski kimi məşhur Rusiya liberallarının daxil olduğu bu qrumun məqsədi bütün Rusiya liberallarını bir cəbhədə toplamaq idi.[40]
2004-cü ildə Neftyanoy bankın direktoru, Neftyanoy konserninin isə katibi təyin edildi. Lakin 2005-ci ilin dekabrında bankda çirkli pul yuma və dələduzluq edilməsi iddiaları ilə dövlətin istintaq aparmasından sonra hər iki vəzifəsindən istefa verdi. İstefa verərkən isə bildirdi ki, bunu dövlətin bu şirkətin işinə siyasi səbəblərə görə müdaxilə etməsinə mane olmaq üçün edir. Nemtsov güman edirdi ki, bank onun keçmiş baş nazir və 2008-ci il prezident seçkilərinin namizəd Mixail Kasyanovla dostluğuna görə hədəfə alınmışdır.[41]
2004-cü il Ukrayna seçkiləri zamanı Nemtsov Viktor Yuşenkonun qatı tərəfdarına çevrildi. Rusiya hakimiyyəti isə onun rəqibi Viktor Yanukoviçi dəstəkləyirdi. Narıncı inqilabdan sonra Yuşenko Nemtsovu özünün iqtisadi işlər üzrə müşaviri təyin etdi.[42] Nemtsovun bu vəzifədəki ən böyük uğuru Rusiya ilə Ukrayna arasındakı ticari əlaqələri yenidən artırmaq olmuşdur. Bu əlaqələr prezident seçkiləri zamanı ciddi ziyan görmüşdü.[43]
Ukrayna hökuməti ilə Nemtsovun münasibətləri sabit deyildi. 2005-ci ildə Nemtsovun hökuməti açıq şəkildə tənqid etməsindən sonra bu münasibətlər tamamilə pozuldu. Bundan sonra bir qrup deputat prezidentə Nemtsovu işdən çıxarması üçün müraciət etdilər. Lakin Nemtsov 2006-cı ilin oktyabrına qədər bu vəzifədə qaldı.[44]
Nemtsov ilk öncə Rusiyada keçiriləcək 2008-ci il seçkilərinə namizədliyini elan etsə də, sonradan geri götürdü. Bunu Mixail Kasyanovu nəzərdə tutaraq, demokratik düşərgənin səsinin bölünməsini istəmədiyi üçün etdiyini bildirmişdi.[45] Həmçinin hakimiyyətin seçkilərin nəticəsini əvvəlcədən müəyyən etdiyini də demişdi.[46]
2008-ci ilin dekabrında Nemtsov və Harri Kasparov "Həmrəylik" müxalif hərəkatınnı əsasını qoydular. Hərəkatı yaratmaqda məqsəd müxalif düşərgəni birləşdirmək idi.[47] Nemtsov 2011-ci ilin fevral ayında bildirmişdi ki, "hərəkat müxalif düşərgədəki anlaşmazlıqları həll etmək üçün hər şeyi edirdi, lakin bu işə mane olanlar bilərəkdən və ya bilməyərəkdən Putinə kömək edirdilər."
2009-cu ilin 12 martında "Həmrəylik" hərəkatının toplantısında Soçi bələdiyyə seçkilərində namizəd olacağını elan etdi. Soçili kimi 2014 Qış Olimpiya Oyunlarının bu şəhərdə keçirilməsini tənqid edirdi.[48] Onun bu çıxışı 2009-cu ildə Naşı hərəkatı üzvləri tərəfindən hücuma məruz qalmasına səbəb oldu.[49]
2010-cu ilin mart ayındakı müsahibəsində Nemtsov deyirdi:[50]
Putin Qış Olimpiya Oyunlarını keçirmək üçün elə bir yer tapıb ki, ora Rusiyada qışda qar olmayan yeganə yerdir. Soçi suptropikaldır. Orada konki sürmə və ya hokkey ənənəsi yoxdur. Soçidə biz futbolu, voleybolu və üzgüçülüyü üstün tuturuq. Rusiyanın digər yerlərinin buz meydançalarına ehtiyyacı var, bizim isə yox. Olimpiya meydançalarının tikilməsi üçün 5 min insan evlərindən çıxarılmalıdır. Olimpiya stadionlarının tikilməsi üçün ayrılan yerlər təhlükəsizlik baxımından bərbaddır. Korrupsiya və yeyinti nəticəsində bu şəxslərə lazımı kompensasiyalar və yaşamaq üçün yerlər təmin edilməmişdir. Büdcədən bunnu üçün ayrılan milyardlarla dollar yoxa çıxmışdır. |
Soçi bələdiyyəsi üçün keçirilən seçkilərdə Vahid Rusiya partiyasının namizədi Anatoli Paxomov 77 faiz səslə qalib gəldi.[51] Nemtsov 14 faiz səslə ikinci yeri tutdu. Seçkidən sonrakı bəyanatında mətbuata buraxılmamasına və dövlət qulluqçularının Paxomova səs verməyə məcbur edilməsini əsas gətirərək seçkiləri ədalətsiz adlandırdı.
Nemtsov 10 mart 2010-cu ildə hazırlanan "Putin getməlidir" manifesitin imzalayan 34 şəxsdən biridir. 6 ay sonra, 2010-cu ilin sentyabrında Vladimir Rıjkov, Mixail Kasyanov və Vladimir Milov və Nemtsov "Qanunsuzluq və Korrupsiya olmayan Rusiya uğrunda" partiyasını yaratdılar. Bu partiyanın adı 3 ay sonra "Xalq Azadlığı partiyası" ilə dəyişdirildi.[52] 2011-ci ilin may ayında Rusiya Ədliyyə Nazirliyinə rəsmi qeydiyyat üçün müraciət etsələr də, bir ay sonra onların müraciəti rədd edildi.
2010-cu ilin dekabr ayının 16-da televiziyadakı canlı yayımda "Nemtsov, Milov və Rıjkov həqiqətən nə istəyirlər ?" sualından sonra Putin "onlar 1990-cı illərdə Berezovski və indi həbsdə olan digərləri ilə birlikdə milyardları mənimsədilər…İdarəçilikdən uzaqlaşdırıldılar. İndi isə yenidən geri dönüb, öz ciblərini doldurmaq istəyirlər" deyə cavab vermişdi.[53] 2011-ci ilin yanvar ayında Nemtsov, Milov və Rıjkov Putinin televiziyada dediyi bu ifadələrə görə Moskva Şəhər Məhkəməsinə müraciət etdilər. Lakin hakim onların vəsadətini təmin etmədi. Bunu onla əsaslandırdı ki, Nemtsov, Milov və Rıjkov adları ümumi mənada, müəyyən siyasətçi sinfini bildirmək üçün işlədilmişdir.[54]
2013-cü ilin hesabatında Nemtsov bildirmişdi ki, Soçi olimpiyadası üçün ayrılmış puldan 30 milyard dollar yoxa çıxmışdır. O, Putin adminstrasiyasını Rusiyanın dövlət təhlükəsizliyinə ziyan vuracaq həddə korrupsiyaya vı yeyintiyə yol verdiyini bildirirdi. O, bu pulların aqibəti barədə araşdırmalar aparacaq vətəndaş komitəsi qurmağı təklif etmişdi.[55]
Həbsləri
[redaktə | vikimətni redaktə et]Nemtsov 25 noyabr 2007-ci ildə həbs edilmişdir. Həbs edilməyə Putin əleyhinə Ermitaj muzeyi yaxınlığında baş tutan etiraz nümayişi səbəb olmuşdur. Nemtsov və digər müxalif şəxslər polis zorakılığından şikayətlənmişdir. Polis zorakılığı sonradan "Narazıların yürüşü" zamanı da tətbiq edilmişdir.[56] Nemtsov həbs edildikdən bir gün sonra azad edilmişdir.
2010-cu ilin 31 dekabrında hakimiyyətin xalq etirazlarını məhdudlaşdırmasına etiraz olaraq etdiyi yürüş zamanı digər müxalif rəhbərlərlə birlikdə yenidən həbs edilmişdir. 2 yanvar 2011-ci ildə isə 15 günlük həbs edilmişdir.[57] Bu həbsi ABŞ senatorları Con Makkeyn və Coe Lieberman tərəfindən qınanmış, Amnesty International tərəfindən isə Nemtsov vicdan məhbusu kimi təqdim edilmişdir.[58][59][60]
The Economist bunu Rusiya hakimiyyəti üçün "yeni aşağı" deyə tərif etmişdi:
Ona qarşı pis münasibət mənasız dərəcədə anlaşılmazdır. Onun duruşu hökumət üçün təhlükə deyil. Yürüş icazəli idi və o, öz evinə gedərkən polis tərəfindən saxlanılmışdır. O, polisə tabe olmamaqda və söyməkdə ittiham edilir. Halbuki, video görüntülər var. Orada açıq şəkildə görünür ki, o, polislərə "sakit olun" deyir."Lakin hakim bunu sübut kimi qəbul etmədi. Şahid ifadələrini də nəzərə almadı və Nemtsova apelyasiyaya müraciət etməyi qadağan etdi. |
2011-ci ilin fevral ayındakı müsahibəsində Nemtsov bildirmişdi:
Onun həbsdə olarkən saxlanıldığı həbsxana otağı yarıqaranlıq, 3 metrəlik zindan idi. Oxumaq qeyri-mümkün idi. Döşək, yastıq, çarpayı yox idi, yalnız döşəmə. |
O, həbs zamanı eynəyinin, kəmərinin və ayaqqabı iplərinin müsadirə edildiyini, yaşadığı otağın isə standartlardan aşağı olduğunu bildirmişdir. O, həbsi sifarişinin Rusiya Prezident Adminstrasiyası rəhbərinin müavini Vladislav Surkov tərəfindən verildiyini iddia etmişdir. Azad olduqdan sonra Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmiş və qalib gəlmişdir.[61]
2011-ci il 6 dekabr etirazları zamanı Moskva şəhərində yüzlərlə etirazçı ilə birlikdə yenidən həbs edilmişdir.[62]
Qətli
[redaktə | vikimətni redaktə et]Nemtsovun qorxuları
[redaktə | vikimətni redaktə et]Öldürülməsindən 3 həftə əvvəl, 10 fevral tarixində "Sobesednik" adlı xəbər saytına verdiyi müsahibəsində bildirmişdi ki, onun 87 yaşlı anası Putinin onu öldürəcəyindən qorxur. O, əlavə etmişdi ki, anası həmçinin, keçmiş oliqarx Mixail Xodorkovskinin və anti-korrupsiya aktivisti Aleksey Navalninin də Putin tərəfindən öldürülməsindən qorxur. Özünün qorxub-qorxmaması ilə bağlı ünvanlanan suala isə belə cavab vermişdi:[63][64]
Bəli, anam qədər olmasa da, mən də qorxuram. |
Müsahibənin sonrakı hissəsində isə əlavə etmişdir:[65]
Mən sadəcə, zarafat edirəm. Əgər Putindən qorxsaydım, bu yolda olmazdım. |
Qətlindən iki həftə əvvəl köhnə dostu olan və "Yeni zaman" jurnalının redaktoru Yevgeniya Albatsla görüşmüş və Ukrayna konfliktində Putinin rolunu müzakirə etmişdir. Albats bildirir ki, Nemtsov "öldürüləcəyindən qorxurdu". Albats deyir:[66]
...və o çalışırdı ki, həm özünü, həm də məni inandırsın ki, onlar ona toxunmayacaqlar. Çünki o, Rusiya hökümətinin keçmiş üzvü və baş nazirin müavini idi. Onlar presedent yaratmaq istəməzlər. Nemtsov deyirdi: Çünki Rusiyada hakimiyyət yenidən əl dəyişdirəcək və Putinə xidmət edənlər belə presedent yaratmaq istəməzlər. |
Sui-qəsd
[redaktə | vikimətni redaktə et]Nemtsov 27 fevral 2015-ci ildə yerli vaxtla 23:31-də arxadan açılan bir neçə atəş nəticəsində öldürülmüşdür.[67] O, Moskvadakı Bolşoy Moskvoretsky körpüsündən Kremlin divarına və Qırmızı meydana tərəf qaçırdı. O, hadisə yerindəcə keçinmişdir. Onun qətli Rusiyanın Ukraynadakı işğalçı əməliyyatlarına və Rusiyadakı maliyyə böhranına qarşı Nemtsovun təşkil etdiyi etiraz aksiyalarından cəmi 2 gün əvvəl baş vermişdi.[68]
Özünün son tivitində Mr. Nemtsov Rusiyanın parçalanmış müxalifətini bazar gününə planladığı anti-müharibə yürüşündə birləşməyə çağırırdı. |
BBC onun öz sözlərini də qeyd etmişdi:
Əgər Rusiyanın Ukraynaya aqressiyasını dayandırmasını dəstəkləyirsənsə, əgər Putin aqressiyasının dayandırılmasını dəstəkləyirsənsə, martın 1-dəki Yaz yürüşünə qatıl. |
Ölümündən bir gecə sonra onun yazıları, vərəqləri və kompyuteri Malaya Ordinka küçəsindəki evindən müsadirə edildi.[70]
Nəticə, kontekst və ittihamlar
[redaktə | vikimətni redaktə et]Rus jurnalist Kseniya Sobçakın bildirdiyinə görə Nemtsov Rusiyanın şərqi Ukraynadakı hərbi fəaliyyəti barədə hesabat hazırlayırdı.[71][71] Halbuki, Rusiya hakimiyyəti özlərinin belə bir fəaliyyətinin olmasını təkzib edirdi.
Nemtsovun ölümündən iki həftə əvvəl görüşdüyü "köhnə dostü" Yevgeniya Albats bildirir ki, o, Ukraynadakı hadisələr üzərində işləyirdi və bu barədə yeni yazı hazırlayırdı. Nemtsov bu yazısına "Putin və müharibə" adını veribmiş. Albats hələ o zaman Nemtsovun həyatı barədə narahat olmağa başladığını bildirmişdir. Nyu-York Taymsa görə, bəzi mənbələr Nemtsovun öldürülməsində təhlükəsizlik orqanlarını günahlandırsalar da, bəzi mənbələr rus millətçilərini günahlandırırlar. Keçmiş Enerji naziri və hazırkı müxalifət üzvü Vladimir Milov deyir:
Bu qətlin arxasında dövlətin dayanması barədə çox az şübhə var. Məqsədləri isə qorxu yaymaqdır. |
Müxalif aktivist Maksim Kats demişdir:[72]
O (Putin), əgər bu barədə əmr vermişdirsə, sifarişçi kimi günahkardır. Yox, əgər belə bir əmr verməmişdirsə, o, insanlar arasında nifrəti, inseriyanı və qəzəbi yaymağa görə məsuliyət daşıyır. |
Müxbir Yuliya Yoffe Nemtsovun öldürülməsindən sonra qətl barədə bir neçə versiyanın ortaya çıxdığını və öz fikrini yazmışdı:[73]
Beləcə, biz əmin ola bilərik ki, araşdırma heç bir yerdə getməyəcəkdir. Çox gümanki, ortaya kuklalar atılacaq və onlar hakim qarşısında daha güclü kimisə qoruyacaqlar. Yəqinki, bu proses illərlə davam edəcək, hər kəs bunu həll etmək üçün çox çalışdığını bildirəcək, lakin heç kim ədaləti təmin etməyəcək. Kremlin artıq suyu bulandırmağa başlamışdır. |
Qətldən sonra Rusiya xüsusi xidmət orqanlarına yaxınlığı ilə seçilən LifeNews xəbər saytı hadisənni baş vermə səbəbi kimi 3 versiya irəli sürdü:[16]
- Duritskayanı aborta məcbur etdiyinə görə ondan qısas alınmışdır.
- Nemtsovun xaricdən aldığı pullarla bağlı olmuşdur.
- Hadisə Kremlini ləkələmək üçün törədilmişdir.
Hökumətin araşdırma komitəsi isə iki versiya irəli sürmüşdür:
- Nemtsov onun müxalif hərəkatının hansısa üzvü tərəfindən öldürülmüşdür. Məqsəd isə "şəhid" və ya "qəhrəman" formalaşdırmaq olub.
- Qəlt Charlie Hebdo qətliamı ilə bağlıdır.
Reaksiyalar
[redaktə | vikimətni redaktə et]Rusiyanın keçmiş baş naziri Mixail Kasyanov Nemtsovun qətlindən və bunun müasir Rusiyada baş verməsi faktından şoka düşdüyünü bildirmişdir. Memorial yürüşü Nemtsovun etirazlar üçün nəzərdə tutduğu 1 martda baş tutdu. Yas tutan şəxslər "Biz azad Rusiya üçün döyüşürük", "Onlar bizim hər birimizi güllələdilər", "O, Rusiyanın gələcəyi üçün öldü", "Onlar səndən qorxur, Boris" kimi şüarlar səsləndirirdilər. Matəm yürüşündə təxminən 50 min insanın olduğu bildirilir.[74][75]
Siyasi şərhçi Qleb Pavlovski bildirdi ki, bundan sonra Rusiya heç bir sərhədin olmadığı "Veymar atmosferi"nin öhtəsindən gəlməlidir. Müxalif aktivist Leonid Volov isə bildirmişdi ki, "rusiyalılar artıq müxtəlif siyasi reallıqlar içində yaşayırlar."
ABŞ prezidenti Barak Obama Rusiyanı bu qətli araşdırmaq üçün dərhal, tərəfsiz və şəffaf araşdırma qrupu qurmağa və qətlin təqsirkarlarını ədalətə təslim etməyə çağırmışdı.[76]
Almaniyanı kansleri Angela Merkel bu qətli "qorxaq qətl"i adlandırmışdı. Onun ofisindən verilən açıqlamada isə Putindən bu qətlin şəffaf araşdırılması və baiskarların ədalətə təslim ediləcəyi ilə bağlı təminat verməsini istəmişdi.
The Observer qəzeti Nemtsovun qətlini "qorxunc" adlandırmış və avtoritar diktatorluqlara xas olan xarakteristika kimi qiymətləndirmişdi.[77]
Nyu-York Taymsdan Serge Schmemann yazırdı ki, "Moskva yürüşü ümid və arzular üçün edilən memorial yürüşünə bənzəyirdi, hansiki Nemtsovun gecə yarısı Qızıl meydana gedən körpü kənarında yatan bədənində yatırdı."
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bilmişdi ki, "Putin qeyd edir ki, bu qətl müqavilənin bütün şərtlərinə sahibdir və son dərəcə prokativdir."
Zərərçəkmişin anasına göndərdiyi mesajda Putin bildirirdi ki, "hər şey elə ediləcək ki, əclaf və şərəfsiz qətlin təşkilatçıları və günahkarları layiq olduqları cəzanı alsınlar."[78]
Baş nazir Dmitri Medvedev bildirmişdi ki, "Nemtsov Rusiyanın demokratiyaya keçid dövründə çox istedadlı siyasətçi olmuşdu. Keçən bütün bu günlər ərzində o parlaq və prinsipial şəxsiyyəti ilə xatırlanacaqdır."[79]
2015-ci ilin avqust ayında Nemtsovun qızı Janna Nemtsova atasının gördüyü işlərə Polşa Demorkatiya Mükafatına layiq görüldü.[80]
9 oktyabr 2015-ci ildə, 56-cı ad günündə Moskvada məzarı üzərində abidə ucaltmışdırlar. Abidə üzərində ona vurulan 5 güllənin rəmzi olaraq 5 deşik düzəldilmiş və adı yazılmışdır.[81]
2017-ci ilin fevral ayının sonlarında Novqorodda Nemtsovun ideologiyasını və sui-qəsdinə səbəb olan nitqini simvolizə edən anım yürüşü keçirilmiş və adı həkk olunmuş plaket hazırlanmışdır.[82][83][84]
2017-ci ilin dekabr ayının 6-da Vaşinqton şəhəri rəhbərliyi Viskonsin prospektini simvolik olaraq Boris Nemtsov Plaza adlandırdığını elan etmişdir.[85]
2019-cu ilin 12 mart tarixində Rusiyada bir neçə qanun qəbul edildi. Bu qanunlar Rusiya hakimiyyətini və Vladimir Putini bəzi hadisələri törətməkdə ittiham etməklə bağlı idi. Bu məsələlər içində Putini Nemtsovun öldürülməsində ittiham etməkdə daxildir.[86]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Немцова похоронили на Троекуровском кладбище Москвы (fr.). 2015.
- ↑ Сообщество Викимедиа Борис Немцов похоронен на Троекуровском кладбище (rus.). // Russian Wikinews 2005.
- ↑ http://lib.rin.ru/doc/i/155886p7.html.
- ↑ Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ Birnbaum, Michael; Branigan, William. "Putin critic, Russian opposition leader Boris Nemtsov killed in Moscow". Washington Post. 28 fevral 2015. 17 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 March 2015.
- ↑ Zimmerman, Malia (4 mart 2015). "Crossing the Kremlin: Nemtsov latest in long line of Putin critics to wind up dead" Arxiv surəti 7 mart 2015 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2015-03-07 at the Wayback Machine, Fox News.
- ↑ Amos, Howard; Millward, David. "Leading Putin critic gunned down outside Kremlin". The Telegraph. London. 27 fevral 2015. 2019-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-17.
- ↑ Kramer, Andew E. (27 fevral 2015) "Boris Nemtsov, Putin Foe, Is Shot Dead in Shadow of Kremlin" Arxivləşdirilib 2019-07-28 at the Wayback Machine, The New York Times.
- ↑ "Борис Немцов: Боюсь того, что Путин меня убьет". Sobesednik. 2019-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2015.
- ↑ "Jury passes guilty verdict in Nemtsov murder case". RT. 29 iyun 2017. 2018-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-17.
- ↑ Putin Critic Boris Nemtsov Shot Dead Arxivləşdirilib 2015-05-02 at the Wayback Machine, NPR.org, 27 fevral 2015.
- ↑ Birnbaum, Michael; Branigan, William. "Putin critic, Russian opposition leader Boris Nemtsov killed in Moscow". Washington Post. 28 fevral 2015. 2019-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2015.
- ↑ "Сопредседатели". Svobodanaroda. 28 fevral 2015 tarixində arxivləşdirilib.
- ↑ "Борис Немцов". Svobodanaroda. 24 oktyabr 2017 tarixində arxivləşdirilib.
- ↑ Schmemann, Serge. "The Brilliant Boris Nemtsov: A Reformer Who Never Backed Down". The New York Times. 2 mart 2015. 2020-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-17.
- ↑ Yuxarıda get: 1 2 Ioffe, Julia. "After Boris Nemtsov's Assassination, 'There Are No Longer Any Limits'". The New York Times. 28 fevral 2015. 2018-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-17.
- ↑ Yuxarıda get: 1 2 Krichevsky, Lev. "Russian Jewish Elites and Antisemitism (07 of 13)". American Jewish Committee. 20 may 2005. 8 may 2009 tarixində orijinalından arxivləşdirilib.
- ↑ Allensworth, Wayne (1998). The Russian Question. Rowman & Littlefield, ISBN 0-8476-9003-2. p. 289
- ↑ "Rusiyanın tanınmış siyasətçisi Boris Nemtsov qətlə yetirilib". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-28.
- ↑ "Boris Nemtsov murder prompts Putin 'justice' pledge". 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-28.
- ↑ Yuxarıda get: 1 2 "Boris Nemtsov murder: Thousands march in Moscow". 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-01.
- ↑ "Немцов Борис (Ефимович)". Финансовый словарь Финам. 2018-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-17.
- ↑ "Boris Nemtsov". Moscow Times. 25 mart 2011. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-17.
- ↑ "Profile of Boris Nemtsov: Russia's newest first deputy premier". Jamestown Foundation Prism. 18 aprel 1997. 30 sentyabr 2007 tarixində orijinalından arxivləşdirilib.
- ↑ Nemtsov, B. SAO/NASA Astrophysics Data System (ADS) Arxivləşdirilib 2016-01-10 at the Wayback Machine, adsabs.harvard.edu; accessed 30 aprel 2018.
- ↑ Nemtsov, Boris. "Coherent mechanism of sound generation during vapor condensation" (PDF). Akusticheskii Zhurnal. 37 (5). 1991: 970–977. Bibcode:1991AkZh...37..970N. 2016-01-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-09-17.
- ↑ Kotyusov, A. N.; Nemtsov, B. "Acoustic "laser"" (PDF). Akusticheskii Zhurnal. 37 (1). 1991: 123–29. 2016-01-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-09-17.
- ↑ "Борис Немцов: биография убитого оппозиционера". imenno.ru. 28 fevral 2015. 2018-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-17.
- ↑ Chinayeva, Elena. "Boris Nemtsov, A Rising Star of the Russian Provinces". Transitions. 2 (4). 1996: 36–38.
- ↑ Leonid Bershidsky. "The Russia That Died With Boris Nemtsov". Bloomberg. 27 fevral 2015. 2021-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-18.
- ↑ Isabella Kolar. "Interview mit Boris Nemzow von 2014". Deutschland Radio. 2 mart 2015. 8 March 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 March 2015.
- ↑ York, Geoffrey. "From the archives: Yeltsin recruits top young reformer Nemtsov". The Globe and Mail. 1997 mart. 2015-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2015.
- ↑ White, Gregory L. "Nemtsov's Career Traces Arc of Russia's Dimmed Hopes for Democracy". Wall Street Journal. 28 February 2015. 2 March 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2015.
- ↑ Shakirov, Mumin. "Who was Mister Putin? An Interview with Boris Nemtsov". Open Democracy. 2 Feb 2011. 27 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 aprel 2018.
- ↑ Yeltsin, Boris N. Midnight Diaries. translated by Catherine A. Fitzpatrick. 2000. səh. 99. ISBN 1-56511-413-2.
- ↑ "Frozen Out". The Economist. 6 yanvar 2011. 2011-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-18.
- ↑ Peterson, D.J. Russia and the Information Revolution. Rand Corporation. 2005. ISBN 0-8330-4101-0.
- ↑ "Boris Nemtsov: From reformist wonder boy to disgruntled opposition leader". Russia: RT. 28 February 2015. 4 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2015.
- ↑ Smorodinskaya, redaktorEncyclopedia of Contemporary Russian. Routledge. 28 oktyabr 2013. səh. 420. ISBN 1-136-78786-0.
- ↑ Danks, Catherine. Politics Russia. Routledge. 2014. səh. 433. ISBN 978-1317867418.
- ↑ Pronina, Lyuba (20 dekabr 2005). "Nemtsov resigns from bank post", Moscow Times.
- ↑ "Ukraine President Appoints Former Liberal Russian Lawmaker", Dow Jones International News, 14 fevral 2005.
- ↑ "Ukraine Lawmakers Urge Yushchenko To Sack Russian Adviser", Dow Jones International News, 3 iyun 2005.
- ↑ RIA Novosti (9 oktyabr 2006). "Ukraine President Dismisses Boris Nemtsov from Adviser Post".
- ↑ "Nemtsov no longer presidential candidate", Pravda.ru, 26 dekabr 2007.
- ↑ "Russia's March 2008 Presidential Election: Outcome and Implications". CSR. 13 mart 2008. 2019-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2019.
- ↑ "Russian Opposition Founds New Movement". Radio Free Europe/Radio Liberty. 14 dekabr 2008. 30 January 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 December 2011.
- ↑ "Nemtsov To Run For Mayor of Sochi". Radio Free Europe/Radio Liberty. 13 mart 2009. 2011-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 dekabr 2011.
- ↑ "Kremlin critic in ammonia attack". BBC News. 23 mart 2009. 26 March 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 April 2010.
- ↑ Keating, Joshua. "Why is a subtropical gangster's paradise hosting the next Winter Olympics?". Foreign Policy. 1 mart 2010. 2017-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-19.
- ↑ "Pro-Putin mayor elected in Sochi". BBC News. 27 aprel 2009. 2009-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 aprel 2009.
- ↑ "Kremlin foes create new opposition party". Sputnik. 13 dekabr 2010. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-19.
- ↑ "Путин призвал не допустить во власть тех, кто "поураганил" в 90-е годы". РИА Новости. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 fevral 2015.
- ↑ Борис Немцов стал именем нарицательным Arxivləşdirilib 2011-05-10 at the Wayback Machine. Kommersant, 24 fevral 2011
- ↑ "Radio Free Europe: Radio Liberty">"Nemtsov Alleges Billions Embezzled From Sochi Olympics". Radio Free Europe: Radio Liberty. 5 mart 2015. 2016-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 aprel 2018.
- ↑ "Police arrest scores at opposition rally in Russia". The New York Times. 25 noyabr 2007. 2016-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2015.
- ↑ Schwirtz, Michael. "Arrests in Russia Signal Divisions Over Dissent". The New York Times. 3 yanvar 2011. 2015-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 yanvar 2011.
- ↑ Ellen Barry. "Russians React Badly to U.S. Criticism on Protests". The New York Times. 6 yanvar 2011. 2015-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 yanvar 2011.
- ↑ Russian activists jailed over freedom of assembly protest 4 yanvar 2011
- ↑ "19 held at Moscow protests of opposition jailing". The Washington Post. Associated Press. 5 yanvar 2011. İstifadə tarixi: 7 yanvar 2011.[ölü keçid][ölü keçid][ölü keçid]
- ↑ Russian opposition leader Nemtsov's 15-day sentence legal – Moscow court decision Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine, Sputnik News. 12 yanvar 2011
- ↑ Daniel Sandford. "Russia election: Protesters defy rally ban in Moscow". BBC News. 6 December 2011. 6 December 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 dekabr 2011.
- ↑ "Борис Немцов: Боюсь того, что Путин меня убьет". Sobesednik. 10 fevral 2015. 2019-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-18.
- ↑ Calamur, Krishnadev. "Putin Critic Boris Nemtsov Shot Dead". NPR. 27 fevral 2015. 2015-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2015.
- ↑ "Полное интервью Немцова "Собеседнику": Если бы я боялся Путина, то..." Sobesednik.ru. 27 fevral 2015. 2015-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 fevral 2015.
- ↑ Kramer, Andrew. "Fear Envelops Russia After Killing of Putin Critic Boris Nemtsov". The New York Times. 28 fevral 2015. 2017-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-18.
- ↑ Vasiliev, Nikita. "Круглосуточная камера зафиксировала убийство Немцова" [CCTV recorded murder of Nemtsov]. TV Centre rus. ТВ Центр (Russian). Moscow. 28 fevral 2015. 2020-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyun 2018. (#apostrophe_markup)
- ↑ "Russia opposition politician Boris Nemtsov shot dead". BBC News. 27 fevral 2015. 2020-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 fevral 2015.
- ↑ "Russia opposition politician Boris Nemtsov shot dead". BBC News. 27 fevral 2015. 2019-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 aprel 2018.
- ↑ В квартире Немцова проводится обыск [A search is going on in Nemtsov's flat] (rus). Russia: RBK. 28 fevral 2015. 2015-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 fevral 2015.
- ↑ Yuxarıda get: 1 2 "Собчак: Немцов собирался опубликовать доклад об участии российских военных в войне на Украине". RosBalt. 2020-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 fevral 2015.
- ↑ Julia Ioffe. "After Boris Nemtsov's Assassination, 'There Are No Longer Any Limits". The New York Times. 2018-06-13 tarixində arxivləşdirilib.
- ↑ "After Boris Nemtsov's Assassination, 'There Are No Longer Any Limits'" (ingilis). 13 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 November 2018.
- ↑ Tanas, Olga & Jason Corcoran. "Thousands March for Russia Opposition After Nemtsov Murdered". Bloomberg. 27 fevral 2015. 2021-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 April 2018.
- ↑ "Boris Nemtsov murder: Tens of thousands march in Moscow". BBC. 27 February 2015. 21 April 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 April 2018.
- ↑ "Reaction to death of Boris Nemtsov". BBC News. 2016-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2015.
- ↑ "The Observer view on the death of Boris Nemtsov". The Guardian. 28 fevral 2015. 2017-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-18.
- ↑ "Putin vows to punish killers of Kremlin critic, as opposition condemns 'political murder'". The Journal. 2015 fevral. 2016-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2015.
- ↑ "Boris Nemtsov allies fear killers of Russian politician will escape justice". The Guardian. 28 fevral 2015. 2016-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2015.
- ↑ "Poland awards daughter of slain Russian opposition leader Boris Nemtsov". Fox News. 4 avqust 2015. 24 sentyabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 avqust 2015.
- ↑ "Russian Activists Dedicate Monument To Slain Boris Nemtsov". RadioFreeEurope/RadioLiberty. 10 sentyabr 2015. 2015-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2015.
- ↑ Власти Нижнего Новгорода согласовали марш памяти Бориса Немцова. Радио Свобода (rus). 2017-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2017.
- ↑ "B22-0539 – Boris Nemtsov Plaza Designation Act of 2017". lims.dccouncil.us. 2020-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-18.
- ↑ CNN, Maegan Vazquez. "DC street in front of Russian embassy renamed to honor Putin critic". 2021-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-18.
- ↑ "Public Hearing Notice" (PDF). lims.dccouncil.us. 2017-12-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-09-18.
- ↑ "House passes series of measures hitting Russia, Putin". thehill.com. 2019-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-18.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- 9 oktyabrda doğulanlar
- 1959-cu ildə doğulanlar
- 55 yaşında vəfat edənlər
- 27 fevralda vəfat edənlər
- 2015-ci ildə vəfat edənlər
- Troyekurov qəbiristanlığında dəfn olunanlar
- Fizika-riyaziyyat elmləri namizədləri
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Rusiya siyasətçiləri
- Soçidə doğulanlar
- Moskvada vəfat edənlər
- Öldürülmüş şəxslər
- Odlu silah atəşindən vəfat edənlər
- Rus məhbuslar və məhkumlar