Bu səhifədə iş davam etməkdədir. |
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
"Nərgiz" mükafatı — Müsavat Partiyası Divanının 07.12.2015-ci il tarixli 59 (1119) qərarı ilə təsis edilib və Azərbaycanın demokratikləşməsi uğrunda mübarizədə xüsusilə fərqlənən şəxslərə verilir.
Nərgiz Yaqublu 28 dekabr 1989-cu ildə anadan olub. Atası Tofiq Yaqublu Azərbaycan müxalifətinin liderlərindən biri və dövlət başçısı İlham Əliyevin sərt tənqidçisidir. Siyasi fəaliyyətinə və tənqidlərinə görə Tofiq Yaqublu və ailəsi dəfələrlə təqiblərlə, təyziqlərlə və işgəncələrlə üzləşib. Tofiq Yaqublu 1998, 2013, 2020 və 2023-cü illərdə olmaqla dörd dəfə cinayət məsuliyyətinə cəlb edilib. Həbsləri beynəlxalq aləm tərəfindən siyasi motivli hesab olunub, özü isə siyasi məhbus olaraq tanınıb. Nərgiz Yaqublunun bacısı Nigar Həzi 2012-ci ildə həbs edilib və 2 il 6 ay həbs cəzası alıb. Nərgiz Yaqublu isə dəfələrlə mitinqlər zamanı polislər tərəfindən saxlanılıb.
Nərgiz Yaqublu Xəzər Universitetində təhsil alıb. 2009-cu ildən müsavatçıdır. 2012-ci ildə müxalif gənclərin parlamentin buraxılmasını tələbilə baş tutan aksiyada polislər tərəfindən saxlanılıb.[1] 2013-cü ildə İsmayıllı hadisələri ilə bağlı "Silahları üzərimizdən çəkin!" şüarı ilə baş tutan aksiyada da polislər tərəfindən saxlanılıb və inzibati qaydada cərimə edilib.[2][3] Avropa İnsan Hüquqları Məhkəməsi (AİMH) 2017-ci ilin iyununda məhrum Nərgiz Yaqublunun Avropa Konvensiyası 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 11-ci (sərbəst toplaşmaq azadlığı) maddələri ilə təminat altına alınan hüquqlarını pozduğunu hesab edib. Buna görə də Azərbaycan iqtidarını N. Yaqublunun işi üzrə 470 avro cərimə edib.[4] 2013-cü ilin sentyabrından prezident seçimləri ərəfəsində Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin Məhsul stadionunda baş tutan mitinqinin sonunda siyasi məhbusların azad olunması tələb edilən qətnamə oxuyub.[5][6] Nərgiz Yaqublu ailə həyatı qurduqdan sonra Rusiyada yaşayıb. 2015-ci il aprelin 23-də xəstəliyi səbəbilə vəfat edib. Bir oğlu var idi.[7]
Müsavat Partiyası Divanının 07.12.2015-ci il tarixli 59 (1119) qərarı ilə təsis edilib və Azərbaycanın demokratikləşməsi uğrunda mübarizədə xüsusilə fərqlənən şəxslərə verilir.
2015-ci il
"Nərgiz" mükafatının 1-ci təqdimat mərasimi 28 dekabr 2015-ci ildə baş tutub.[8] Müsavat qərargahında baş tutan tədbirdə Müsavat Məclisinin sədri Nüşabə Sadıxlı, Milli Şuranın sədri Cəmil Həsənli, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, Müsavat Partiyası başqanı Arif Hacılı, hüquqşünas Xalid Bağırov, “Yeni Müsavat” qəzetinin yazarı Zamin Hacı və Nərgiz Yaqublunun bacısı Nigar Yaqublu çıxış ediblər.[8] Birincisi təqdim edilən "Nərgiz" mükafatına ictimai fəal, siyasi məhbus İlkin Rüstəmzadə layiq görülüb.[8] Mükafatı onun atasına təqdim edilib.[9] Rüstəmzadə NİDA VH üzvü olub. 10 mart 2013-cü il tarixində baş tutan "Əsgər ölümlərinə son" mitinqindən bir gün əvvəl saxlanılaraq inzibati qaydada həbs olunub. Həmin mitinqlə bağlı MTN-nin apardığı cinayət işi çərçivəsində digər yeddi nəfər NİDA üzvü ilə birgə təqsirləndirilib və 17 may 2013-cü ildə Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən həbs olunub. 8 il müddətinə azadlıqdan məhrum edilib. Amnesty International tərəfindən siyasi məhbus elan edilib.
2016-cı il
"Nərgiz" mükafatının 2-ci təqdimat mərasimi 27 dekabr 2016-cı ildə baş tutub.[10] Tədbirdə Müsavat Məclisinin sədri Nüşabə Sadıxlı, jurnalist Zamin Hacı, REAL Hərəkatının İcra Katibi Natiq Cəfərli, Müsavat Partiyası başqanının müavinləri Tofiq Yaqublu, Yadigar Sadıqov və Gülağa Aslanlı, jurnalist Xədicə İsmayıl, hüquq müdafiəçisi Anar Məmmədli, hüquqşünaslar İntiqam Əliyev və Əsabəli Mustafayev, D18 Hərəkatının sədr müavini Samira Ağayeva, Müsavat Qadınlar Birliyinin sədri Alya Yaqublu, Müsavat Partiyası başqanı Arif Hacılı və Nərgiz Yaqublunun bacısı Nigar Yaqublu çıxış ediblər. Həmin il "Nərgiz" mükafatına siyasi məhbus həyatı yaşayan ictimai fəallar Bayram Məmmədov və Qiyas İbrahim layiq görülüb.[11] İctimai fəallar Bayram Məmmədov və Qiyas İbrahim 2016-cı il mayın 10-da sabiq dövlət başçısı, eyni zamanda mövcud Azərbaycan Prezidenti İlham Əliyevin atası Heydər Əliyevin abibəsinə "QUL BAYRAMINIZ MÜBARƏK" ifadələri yazıblar. Həmin gün Bayram Məmmədov və [[Qiyas İbrahim polislər tərəfindən saxlanılaraq heroin satışında ittiham olunublar. Həbs edilən zaman həm Bayram Məmmədov, həm də Qiyas İbrahim işgəncələrə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalıblar. Bayram Məmmədov 10 il, Qiyas İbrahim]isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Amnesty International tərəfindən siyasi məhbus elan ediliblər.
2015 | İlkin Rüstəmzadə | ictimai fəal, siyasi məhbus |
2016 | Bayram Məmmədov və Qiyas İbrahim | ictimai fəal, siyasi məhbus |
2017 | Mehman Hüseynov | bloqer, siyasi məhbus |
2018 | Gözəl Bayramlı | siyasətçi, siyasi məhbus |
2019 | Oqtay Gülalıyev | hüquqşünas |
2020 | Aqil Layıc | vəkil |
2021 | Cavid Qara | ətraf mühit fəal |
2022 | Ayxan Hacıbəyli | jurnalist |
2023 | Sevinc Vaqifqızı | jurnalist, siyasi məhbus |